Muqeddes Emanetler - Wikipedia
Müqəddəs_Əmanətlər - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Müqəddəs Əmanətlər və ya Əmanəti-mübarəkə - Məhəmməd peyğəmbərə, dostlarına və bəzi peyğəmbərlərə aid olub, İslam dinində müqəddəs sayılan əşyalardır. Yavuz Sultan Səlimin 1517-ci ildə Misiri fəthindən sonra İstanbula gətirilmiş, bir hissəsi də İslam ölkələrindən yığılmışdır. Müqəddəs əmanətlər Topqapı sarayı içərisində olan Has Odanın Müqəddəs Əmanətlər Dairəsində mühafizə və nümayiş etdirilməkdədir.[1][2]
Topqapı sarayının Qəbul otağında nümayiş etdirilən müqəddəs əmanətlər
redaktə- Xirqeyi-Səadət - Məhəmməd peyğəmbərə aid olduğu düşünülən əba
- Xirqeyi-Səadətin saxlanıldığı qızıl sandıq
- Qədəmi-Şərif - Məhəmməd peyğəmbərin ayaq izi
- Saqqalı-Şərif - Məhəmməd peyğəmbərin saqqalı
- Dəndani-Səadət - Məhəmməd peyğəmbərin Ühüd döyüşündə qırılan dişinin bir parçası
- Məhəmməd peyğəmbərin qəbir torpağı
- Mührü-Səadət - Məhəmməd peyğəmbərin möhrü
- Nali-Səadət - Məhəmməd peyğəmbərin səndəlləri
- Məhəmməd peyğəmbərin qılıncının qını
- Məhəmməd peyğəmbərin qılıncları
- Məhəmməd peyğəmbərin ox və kamanı
- Naməyi-Səadət - Məhəmməd peyğəmbərin yalançı peyğəmbərə göndərdiyi məktup
- Məhəmməd peyğəmbərin qızı olan Fatimənin səccadəsi, əbası və köynəyi
- Sancağı-Şərif
- Səhabəyi-Kiramın qılıncları
- Hacerül-Esvedin mühafizəsi
- Kəbənin qızıl su qabı
- Kəbənin açarı və qıfılları
- Kəbənin qapılarından biri
- Məscidül-Nəbinin maketi
- Məscidül-Əqsanın maketi
- Davud peyğəmbərin qılıncı
- İbrahim peyğəmbərin qazanı
- Musa peyğəmbərin əsası
- Yusif peyğəmbərin cübbəsi
Mənbə
redaktə- ↑ "Arxivlənmiş surət". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-22.
- ↑ "Arxivlənmiş surət". 2015-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-18.