Mohsun Israfilbeyov Qedirli - Wikipedia
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934), repressiya qurbanı.
Möhsün İsrafilbəyov | |
---|---|
Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Malyariya və Digər Tropik Xəstəliklərə qarşı Mübarizə Komitəsinin sədri | |
yanvar 1935 – iyul 1937 | |
28 noyabr 1921 – 21 yanvar 1935 | |
Əvvəlki | Ağahüseyn Kazımov |
Sonrakı | Müseyib Hüseynov |
Azərbaycan Tibb İnstitutunun direktoru | |
1930 – 1930 | |
Əvvəlki | vəzifə təsis edildi. |
Sonrakı | Nadir Məmmədli |
10 noyabr 1920 – 28 noyabr 1921 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Məmməd Məmmədyarov |
9 iyun 1920 – 1920 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 (24) avqust 1893 |
Doğum yeri | |
Vəfat tarixi | 2 yanvar 1938 (44 yaşında) |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | həkim |
|
|
Təltifləri |
Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir.
Həyatı
redaktəMöhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir. Moskvada V. S. Leninlə görüşmüş, ona Azərbaycandakı vəziyyət haqqında məlumat vermişdir.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra Xalq Hərbi Dəniz İşləri Kommisarlığı siyasi idarəsinin rəisi (1920), xalq sosial təminat komissarı (1920–1921), xalq səhiyyə komissarı (1921–1935) vəzifələrində işləmişdir. 1935–1937 illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında malyariya və digər tropik xəstəliklərə qarşı mübarizə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Dəfələrlə partiya və Sovet qurultaylarının nümayəndəsi olmuş, AK(b)P MK-nm Azərbaycan və Zaqafqaziya MİK-lərinin üzvü seçilmişdir. Azərbaycanda malyariya, traxoma və s. xəstəliklərin ləğv edilməsində böyük xidməti olmuşdur.
İki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.
1937-ci ildə repressiya qurbanı olmuş və xalq düşməni adıyla güllələnmişdir.