Muslum Maqomayev Mugenni - Wikipedia
Bu məqalə müğənni Müslüm Maqomayev haqqındadır. Bəstəkar Müslüm Maqomayev üçün Müslüm Maqomayev (bəstəkar) səhifəsinə baxın. |
Müslüm Məhəmməd oğlu Maqomayev (17 avqust 1942[2], Bakı[2] – 25 oktyabr 2008[3], Moskva) — görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti (1973),"Şöhrət Ordeni" laureatı (1997).
Müslüm Maqomayev | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Sovet Sinatrası[1] |
Doğum tarixi | 17 avqust 1942[2] |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 2008[3] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı |
Azərbaycan Rusiya |
Milliyyəti | Azərbaycanlı[4][5] |
Həyat yoldaşı | |
Uşağı | 1 |
Atası | Məhəmməd Maqomayev |
Anası | Ayşət Maqomayeva |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, opera müğənnisi, bəstəkar |
Fəaliyyət illəri | 1962–2008 |
Janrlar | pop musiqisi, opera, operatik pop[d] |
Musiqi aləti | royal |
Səs tembri | lirik bariton |
Albom şirkəti | Melodiya |
Təhsili | |
Mükafatları |
|
magomaev.info | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMüslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.[6] İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.
Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.
Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.
1940–50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.
Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.
Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.
O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənmişdi.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
- Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir.
Xatirəsi
redaktə15 sentyabr 2011-ci ildə Moskvada Müslüm Maqomayevin heykəlinin açılışı olub.
31 iyul 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.[7]
2018-ci ildə Kiyevdə Müslüm Maqomayev adına parkın açılışı olub. Parkda sənətkarın abidəsi ucaldılıb. Heykəlin müəllifi heykəltaraş Seyfəddin Qurbanovdur.[8]
2019-cu ildə Dnepr şəhərində küçələrdən birinə Müslüm Maqomayevin adı verilib.[9]
2020-ci ildə Rusiyanın "Birinci Kanal"ı "Maqomayev" bioqrafik serialını (baş rolda Miloş Bikoviç) yayımladı.[10][11]
17 avqust 2022-ci ildə Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub. Heykəlin müəllifi heykəltaraş Ömər Eldarovdur.[12][13]
17 avqust 2022-ci ildə Müslüm Maqomayevin 80 illik yubileyi keçirilmişdir.[14]
2023-cü ildə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi qarşısında Müslüm Maqomayevin barelyefi qoyulub.[15]
Mükafatları
redaktəFilmoqrafiya
redaktə- Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi) — mahnı ifa edən
- Azərbaycan incəsənəti (film, 1970)
- Azərbaycan naminə! (film, 2004)
- Bəstəkar Müslüm Maqomayev (film, 1976)
- Burulğan (film, 1986)
- Dostluq himni (film, 1974)
- Əliyevin əli (film, 2000)
- Gümüşgöl əfsanəsi (film, 1984)
- İntibah (film, 1972)
- İstanbul reysi (film, 2010)
- Konsert proqramı (film, 1971) (II)
- Mənim atam Əliövsət Sadıqov (film, 2007)
- Müslüm Maqomayev (film, 2002)
- Nə gözəldir bu dünya… (film, 1999)
- Nəğməkar torpaq (film, 1981)
- Nizami (film, 1982)
- Oxuyur Müslüm Maqomayev (film, 1971)
- Payız konserti (film, 1962)
- Rəşid Behbudov 20 il əvvəl (film, 1996)
- Rəşid Behbudov ulduzu (film, 1996)
- Ruslan və Lyudmila (film, 1972)
- Sonuncu şahid (film, 2004)
- Tənha ruh (film, 1998)
- Təxribat (film, 1989)
- Ürək nəğməsi (film, 1989)
- Üstü bəzək… (film, 1990)
- Üzeyir ömrü (film, 1981)
- Yarımçıq qalmış mahnı (film, 1979)
- Yaşa, qızıl balıq (film, 1988)
- Yeni görüşlərədək, Müslüm! (film, 1963)
İstinadlar
redaktə- ↑ "Soviet Sinatra dies after long illness". The Standard. 19 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 August 2011.
- ↑ 1 2 3 4 Магомаев Муслим Магометович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://english.pravda.ru/russia/history/25-10-2008/106621-Muslim_Magomayev-0.
- ↑ "Муслим Магомаев : "Я азербайджанец" – YouTube". 2014-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-17.
- ↑ "Муслим Магомаев. "В гостях у Дмитрия Гордона". 2/2 (2007)". 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.
- ↑ "Kayzen.az – Böyük musiqiçilər: Müslüm Maqomayev". 2011-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-09.
- ↑ president.az. ""Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında" [[Azərbaycan Respublikası Prezidenti]]nin 31 iyul 2017-ci il tarixli, 3134 nömrəli [[Sərəncam]]ı" (az.). e-qanun.az. 31.07.2017. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.
- ↑ AzərTAc. "Kiyevdə Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub" (az.). Youtube.com. 19.07.2018. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-19.
- ↑ CBC TV. "Dahi musiqiçinin xatirəsi. Dneprdə küçələrdən birinə Müslüm Maqomayevin adı verilib" (az.). Youtube.com. 26.07.2019. 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
- ↑ "Maqomayevdən bəhs edən serial gəlir – Treyleri yayıldı". Sputnik Azərbaycan. 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
- ↑ "Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi". Sputnik Azərbaycan. 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
- ↑ "İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
- ↑ "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
- ↑ "İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində iştirak ediblər". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-17.
- ↑ Real TV. "Dünyanı fəth edən musiqiçi - Moldovadakı səfirliyimiz önündə M.Maqomayevin barelyefinin açılışı oldu" (az.). Youtube.com. 06.12.2023. 2023-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-07.
- ↑ Respublikanın incəsənət xadimlərindən bir qrupuna Azərbaycan SSR Fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 29 aprel 1971-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Hacızadə, A. "Rusiya prezidenti Vladimir Putin görkəmli həmvətənimiz Müslüm Maqomayevə "Şərəf" ordeni təqdim etmişdir". //Xalq.- 2002.- 27 dekabr.
Mənbə
redaktə- Müslüm Maqomayevun tərcümeyi halı və əsərləri (azerimusic.net). Arxivləşdirilib 2006-10-11 at the Wayback Machine
- M. Maqomayev şəxsi sayt (rus və ingilis dillərində).
- "Əsl ulduz. Müslüm Maqomayev" //"Pəncərə" jurnalı.- 2009, № 21. — səh. 40–45.
Xarici keçidlər
redaktə- Müslüm Maqomayevin Son musiqisi "Прощай, Баку"(az. Əlvida Bakı) (HD)
- "İlham Əliyev dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimində iştirak edib". President.az (az.). president.az. 18 dekabr 2014, 15:40. İstifadə tarixi: 2014-12-24.