Muharibe Medali - Wikipedia
Hərb medalı — Osmanlı imperiyası tərəfindən yaradılmış hərbi medal. İngilislər tərəfindən Gelibolu ulduzu (The Gallipolli Star), almanlar tərəfindən isə Dəmir hilal (Eiserner Halbmond) deyə adlandırılmışdır. Sultan V Mehmed tərəfindən döyüşlərdə fərqlənənləri mükafatlandırmaq üçün yaradılmışdır. Bu medal daha çox I Dünya müharibəsi zamanı döyüşən Osmanlı hərbçilərinə və Osmanlı ərazisində döyüşən Osmanlı müttəfiqi olan dövlətlərin hərbçilərinə verilmişdir.[1]
"Hərb" medalı | |
---|---|
Harp Madalyası | |
|
|
Ölkə | |
Tip | medal |
Kimə verilir | |
I Dünya müharibəsində qəhrəmanlıq göstərmiş Osmanlı, Avstriya və Almaniya hərbi xadimlərinə |
|
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 1 mart 1915 |
Ardıcıllıq | |
Yüksək mükafat | Ləyaqət medalı |
Aşağı mükafat | Tuğ |
Vikianbarda əlaqəli mediafayllar |
Dizaynı
redaktəMedalın üz tərəfindən beş guşəli qırmızı ulduz, onun ortasında göstərişli hilal vardır. Hilalın içində Osmanlı sultanı Mehmed Rəşadın tuğrası vardır. Bundan əlavə tuğranın altına, hicri təqvimə görə medalın verildiyi tarix olan 1333 (miladi 1915-ci il) ili işlənmişdir.
Taxılması
redaktəRəsmi geyim zamanı medal formanın mərkəz tərəfinə, sağ sinə cibinni altına taxılırdı. Hər gün lent dəyişilməli idi. Lent formanın ikinci düymə yerindən birləşdirilirdi.
Avstriyalı və alman hərbçilər üçün bu medal öz II dərəcəli "Dəmir Xaç" medallarından aşağı dərəcəli hesab edilirdi. Buna görə də "Hərb" medalı II dərəcəli "Dəmir Xaç" medalının altına taxılırdı.[2]
Qalereya
redaktə-
"Hərb" medalı lent ilə
- ↑ Klietmann, Dr. Kurt-Gerhard. eutsche Auszeichnungen: Ein Geschichte der Ehrenzeichen und Medaillen, Erinnerungs- und Verdienstabzeichen des Deutschen Reiches, der deutschen Staaten sowie staatlicher Dienststellen, Organisationen, Verbande usw. Vom 18. - 20. Jahrhundert. 2 Band. Deutsches Reich 1871- 1945. Berlin. 1971.
- ↑ The Turkish War Medal Eiserner Halbmond Harp Madalyası