Klepetan Ve Malena - Wikipedia
Klepetan və Malena— biri-birilərinə olan sevgi və sədaqətləri ilə Xorvatiyada məşhurlaşan bir cüt ağ leylək (Ciconia ciconia).
2001-2021-ci illər arasında Klepetan hər ilin yaz aylarında aldığı güllə yarası səbəbindən səyahət edə bilməyən Malena ilə cütləşmək üçün Cənubi Afrikadan Xorvatiyanın şərqindəki Slavonski Brod qəsəbəsinə gəlirmiş. 14 il aşiq olan bu iki quş, hər çoxalma mövsümündə bir yuvada yaşayırlar və 60-dan çox cücə yetişdirirlər. 7 iyul 2021-ci ildə qocalıq və təbii səbəblərdən Malena ölsə də Klepetan sağ qalır.[1]
Hekayəsi
redaktəXorvatiya ağ leyləklər üçün məşhur yuva yeridir.[2] Ölkədə təxminən 1500 yuva quran cütlük yaşayır, bəzi kəndlərdə insanlardan daha çox leylək var. Xorvat qapıçı Stjepan Vokić 1993-cü ildə Malenanı balıq tutarkən tapdı. Leylək ovçular tərəfindən vurulmuşdu və bu səbəbdən uça bilmirdi. Vokiç Malenanı xilas etdi və onun baxıcısı oldu. 2001-ci ildə Vokiçin Klepetan adını verdiyi erkək leylək Malenanı ziyarət etməyə başladı. Klepetan hər yaz Malena ilə cütləşmək üçün geri qayıdırdı. Onlar bir yerdə heyvandarlıq mövsümünü keçirir və dünyaya yeni leylək balaları gəlirdi. Radio izləmə qrupu vasitəsilə Klepetanın hər il Malena ilə görüşmək üçün Cənubi Afrikadan Xorvatiyaya 13.000 kilometr (8.000 mil) məsafə səyahət etdiyi müəyyən edildi.[2][3] Malena ov edə bilmədiyi üçün Vokiç onun balalarına qulluq edirdi. Onlara yuva, sığınacaq tikir və qidalandırırdı.[2][4] 2017-ci ildə Klepetan geri qayıdır və Malenanın yuvasında başqa bir quş və yenicə qoyulmuş yumurta tapır.[5] Klepetan erkək leyləyi qovur və rəqibinin yumurtasını sındırır. Ümumilikdə cütlüyün 66 cücəsi var idi.[6][7]
2019-cu ilin mart ayında Brodski Varoşa Klepetana bənzəyən qeyri-adi erkən leylək gəldi. O, apreldə getdi və yayın qalan hissəsində geri qayıtmadı. Xəbərlərdə Klepetanın 2019-cu ilin avqustunda öldüyü bildirilsə də, sonradan onun fərqli bir leylək olduğu ortaya çıxdı.[8] Klepetanın ölümü ilə bağlı şayiələrə baxmayaraq, 2020-ci ilin aprelində o, yenidən Malenanın yanına qayıtdı. Klepetan sonuncu dəfə 2021-ci ilin aprelində Malenanın yanına gəldi.[9]
Malenanın ölümü
redaktə7 iyul 2021-ci ildə qocalıqdan vəfat edən Malenanın ölümünü Stepan Vokiç elan edir. Ölməmişdən öncə o, 28 il Vokiçin himayəsində olub.[1] Ölümü zamanı onu Klepetan müşayiət edirdi. Vokiç, cütünün ölümünə baxmayaraq Klepetanın 2022-ci ildə evinə qayıdacağına ümid etdiyini söyləyib.[10]
Cəmiyyətdə
redaktə2017-ci ildə çəkilmiş sənədli filmdə leyləklər və Vokiçdən bəhs edilir.[11] Xorvatiyanın turizm idarəsi Xorvatiyanı tanıtmaq üçün Klepetan və Malena adlı animasiya videosunu da hazırlayıb.[12] Bu leyləklər cütü Livanın köçəri quşlar üçün mühafizə vasitələri qəbul etməsinə səbəb olan videonun mövzusu olub.[13] Cütlük "Xorvatiyanın ən qeyri-adi sevgi hekayəsi" kimi də toplumda məşhurlaşıb.[14]
İstinadlar
redaktə- ↑ 1 2 Lepan, Franjo; Osojnik, Paula; Mahmutović, Višnja Kragić. "Uginula je roda Malena, shrvani vlasnik: 'Ostajemo Klepo i ja'". www.24sata.hr (xorvat). 2021-07-07. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
- ↑ 1 2 3 Avakian, Talia. "This Stork Flies Over 8,000 Miles Every Spring to Visit His True Love". Travel + Leisure (ingilis). April 23, 2018. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ "Meet Klepetan: The Stork Who Flies 8000 Miles From South Africa to Croatia Each Year to Visit His Love". www.mentalfloss.com (ingilis). 2019-08-26. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ "The man who adopted a stork". BBC News (ingilis). 2020-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ "TAKO VAM JE TO U BRAKU / Vratio se Klepetan, ovog puta Malena je bila sama pa je sve prošlo bez nasilja u gnijezdu". 100posto (xorvat). 2019-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
- ↑ "Stork Which Returned To Malena Might Not Be Klepetan". www.total-croatia-news.com (ingilis). 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-02.
- ↑ "Klepetan Returns to Malena for the Last Time Before Passing Away". Total Croatia News (ingilis). 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.
- ↑ "Svi su mislili da je uginuo, ali Klepetan se ipak vratio Malenoj". www.index.hr (xorvat). 2021-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
- ↑ "Klepetan se 19. put vratio Malenoj". N1. 14 April 2021. 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2021.
- ↑ "Uginula roda Malena, Klepetan ostao bez ljubavi svog života". N1. 7 July 2021. 28 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2021.
- ↑ "Stjepan & Malena - The Old Man and the Stork". www.autentic-distribution.com. 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ "Stork in the middle with you: the story of Klepetan and Malena". Time Out Croatia (ingilis). 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ Sinke. "Watch a Touching Message from Croatia". Croatia Times (ingilis). 2017-05-18. 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-30.
- ↑ "Klepetan and Malena – Croatia's most Unusual Love Story". Total Croatia News (ingilis). 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-27.