Lijiang - Wikipedia
Litszyan (çin. 丽江市) — Çinin qədim şəhəri.
Liszyan | |
---|---|
丽江 | |
26°52′51″ şm. e. 100°13′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.400 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 888 |
Poçt indeksi | 674100 |
Nəqliyyat kodu | 云P |
Digər | |
lijiang.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəDeyilənə görə, dağlar və çaylarla əhatə olunmuş Litszyan qəzasını qədimdə çox vaxt "Dayançjen" adlandırırdılar, bu da ona görədir ki, o, formaca iri cəmdəyi xatırladır. Onun keçmişini tədqiq edərkən alimlər müəyyən etmişdilər ki, bu unudulmuş "qədim hökmdarlıqdır". Nasi xalqının əcdadları tsyanlar olmuşlar, onlar cənuba hələ çox qədim zamanlardan köçmüşdülər. Nasilər minillik ağır zəhmətlə öz gözəl doğma yurdlarını salmışlar. Hələ qədimdən buradan əsas nəqliyyat yolları keçirdi. Tacirlər və səyyahlar burada uzun müddətə dayanır, çoxları ailə qurur, bunula da şəhərin genişlənməsinə səbəb olurdular. Şəhər tezliklə məşhur bazara və mühüm mədəniyyət mərkəzinə çevrilmişdi. Belə hesab edilir ki, Litszyanın əsası Sun sülaləsinin sonu və Yuan sülaləsinin əvvəlində qoyulmuşdur. 1253-cü ildə monqol şahzadəsi Qubilay qaan (sonralar o, Yuan sülaləsinin birinci imperatoru olmuşdur) cənubda Dalinin fəth etdikdə qoşunlar Litszyanda döyüş əməliyyatlarına hazırlıqlı vəziyyətdə durmuşdu. 500 il ərzində ta Tsin sülaləsinin başlanğıcına kimi Litszyanda nasi və "tusi" xalqlarının əcdadları – tayfa başçıları irsi olaraq hökmranlıq etmişdilər, onlardan yuxarıda yalnız mərkəzi hökmran sülalə dururdu. O dövrlərdə Min coğrafiyaçısı Syuy Syake (1587-1641) öz "Yunnaniyə səyahətin gündəliyi"ndə Litszyanı çox gözəl təsvir etmişdi. Min sülaləsinin sonunda bu qədim şəhərin əhalisi min ailəyə çatmışdı, güman ki, şəhərin tikintisi o zaman iri miqyasla aparılırmış. Litszyandan şimalda yerləşən Yuylunşan qarlı yüksəkliyi möhtəşəm və fövqəladədir, dağın özü isə olduqca çoxçeşidlidir. Xalq arasında onun haqqında deyirlər: "Dağ eyni zamanda ilin bütün fəsillərinə malikdir, burada yolda hər 10 linin öz iqlimi var". Bu dağ qədimdən nadir bitki və heyvanların məskəni kimi məşhurdur, o, həmçinin nəhəng təbii su anbarı kimi də tanınır. Qar və buzlaqların suyu torpağı rütubətləndirir və oranın əhalisini dolandırır, bu qədim şəhərdə hər ailənin həyətində kiçik çay axır, onun üzərində isə söyüd yarpaqları sallanır. Rəngli daşla döşənmiş küçə Litszyanın mərkəzinə aparır, onun şimal ticarət mərkəzi – kvadrat şəklində olan Sıfan küçəsi ilə gəzişmək də maraqlıdır. Şəhərdə saysız-hesabsız kanallar görmək mümkündür, suyun üzərində isə onun səthinə çatan söyüd yarpaqları sallanır, evlərin yanında isə, ön qapı və arxa tərəfdən hər yerdə kiçik çaylar axır, küçə və dalanlardan həyətlərdən keçən çoxlu sayda ensiz kanallar axır. Bütün bu təmiz sulu çaylar şəhərin şimalındakı Syanşan dağının ətəklərində yerləşən Yuytsyuanxe çayından axıb gəlir. İndiyə qədər də hələ lap qədim vaxtlardan məşhur olan Baymaluntan gölünə ehtiram bəsləyirlər, bir çox quyu bulaqları da qorunub saxlanmışdır. İnsanlar sudan istifadənin