Leyaqet Medali - Wikipedia
Ləyaqət_medalı - Haqqında Məlumat
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır.[1]
"Ləyaqət" medalı | |
---|---|
|
|
Ölkə | Osmanlı imperiyası |
Tip | Medal |
Kimə verilir | |
1890-cı ildən etibarən Osmanlı hərbi və mülki şəxslərinə, 1905-ci ildən etibarən isə xeyirxah işlərlə məşğul olan qadınlara verilmişdir. |
|
Status | Təqdim olunur |
Statistika | |
Təsis tarixi | 1890 |
Ardıcıllıq | |
Yüksək mükafat | İmtiyaz medalı |
Aşağı mükafat | "Müharibə" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəQızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi.
Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Megan Robertson. "Turkey:Liakat Medal" (ingilis). Archived from the original on 2012-03-23. İstifadə tarixi: 2018-10-30.
- ↑ Sezer, Tim. Ottoman decorations. 2011.