Lazar Drlyaca - Wikipedia
Lazar Drlyaça (10 fevral 1882, Bosniya və Herseqovina – 13 iyul 1970[1], Bosniya və Herseqovina) — Bosniyalı rəssam.
Lazar Drlyaça | |
---|---|
bosn. Lazar Drljača | |
Doğum tarixi | 10 fevral 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyul 1970[1] (88 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam |
Stil | ekspressionizm |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBosanski Novi yaxınlığındakı Blatnada bosniyalı serb ailəsində anadan olub.
O, 1906-cı ilin oktyabrında Vyanada Təsviri Sənətlər üzrə imtahan verir və 1911-ci ildə Serbiya Krallığının pavilyonu üçün Romada Beynəlxalq Sərgidə iştirak edir.[2] Bundan sonra rəssamlıq məktəbində oxumaq üçün Parisə köçür və Luvrda işləyir. Bəzən müştərilərin sifarişləri əsasında, qədim rəssamlar Titian və Leonardo da Vinçininin əsərlərini kopyalayır.
9 iyul 1914-cü ildən 1919-cu ilə qədər onun həyatı haqqında çox az şey məlumdur, lakin bir şəkil qeydində onun Sardiniyadakı düşərgədə olduğu qeyd olunur.
İkinci Dünya Müharibəsindən bir qədər əvvəl, təxminən 1935-ci ildə, o, həmişəlik Bosniyaya qayıdır və Konjiçin yuxarısında, Boraçko jezero və Prenj dağı arasındakı karst yaylasındakı Borci kəndində məskunlaşır.
O, ömrünün sonuna qədər orada tənhalıqda, əvvəlcə bir kənddə yaşayır və xəstələndikdən sonra 1970-ci ildə Boraçko gölünün üstündə yerləşən "Şantića Vila" adlı dağ villasına köçür.
O, əvvəlcə Ekspressionizmçi olub[3], lakin sonrada İmpressionizmçiyə çevrilib.[4]
Drlyaça özünü Bosniyalı boqomilçi kimi tanıdıb, ona görə də onu tez-tez sonuncu Bosniyalı boqomilçi adlandırırdılar..[5][6][7]
Əsərləri
redaktə- Üç Atlı
- Rəssamın kabinəsi, Blatina, oktyabr 1929, akvarel, 205 x 225
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France Lazar Drljača // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Elezović, Zvezdana. "Kosovske teme paviljona Kraljevine Srbije na međunarodnoj izložbi u Rimu 1911. godine". Baština. 27. 2009.
- ↑ Dominique Auzias, Jean-Paul Labourdette Bosnie-Herzégovine 2008 Page 66 — "Lazar Drljača (1883–1970) est un artiste expressionniste rare"
- ↑ The Grove encyclopedia of Islamic art and architecture Jonathan M. Bloom, Sheila Blair — 2009 "Milenko Atanacković (1875–1955) became a naive artist, Atanasije Popović (1881– 1948) chose pleinairisme, while Lazar Drljača (1881–1970) turned to Impressionism. Djoko Mazalić (1888–1975) dedicated himself to formal Expressionism …"
- ↑ "Nestaje kuća pjesnika i bogumila". Al Jazeera Balkans (bosniya). 30 January 2015. 18 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
- ↑ "Postavljen stećak na grob Lazara Drljače". Radio Slobodna Evropa (Radio Free Europe) (bosniya). 16 August 2010. 22 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.
- ↑ Ismet Smajlovic. Kebo, Alija (redaktor). "SLIKAR LAZAR DRLJACA". Most 103-104 (14-15) - Casopis Za Obrazovanje, Nauku I Kulturu. 14-15 New Series (bosniya). Mostar, Bosnia and Herzegovina: www.most.ba (103–104). May–June 1998. 22 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.