Led Zeppelin - Wikipedia
Led Zeppelin — ingilis rok qrupu. BBC tərəfindən "Rok tarixinin ən təsirli qruplarından biri" kimi dəyərləndirilmişdir. Qrup 4 nəfərdən ibarət olmuşdur: Cimmi Peyc (gitara), Con Bonham (baraban), Con Paul Cons (bas gitara), Robert Plant (solist).
Led Zeppelin | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
hard-rok həvi-metal[1] blyuz-rok folk-rok |
Fəaliyyət illəri |
1968—1980 (Bir araya gəlmə: 1985, 1988, 1995, 2007)[2] |
Ölkə | Böyük Britaniya |
Şəhər | London, İngiltərə |
Digər adı |
The New Yardbirds The Nobs |
Dil | ingiliscə |
Leybl |
Atlantic Records Swan Song Records |
Keçmiş üzvlər |
Robert Plant Cimmi Peyc Con Pol Cons Con Bonem |
Digər layihələr |
Band of Joy The Yardbirds The Firm The Honeydrippers Page and Plant Them Crooked Vultures |
www.ledzeppelin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1968-ci ildə yaradılan qrup əsasən hard rok, həvi metal musiqi üslubunda mahnılar ifa etsə də, blüz, rokabilli, saul, fank kimi musiqi üslublarına və hətta kelt, hind, ərəb və latın musiqisinə də müraciət etmişdir. 1980-ci ildə Con Bonham öləndən sonra qrup dağılsa da, o indinin özündə də rok musiqisi tarixinin ən görkəmli qruplarından biri kimi yad edilir.
Qrupun bu günə qədər 300 milyon nüsxəylə albomları satılmışdır. Təkcə ABŞ-də bu göstərici 109,5 milyondur (bu, ABŞ-də The Beatles və Elvis Preslidən sonra üçüncü albom satışı göstəricisidir.
«Stairway to Heaven» də daxil olmaqla ən məşhur mahnılarından bəziləri: «Rock and Roll», «Black Dog», «Heartbreaker», «Living Loving Maid», «Immigrant Song», «Kashmir», «Dazed and Confused», «Misty Mountain Hop »,« Whole Lotta Love »,« Communication Breakdown »,« Achilles Last Stand », «Fool in the Rain», «Moby Dick», «When the Levee Breaks», «No Quarter», «Good Times, Bad Times» və «The Song Remains The Same».
Led Zeppelinin adı olmayan dördüncü albomunun qapağında qrup üzvlərinin imza olaraq istifadə etdiyi dörd mistik şəkil var: John Bonham bir-birinə bağlı üç çevrədən ibarət olan şəkli; John Paul Jones özünə inam və ustalığı təsvir edən Kelt şəklini; Robert Plant sivilizasiyasının bir şəklini; və Jimmy Page də "Zoso" olaraq deyilən sirrli şəkli. Sözləri İngilis mistik ədəbiyyatının məşhur qadın yazıçılarından Lewis Spence'in "The Magic Arts in Celtic Brain" adlı kitabından təsirlənən Robert Plant tərəfindən yazılan və əlində mistik gücləri olan fövqəltəbii bir qadının ruhi axtarışlarını ehtiva edən və bütün zamanların ən böyük rok mahnılarından biri olaraq xarakterizə edilən «Stairway to Heaven» mahnısı bu albomda yer almaqdadır.
Ən məşhur mahnıları
redaktə- "Stairway to Heaven"
- "Rock and Roll"
- "Black Dog"
- "Heartbreaker"
- "Living Loving Maid"
- "Immigrant Song"
- "Kashmir"
- "Dazed and Confused"
- "Misty Mountain Hop"
- "Whole Lotta Love"
- "Communication Breakdown"
- "Achilles Last Stand"
- "Fool in the Rain"
- "Moby Dick"
- "When the Levee Breaks"
- "No Quarter"
- "Good Times, Bad Times"
- "The Song Remains The Same"
Diskoqrafiya:
redaktə1969 Led Zeppelin II Led Zeppelin
1970 Led Zeppelin III
1971 Led Zeppelin IV
1973 Houses Of The Holy
1975 Physical Graffiti
1976 Presence The Song Remains The Same
1979 In Through The Out Door
1982 Coda
1990 Led Zeppelin
1992 Led Zeppelin Remasters
1993 The Complete Studio Recordings
1997 BBC Sessions
1998 Star Profile
1999 Early Days
2000 Latter Days
İstinadlar
redaktə- ↑ "Led Zeppelin and the birth of Heavy Metal" (ingilis). 2012-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-02.
- ↑ sonralar da qrup üzvləri ayrı-ayrı çıxışlar bir araya gəlmişlər