Kobalt - Wikipedia
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | kobalt, Co, 27 | |||||
Qrup, Dövr, Blok | 9, 4, d | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 58.933195 q/mol | |||||
Elektron formulu | [Ar] 4s2 3d7 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 1495 °C (1768 K, 2723 °F) | |||||
Qaynama temperaturu | 2927 °C (3200 K, 5301 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Kobalt (Co), tarixi Azərbaycandilli mənbələrdə Zırnıxdaşı (az.-əski. زرنخ داشى)[1] adlanırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 27-ci element.
Adı
redaktəKobalt sözü almanca kobold (damdabacaya bənzər bir varlıq) sözündən gəlmişdir. Bu ad mədənçilər tərəfindən bəzi batil inanclara görə verilmişdir. Azərbaycanca tarixi mənbələrdə isə bu kimyavi elementin adı Zırnıxdaşı (az.-əski. زرنخ داشى)[2] deyə keçir. Zırnıx əslində Sıçanotu (Arsenic) deməkdir və ərəbcə əl-Zərnix (الزرنيخ) sözündər gəlir; bunun səbəbi kobaltın ilkin filizləri tərkibində həmişə arsen (arsenik) olmasıdır, filizin əridilməsi arseni yüksək zəhərli və uçucu arsen oksidinə oksidləşdirir və filizin əhəngini artırır.[3]
Tərkibi
redaktəKobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq% kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında (SPID-də) tərkibində (B12 vitamini) kobalt və manqan olan məhsullar yemək məsləhətdir. Kobalt və manqan saçın çoх erkən tökülməsinin qarşısını alır və onun vəziyyətini yaхşılaşdırır.
Kobalt qanın əmələ gəlməsi prosesini stimullaşdırır, nuklein turşularının sintezini artırır. Ona görə də hər gün kobaltla zəngin olan məhsullar yemək lazımdır. Həftədə ən azı bir dəfə qaraciyər və böyrək, hər gün turşudulmuş süd məhsulları (süd, kefir, asidofilin, yoğurt), 17-20 qram kərə yağı, soya yağı, yumurta (sarısı çiy, ağı bişmiş), cücərmiş buğda və buğda kəpəyi, qarabaşaq və qarğıdalı yarması yeyilməlidir. Bu məhsullar əsasən termiki emaldan keçirildikdən sonra yeyilir. Çalışmaq lazımdır ki, qida rasionunda təzə "canlı" meyvə-tərəvəz 3 dəfə onlardan çoх olsun. Kobaltla zəngin olan məhsulları tərkibində B12 vitamini və manqan olan məhsullarla birlikdə qəbul etmək daha yaхşıdır. Bitkilər arasında kobaltın miqdarı ən çox olanlar yosunlardır: təxminən 0,00025% (kütlə ilə). Tərəvəz bitkilərindən kobalt ilə daha zən-gin olanlar sarımsaq, kartof, paxlalılar və dənli bitkilərdir. Əksər dərman bitkiləri, xüsusən itburnu, meşə gilası kobaltı toplayır. Kobaltın disbalan-sının korreksiyası üçün ən yaxşı mənbə itburnu növlərinin hamısıdır.
Kobalt bitkilərdə azotlu birləşmələrin və karbohidratların toplanmasına kömək edir, onların vegetativ orqanlardan generativ orqanlara axınını intensivləşdirir, nəfəsalmanın və fotosintezinin intensivliyini gücləndirir, xlorofillin əmələ gəlməsinə və onun sutkanın qaranlıq vaxtlarında tökülməsinin azalmasına kömək edir. Bitkilərdə suyun ümumi miqdarını artırır, xüsusən də quraqlıq vaxtı, kök yumrusu bakteriyalarının çoxalması və onların azotufiksasiyası üçün mütləq vacibdir. Bitkilərdə bu elementi ion formasında və B12 vitamininin tərkibində (4,5%-ə qədər) rast gəlir.
Bitkilər də heyvanlar kimi özləri B12 vitaminini sintez etmir. O, kökümeyvəli bitkilərin bakteroidləri tərəfindən istehsal olunur və metio-nın sintezində iştirak edir. Təbii şəraitlərdə kobalt çatışmazlığı səbəbindən bitkilərin böyüməsinin zəifləməsi praktiki olaraq müşahidə olunmur.
Bitkilərdə kobalt çatışmazlığı bu elementin otlaq heyvanları üçün vacibliyi ilə əlaqədar olaraq baxılır.
Yemlərdə kobalt çatışmazlığı onun miqdarının torpaqda 2,5mq/kq-dan az olduğu hallarda müşahidə edilir.
Otlaq heyvanlarının qidalanmsaı üçün kobaltın miqdarının kritik həddi 0,008-0,10mq/kq (quru kütlyə görə) həddindədir.
Kütləsi 70 kq olan insan bədənində 14mq-a yaxın kobalt olur. Günədlik tələbat 0,007-0,015mq-dır. Göyşəyən heyvanlarda bu tələbat çoxdur, məsələn, qoyunda 1mq, sağmal inəkdə isə 20mq-a qədər. Rasionda kobalt çatışmadıqda heyvanların məhsuldarlığı azalır, maddələr mübadiləsi və qanəmələgəlmə pozulur, göyşəyən heyvanlarda endemik xəstəliklər – akobaltozlar yaranır [4].
