Kolani Yevlax - Wikipedia
Kolanı — Azərbaycan Respublikasının Yevlax rayonunun Malbinəsi inzibati ərazi vahidində kənd.
Kənd | |
Kolanı | |
---|---|
40°29′26″ şm. e. 47°06′19″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yevlax rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəDüzənlikdədir. Yaşayış məntəqəsini vaxtilə Ağdam rayonunun Kolanı kəndindən gəlmiş ailələr salmışlar. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalı adlanırdı. XIX əsr Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtərçay hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd Şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b. yerlərdə məskunlaşmışlar.[1]
İstinadlar
redaktə- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Yevlax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |