Kim Suhyun - Wikipedia
Kim Soo-hyun (kor. 김수현; Çincə:金秀賢; 16 fevral 1988[1], Seul)-Cənubi Koreya-lı aktyor. Cənubi Koreya-nın ən çox qazanan aktyorlarından biridir. Onun mükafatları arasında dörd "Baeksang Sənət Mükafatı", iki "Grand Bell Mükafatı" və bir "Blue Dragon Film Mükafatı" var. 2012–2016 və 2021-ci illərdə "Forbes Korea Power Celebrity 40" siyahısında yer aldı. 2014-cü ildə "Gallup Koreya"-da "İlin Televiziya Aktyoru" seçildi və Forbes tərəfindən 30 yaş altı "30 Asiya 2016" siyahısında yer aldı.
Kim Soohyun | |
---|---|
kor. 김수현 | |
Doğum tarixi | 16 fevral 1988[1] (36 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kino aktyoru, müğənni, ssenarist, model[d], teatr aktyoru, televiziya aktyoru, aktyor, bəstəkar, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 2007-ci ildən |
goldmedalist.com/en/arti… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və təhsili
redaktə16 fevral 1988-ci ildə anadan olan Su-hyon-un atası Kim Çunghun, 80-ci illərin "Seven Dolphins" qrupunun solisti idi.
Suhyunun anası, utancaq və içinə qapalı şəxsiyyətini aşmasına kömək etmək üçün onu məktəb illərində aktyorluq dərsləri almağa təşviq edirdi. Aktyor olmaq istəkləri orta məktəbi ilə liseyi arasında həqiqətən yarandı. İlk böyük aktyorluğu Şekspirin " A Midsummer Night's Dream " komediyasında Puck rolunu canlandıran bir səhnə oyununda idi. Teatrdakı sonrakı işlərinə "Grease" və The tragedy of Hamlet-də Kenickie və Hamlet rolu daxildir.
2006-cı ilə qədər Su-hyon Seulun Gangnam şəhərində ibtidai, orta təhsili və liseyi bitirdi. Seçmələrdən sonra 2007-ci ildə TV aktyoru olaraq debut etdi. 2009-cu ildə Çungang (Chung-Ang) Universitetinin Film və Teatr Bölməsinə daxil oldu.
Karyera
redaktəSu-hyon 2007-ci ildə ailəvi sitcom "Kimchi Cheese Smile" -də köməkçi rolda televiziya debütünü etdi və 2008-ci ildə KBS -in yeniyetmə dram "Jungle Fish" -də rol aldı. Dram həqiqi bir hekayəyə əsaslanaraq, məktəb fırıldaqçılığı, rəqabətqabiliyyətli akademik standartlar və interaktiv bloqqerlik kimi ciddi məsələlərə yeni bir nəzər salır. Dram ABŞ Peabody mükafatı da daxil olmaqla bir neçə mükafat qazandı.
İlin ikinci yarısında Su-hyon, qida əsaslı "Delicious Quiz" (The Taste of Life olaraq da bilinir) estrada şousunda və "Cherry Blossom" qısametrajlı filmində aparıcılardan biri kimi göründü.
2009-cu ildə Su-hyon, "Mise-en-Scene Qısametrajlı Film Festivalı"-nda Sosial Dramda Ən Yaxşı Filmi qazanan Namkung Sunun,"Worst Friends" qısametrajlı filmində və böyük aktyor Çoi Minsu ilə SBS-in xüsusi "Father's House" filmində rol aldı. 2009-cu ildə Kara-dan Han Seung-yeon ilə birlikdə Mnet-in Boys & Girls Music Countdown programına ev sahibliyi etdi.
2010-cu ilin yanvar ayında KeyEast, idarəetmə şirkəti olaraq Kim ilə xüsusi bir müqavilə imzaladı.
Kim " Will It Snow for Christmas?" və "Giant", filminlərindəki kişi baş rolların ən gənc versiyası olaraq yaddaqalan dönüşlərlə dahada taındı. İkincisi ona SBS Drama Mükafatında Ən Yaxşı Yeni Aktyor mükafatını qazandırdı.
2011-ci ildə "Dream High" musiqili dramında "Song Sam Dong" rolu ilə tanındı. Serialda oynayan aktyorlar arasında yeganə o müğənni deyildi. Buna görə də, JYP Entertainment-də üç ay rəqs və mahnı oxumaq üçün təhsil almışdı.