Əvvəllər belə xəstəliklər müxtəliv ölkələrdə rast gəlirdi. Avstriyada və İsveçrədə naməlum xəstəliyi bataqlıq, kolluq, sahil boyu, digər ölkələrdə suxotka adlandırırdılar. Heyvanlar iştahı itirirdi və arıqlayırdı, onların yunları parıltılı olmurdu, selikli qişaları solğun olurdu, hemoqlobinin miqdarı kəskin azalırdı. Xəstəliktörədiciləri tapa bilmirdilər. Amma, onun yayılması tam epizootiya (eyni zamanda heyvanların kütləvi xəstələnməsi) təəssüratı yaradırdı. Əgər xəstəlik düşmüş rayona sağlam heyvanlar gətirilirdisə, onda bir-iki il sonra həmin heyvanlar da xəstələnirdi. Eyni zamanda “epidemiya” ərazisindən çıxarılan heyvanlar onlarla təmasda olan heyvanları yoluxdurmurdu və özləri də tezliklə sağalırdır. Bu vəziyyət xəstəliyin səbəbini qidada axtarmağa məcbur edirdi və çox böyük həcmli tədqiqatlar aparılaraq müəyyən edildi ki, səbəb orqanizmdə kobalt çatışmazlığıdır – akobaltoz. Heyvanların daxilinə kobalt duzları daxil etməklə onları müalicə etmək mümkün oldu. Bu duzlar heyvanların özlərinə yox, bağırsağın mikroflorası və çoxkameralı mədəyə lazımdır ki, onlar kobaltı mənimsəsinlər və B12 vitaminin sintezində istifadə etsinlər.
Kobaltın bioloji aktivliyi onun B12 vitaminin və onun koferment forması olan transkarboksilazanın qurulmasında iştirakı ilə əlaqədardır. O, bir sıra fermentlərin aktivlik göstərməsi üçün lazımdır, zülal, nuklein turşusu sintezinə, karbohidratların və piylərin mübadiləsinə, oksidləşmə - reduksiya reaksiyalarına təsir edir.
Kobalt – qanəmələgəlmənin və eritropoetinlərin güclü aktivatorudur, qalxanabənzər vəzin hormonlarının əmələ gəlməsində aktiv iştirak edir, böyrəklərin su ayırmasına kömək edir, dəmirin mənimsənilməsinə və hemoqlobin sintezinə kömək edir. Ümumiyyətcə, heyvanlarda və insanlarda qanəmələgətirmə prosessi üç bioelementin – kobalt, mis və dəmirin normal təsiri ilə mümkündür. Məlumdur ki, kobalt qırmızı sümük beyninə daxil edildikdə cavan qırmızı qan hüceyrələrinin – eritrositlərin və hemoqlobinin əmələgəlməsi artır.
Kifayət qədər kobalt istifadə olunmadıqda mərkəzi sinir sisteminin funksiyasının bəzi pozulmaları, qan azlığı, iştahın azalması baş verir.
Kobaltın orqanizmdə üzvi əlaqələnmiş formada – B12 vitamini çatışmazlığı formasında daha xarakterik özünü göstərməsi anemiyadır. Kobalt orqanizmə kifayət qədər daxil olmadıqda qadınlarda menstrual tsikl pozulur, onurğa beynində degenerativ dəyişiklik, əsəb, simptomları, dərinin giperpiqmentləşməsi müşahidə olunur. Kobalt çatışmalığı orqanizmin əldən düşməsinə (zəifləməsinə), qan xərçənginə və hətta ölümə səbəb ola bilər.
B12 vitamininin dərman forması siankobalamin təbiətdə rast gəlmir.
Təbabətdə şişlərin şüa ilə müalicəsi və medikamentlərin sterilləşməsi üçün süni radioaktiv və yarımparçalanma dövrü 5,27 il olan 60Co izotopu istifadə olunur. O, həmçinin buğda və tərəvəzdə həşəratları məhv etmək və qida məhsullarının konservləşdirilməsi üçün istifadə olunur. Digər radioaktiv izotoplar - 56Co (T42 – 77 sutka), 57Co (T1/2 – 270 sutka) və 58Co (T1/2 – 72 sutka) daha az təhlükəli izotoplar kimi heyvan-ların orqanizmində kobaltın paylanmasını tədqiq edərkən istifadə olunur. [5]
İstinadlar
redaktə- ↑ Sultan-Məcid Qənizadə, Lüğət rusi və türki, 1909, Bakı (s.139)
- ↑ Sultan-Məcid Qənizadə, Lüğət rusi və türki, 1909, Bakı (s.139)
- ↑ Dennis, W. H. Cobalt // Metallurgy: 1863–1963. AldineTransaction. 2010. 254–256. ISBN 978-0-202-36361-5.
- ↑ V.M Abbasov, A.M. Tağıyeva, Z.Ə. Həsənov, Ş.V. Salmanzadə. "Kimya və həyat", Bakı 2011, səh.232
- ↑ Musayev N.Х. "Ərzaq malları əmtəəşünaslığının nəzəri əsasları". Dərslik. Bakı, "Çaşıoğlu" nəşriyyatı, 2003 – 368 səh.