Sancag I Serif - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sancağ-ı Şərif — İslam peyğəmbəri Məhəmmədin istifadə etdiyi qara rəngli bayraq. XVI əsrdən etibarən İstanbulda mühafizə edilən bayraq hal-hazırda Topqapı Sarayında digər Müqəddəs Əmanətlərlə birlikdə saxlanılır.
Sancağ-ı Şərifin Osmanlıların əlinə nə vaxt keçdiyi məlum deyil. I. Səlimin Misir səfərinin sonunda Hicaza girməsi nəticəsində 1517-ci ildə bayraq İstanbula göndərildi. XVI əsrin sonlarından etibarən bayraq uğur gətirməsi inancı ilə padşahla birlikdə səfərlərə qatılırdı. İlk dəfə III. Mehmed tərəfindən 1596-cı ildə Əyri Səfərinə aparıldı. Daha sonrakı illərdə Osmanlı padşahlarının səfərlərə qatılmaması ilə bağlı səfərə çıxan sədrəzəm vəya sərdar-i əkrəmlərlə birlikdə səfərə göndərildi. Bundan başqa Sancağ-ı Şərif Osmanlılara qarşı çıxan üsyanlarda xalqı qəlyana gətirmək üçün də istifadə edilmişdir. 3 sentybr 1651 tarixində Kösəm Validə Sultanın qətlə yetirilməsinin ardından qəlyana gələn yeniçəriləri yatırmaq məqsədilə Sancağ-ı Şərif çıxarılmışdır. 25 may 1825 tarixində II. Mahmudun yeniçəri ocağını bağlamasının ardından üsyana qalxan əsgərlərə qarşı xalqın dəstəyini almaq məqsədilə də Sancağ-ı Şərifin çıxarılması əmr edilmişdir. Sancağ-ı Şərif köhnəldikcə yeniləri hazırlanmış, köhnə bayraqdan parçalar əlavə olaraq yenisinə tikilmişdir.