2012-ci ildə "Moon Embracing the Sun" hit dramında gənc kral Lee Hwon rolunu oynayanda populyarlığı sürətlə artdı. Elə həmin il 17 markanın siması olaraq rekord qırdı.
2013–2014 SBS dramı "My Love from the Star"-da Do Mincun baş rolunu oynadı. Serial öz ölkəsində və beynəlxalq aləmdə çox məşhur oldu. Beləliklə, Kim So-hyun bir çox beynəlxalq pərəstişkara sahib oldu. 2014-cü ildə 15-i markası Cənubi Koreya markası olmaq üzrə 35 markanın siması oldu.
Kim So-hyun, oynadığı bir çox dramın soundtreklərini də səsləndirib.
So-hyun 23 oktyabr 2017-ci ildə məcburi hərbi xidmətə başladı. Əvvəllər ürəyi ilə bağlı əməliyyat olunduğu üçün aktiv vəzifə yerinə dövlət xidmətində çalışmalı idi. Ancaq könüllü olaraq yenidən imtahanlara getdi və nəticədə döyüşə buraxıldı. Əsas təhsilini başa vurmaq üçün Gyeonggi əyalətinin Paju şəhərindəki hərbi düşərgəyə girdi.
2017-ci ilin noyabr ayının sonlarında Suhyonun agentliyi beş həftəlik əsas təhsilini başa vurduğunu və görkəmli bir stajyer olaraq dördüncü olduğunu açıqladı. Bölmə komandiri tərəfindən tətil ilə təltif edildi və vəzifəsini davam etdirmək üçün 1-ci Kəşfiyyat Taburuna getdi.
2019-cu ilin fevral ayında Kim, ordudakı müstəsna davranışına görə çavuş olaraq erkən yüksəliş aldı. Kim 1 iyul 2019-cu ildə evə buraxıldı. Məcburi hərbi xidmətdən sonra ilk işi olan "It's Okay to Not Be Okay" teleserialının hər bölümü üçün 220 min dollar ilə Cənubi Koreya tarixində ən çox qazanan aktyor adını qazandı. O, 2021-ci ilin son aylarında çıxacaq "That Night" serialı üçün hər bölümə 500.000 dollar alaraq öz rekordunu daha da təkmilləşdirdi.
Filmoqrafiya
redaktəDiskoqrafiya
redaktəİl | Başlıq | Siyahılarda yeri | Albom | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Gaon |
Billboard
K-Pop | |||||||||||
2011 | "Dream High (드림하이)" | 23 | — | Dream High: Original Sound Track | ||||||||
"Dreaming" | 3 | — | ||||||||||
"Crazy4s"
(Eun-jung ilə birlikdə Spris yaz reklamı üçün yazılan ticari mahnı) |
— | — | Non-album Single | |||||||||
2012 | "The One and Only You (그대 한 사람)" | 2 | 2[4] | Moon Embracing the Sun: Original Sound Track | ||||||||
"Another Way (또 다른 길)" | 119 | 38[5] | Another Way: Secret Version | |||||||||
"Marine Boy"
(Üzgüçü Park Tae Hwan-ı dəstəkləmək üçün Cənubi Koreyada 2012 Yaz Olimpiadası-nın rəsmi reklam mahnısı) |
— | — | Non-album Single | |||||||||
"Winter Wonderland"
(Tous Les Jours qış reklamı üçün yazılan ticari mahnı) |
— | — | Non-album Single | |||||||||
2014 | "In Front of Your House (너의 집 앞)" | 3 | 4[6] | My Love from the Star: Original Sound Track | ||||||||
"Promise (약속)" | 12 | 13[6] | ||||||||||
"—" denotes releases that were not released in that region |
Mükafatlar
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Kim Soo-hyun | Rotten Tomatoes.
- ↑ "Arxivlənmiş surət" (Korece). 2016-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.
- ↑ "Arxivlənmiş surət". 2012-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.
- ↑ "Arxivlənmiş surət" (Korece). 2014-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.
- ↑ "Arxivlənmiş surət" (Korece). 2014-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.
- ↑ 1 2 "Arxivlənmiş surət" (Korece). 2015-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-12.