Kestek - Wikipedia
Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd.[1]
Keşdək | |
---|---|
40°04′10″ şm. e. 46°00′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
redaktəKeşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "keçid, keçid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniş", "hündür yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar.[2]
Əhalisi
redaktəTanınmışları
redaktə- Nağdəli Zamanov — həkim, tibb üzrə fəlsəfə doktoru.
Yaylaqlar
redaktəDaşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu.
Bulaqlar
redaktəKərbəlayı Hüseyn bulağı, Ağ bulaq, Yanıq bulaq, Sifanqayıran bulaq, Bol bulaq, Daş bulaq, Zəhravurulan bulaq, Tamaşalı bulağı, Qaraqaya bulağı, Novçalı bulaq, Məşədi Xələfdə Baş bulaq.
Məşhur yerlər
redaktəAğyal, Kolludaş, İtlərqırılan yer, Qancıquçan, Alçalı yal, Gendərə, Cəfərbiçən, Yanıq, Taruçan, Misirbiçən, Çəvlik, Payız yurdu, Ənvərbiçən, Keçəltəpə, Əligötürən daş, Qırmızıqaya, Qaraqayalar, Otdaşı, Həmərsinli, Armudlu, Məşə Xələf, Ellaz ayı tutan qaya, Arıxana, Kığlıq, Tostanlar, Gülüdüzü, Bəşirin damı, Kərbəlayi Hüseyn gölü.[3]
Binələr-Qışlaqlar
redaktəXamməd binəsi, Hümbətin damı binə, Məşədi Xələf binəsi.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: "Şərq-Qərb", 2007.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.