Kazakh Tv - Wikipedia
Kazakh TV — Qazaxıstan Respublikasının ilk milli peyk telekanalıdır. Ölkənin ən böyük media holdinqlərdən biri olan "Xabar" ASC-nin strukturuna daxildir. Telekanal HotBird 13B, Galaxy 19, Eutelsat 36B və AsiaSat 5 vasitəsilə 118 ölkədən və dörd qitədən olan tamaşaçılara təqdim olunur. Kanalın məzmunu 100% yerli istehsaldır. Kazakh TV hazırda 300 milyondan çox tamaşaçıya malikdir. Televiziya proqramları bir neçə tematik sahələri (mədəniyyət, ənənələr, tarix, turizm və investisiya imkanları) əhatə edir.
Kazakh TV | |
---|---|
Ölkə | Qazaxıstan |
Dil | Qazax dili, Rus dili, İngilis dili, Qırğız dili |
Baş qərargah | Astana |
Yaranma tarixi | 25 oktyabr 2002 |
Sahibi | Xabar ASC |
Rəhbərlik | Dariğa Nazarbayeva |
Keçmiş adları | CaspioNet (25 oktyabr 2002 — 31 avqust 2012) |
Sayt | kazakh-tv.kz |
Tarixi
redaktəTelekanal 25 oktyabr 2002-ci ildə Caspionet adı ilə yayıma başladı. 1 sentyabr 2012-ci ildə telekanal adını dəyişərək Kazakh TV oldu. Caspionet Qazaxıstanda ilk milli peyk kanalı oldu. Yerli media bazarında üç dildə (Qazax, Rus, İngilis) yayımlanan ilk 24 saatlıq telekanal, Qazaxıstanın dünyadakı əlamətinə çevrildi.
Dünyanın aparıcı peyk operatorlarından olan Eutelsat ilə razılığa gəldikdən sonra, Caspionet Hotbird peyki vasitəsilə bir paketdə dünyanın ən populyar telekanalları ilə birgə Avropanın, Orta Asiyanın, Yaxın Şərqin və şimal Afrikanın 65 ölkəsinə yayımlanmağa başladı. Kanalın potensial auditoriyası artıq o zaman 99 milyon abunəçi idi.
Qazaxıstan kanalının təhsil və mədəniyyət verilişlərinə yalnız çoxsaylı xarici diasporlar tərəfindən deyil, eyni zamanda, Qazaxıstanı yeni bir şəkildə kəşf etmiş xarici auditoriya tərəfindən də göstərilirdi. Həftə içi xəbərlər, biznes və idman verilişlri, istirahət günləri isə sənədli filmlər, tarixi verilişlər, ölkənin ən yaxşı teatr səhnələri, klassik konsertlər nümayiş etdirilirdi.