Kofein - Wikipedia
Kofein (1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion) — qəhvə ağacı və ya çay və bu kimi digər bitkilərin tərkibində olan alkaloid. Kimyəvi sintez yolu ilə də alınır.
Kofein | |
---|---|
Ümumi | |
Sistematik adı | 1,3,7-trimetil-1H-purin-2,6(3H,7H)-dion |
Ənənəvi adı | kofein |
Kimyəvi formulu | C₈H₁₀N₄O₂[1] |
Empirik formulu | C8H10N4O2 |
Molyar kütlə | 194,19 q/mol |
Fiziki xassələri | |
Aqreqat halı (n.ş.) | bərk |
Sıxlıq | 1,23 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 178 °S |
Qaynama nöqtəsi | 227–228 °S |
Kimyəvi xassələri | |
Turşunun dissosasiya sabiti | 14, 10,4[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 58-08-2 |
PubChem | 2519 |
SMILES | C[n]1cnc2N(C)C(=O)N(C)C(=O)c12 |
RTECS | EV6475000 |
ChEBI | 27732 |
ChemSpider | 2424 |
Toksikologiya | |
LD50 | 192 mq/kq |
Müxtəlif içkilərin tərkibinə sinir sisteminə müsbət təsir göstərilməsi məqsədilə kiçik dozalarda qatılır. Böyük miqdarda qəbulu təhlükəlidir. Eyni vaxtda 10 qramdan çox qəbulu ölümlə nəticələnir.
Alınması
redaktəÇay yarpaqlarında və qəhvə dənələrində 1-3% purin törəməsi - kofein alkaloidi vardır. Çayın dəmlənməsi və ya qəhvənin hazırlanması zamanı kofein məhlula keçir. Bitkilərdə kofein purin əsasları - adenin və quanindən mürəkkəb reaksiyalar vasitəsilə əmələ gəlir. Sənayedə onu çay istehsalının tullantılarından və sortsuz kofe dənələrindən ayırmaqla yanaşı, həmçinin sintetik yolla alırlar.
Fiziki-kimyəvi xassələri
redaktəKofein C8H10N4O2 acı dada malik qaynar suda və xloroformda yaxşı həll olan ipəkvari kristallara malik rəngsiz maddədir (tər=235oC).
İstifadəsi
redaktəKofein tibdə fiziki yorğunluğu aradan qaldırmaq uçun, narkotiklərlə zəhərlənmədə, müxtəlif ürək xəstəliklərinin müalicəsində, əsəb sistemini oyadan, tənəffüsü və qan dövranını gücləndirən vasitə kimi istifadə edilir. Az miqdarda kofein başağrılarını aradan götürən dərmanların (sitromon, askofen) tərkibinə daxildir. Kofein kola bitkisinin meyvələrində (qozaalarda) də movcuddur. Bu bitki ekstraktlarında məşhur tonuslaşdırıcı koka-kola içkisi hazırlanır. Kofeinin miqdarına görə bir stəkan koka-kola bir fincan çayı tam əvəz edə bilər. Kofeinə qohum olan daha bir neçə maddə movcuddur. Misal üçün, teobromin C7H8N4O2 kakao və şokoladda movcuddur (0,6%). Hər iki alkaloid insan orqanizminə eyni cür təsir edir: əqli və fiziki iş qabiliyyətini artırır, müvəqqəti yorğunluğu, yuxuluğu aradan qaldırır, ürəyin fəaliyyətini, maddələr mübadiləsini gücləndirir, damarların daralmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Məhz bu səbəbdən hipertoniyaya (qan təzyiqinin qalxmasına) meyilli insanlara çoxlu şokolad və tonuslaşdırıcı içki qəbul etmək məsləhət görülmür.
Mənbə
redaktə- Мелентьева Г. А. Фармацевтическая химия. — 2-е изд., перераб. и доп. — Т. 2. — М.: Медицина, 1976. — ил.
- Беликов В. Г. Фармацевтическая химия : учебн. пособие : в 2 ч. — 4-е изд., перераб. и доп. — М.: МЕДпресс-информ, 2007. — 624 с. — ISBN 5-98322-206-6.
- Харкевич Д. А. Фармакология : учебник. — 9-е изд., перераб., испр. и доп.. — М.: ГЭОТАР-Медицина, 2006. — С. 256. — 736 с. — ISBN 5-9704-0264-8.
- Столяров Г. В. Лекарственные психозы и психотомиметические средства / под ред. В. М. Банщикова. — М.: Медицина, 1964.
- ↑ caffeine (ing.).
- ↑ Lange N. A., Dean J. A. Lange's Handbook of chemistry. 1985.