orijinal üsulunu tapmışdılar – birinci nohur içmək üçün, ikinci tərəvəz yumaq üçün, üçüncü isə paltar yumaq üçündür. Təmiz su şəlalə şəklində üzüaşağı bir nohurdan digərinə tökülür. Litszyanda yüksək qədimi şəhər divarları və enli müasir yollar yoxdur, bura sadə qədim guşədir, hər yerdə varlığın təbiiliyi və insanın təbiətlə harmoniyası hiss olunur. Şəhərcikdə evlər yerin relyefi ilə birlikdə gah qalxır, gah düşür, bu gözəl əlverişli evlər Xan, Bay və Tibet xalq məskənlərinin şanlı ənənəsini davam etdirərək ağac, daş və gildən inşa edilərək özünəməxsus yerli tikinti stili əmələ gətirir. Əsas bina, fligel və girişin ağzındakı daş sipərlə əhatə olunmuş "Sanxeyuan" həyətləri çox məşhurdur. Cənuba baxan əsas tikili böyüklərin yaşamağı, fligel isə kiçiklər üçündür. Adətən ailə həyətinin əsas tikilisinin pərvazını balıq və ya yarpaq – firavanlıq göndərmək üçün allahlara dua edilən totem formasında ağac naxışlarla bəzəyirlər. Bir çox həyətlər çox zərif bəzədilmişdir, onlar çınqıl, kirəmit, rəngli kərpiclə döşənmişdir. Əsas tikili ailədə əmin-amanlıq və bolluq rəmzi kimi mərkəzdə altı qapı və pəncərəyə malikdir. Litszyanda yaşayan səmimi və dost nasilər ta qədimdən zəngin dini və mədəni ənənələrə malikdirlər. Əksəriyyəti şeir yazır, musiqi alətlərində çalır, xəttatlıq və rəsmlə məşğul olurlar, çoxsahəli özfəaliyyətləri – xalq mahnı və rəqsləri, teatr səhnələri ilə məşhurdular. Qədim nasi musiqisi çox sevilir və hamıya məlumdur. Yerli orkestr bu musiqi ilə Avropanın bir çox ölkələrində uğurla çıxış etmişdir. Bu orkestr yaşlı nəsil musiqiçilərindən təşkil olunmuşdur, buna görə də onu "nasi uzunömürlük allahı orkestri" adlandırırlar. Litszyanın divar naxışları bütün dünyada məşhurdur, qədim şəhərdə və onun 15 monastrında belələrinə bolluca rast gəlmək olar. Min və Tsin dövrünün həmin divar naxışları bu diyarda bir çox din və dini təriqətlərin qarşılıqlı əlaqəsini və mövcudluğunu əks etdirir, onların fərqliliyi də elə bundadır. Litszyanda qorunub saxlanılan "Əbədi uzunömürlük Buddası ilə görüş" nəhəng divar naxışı Buddaların 100 heykəlini seçmiş və nasi xalqının dini mədəniyyətinin xarakterik xüsusiyyətlərini əks etdirir. O da qəribədir ki, Litsyan rayonunda Dunba mədəniyyətinin piktoqrafik yazı abidələri saxlanmışdır. Qədim Dunba qanunları piktoqraflarla yazılmışdır, Dunba dili isə dünyada yeganə qalan heroqlif yazılı dili kimi tanınır. Hazırda Çinin, Avropa və Amerika ölkələrinin kitabxana və muzeylərində nasi xalqının minillik zəngin tarixi və mədəniyyətini təsvir edən 20 mindən çox Dunba klassik kitabı qorunur. Onların arasında Dunba notları "Tsomo" da vardır, o, on minlərlə rəqs melodiyalarından ibarətdir və Çin və hətta bütün dünya rəqs sənətinin ən nadir və ən qiymətli abidəsidir. Nasi xalqının qədim dövrünün "ensklopediyası" adlandırılan Dunba kanonları nasi xalqının tarix və mədəniyyətinin öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- ↑ http://stats.yn.gov.cn/tjsj/tjnj/202212/t20221208_1083373.html.
- ↑ 国务院第七次全国人口普查领导小组办公室 中国人口普查分县资料—2020 (çin). 北京市: 中国统计出版社, 2022. 983 s. ISBN 978-7-5037-9772-9