Karniol Skopoliyasi - Wikipedia
Karniol skopoliyası (lat. Scopolia carniolica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin skopoliya cinsinə aid bitki növü.
Karniol skopoliyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Karniol skopoliyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Botaniki xarakteristikası
redaktəÇoxillik ot bitkisi olub, horizontal, şişman, lətli, zəif gövdəli kökümsovu vardır. Gövdənin hündürlüyü 80 sm, açıq-yaşıl, demək olar ki, əsası bənövşəyi rənglidir. Yarpaqları yaşıl, saplaqlı, uzunsov-yumurtaşəkilli, zirvəsi itiuclu, bütövkənarlı və ya zirvəsi 1-2 dişlidir. Çiçəkləri başı aşağı əyilmiş, tək, uzunluğu 2-2,5sm, çiçək saplağı uzun, zənğşəkilli, 5 dişli, tacın xarici hissəsi tünd qırmızı-bənövşəyi, daxili isə sarımtıl-qonur rənglidir. Meyvələri dairəvi olub, açılandır.
Kökümsovlarını erkən yazda, yayın sonunda toplamaq lazımdır. Kökümsovlarını kürək və çəngəllə torpaqdan çıxararaq yumaq və qurutmaq lazımdir. Xammal toplandıqdan 10-15 il ərzində biosenoz bərpa edilir. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 1-2 sm qalınlığında sərilməli, qutucuqları günəş altında və ya 40ОС temperaturda quruducu şkafda qurudulmalıdır.
Zəif iyə və məlum olmayan dada malikdir.
Tərkibi və təsiri
redaktəBütün orqanlarında 0,9% (tropan sırası), hiosçiamin və skopolamin alkaloidləritapılmışdır. Kökümsovlarının tərkibində 0,4% hiosçiamin toplanmışdır. Qutucuğun tərkibində 0,55%, toxumlarının tərkibində isə 0,31% skopolamin alkaloidi toplanmışdır.
Yabanı ot bitkisi olan skopolianın kökümsovu keyfiyyətli xammal və dərman hesab edilir. Kökümsovlarının tərkibində çoxlu miqdarda skopolamin vardır.
Kökündən atropin sulfat, hiosçiamin, kamfora, skopolamin hidro-bromid, skopolamin kamfora alınır. Skopolamin sinir-psixi praktikada kamfora, hiosçiamin və skopolamin "aeron" həbinin hazırlanmasında istifadə edilir ki, bu da dəniz xəstəliklərində istifadə edilir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Scopolina carniolica (Jacq.) Kuntze
Heterotipik sinonimləri
redaktə- Atropa ambigua Salisb.
- Hyoscyamus chloranthus Wender.
- Hyoscyamus scopolia L.
- Scopolia atropoides Bercht. & J.Presl
- Scopolia carniolica var. violacea Semenova
- Scopolia hladnikiana Fleischm. ex Nyman
- Scopolia scopolia (L.) H.Karst.
- Scopolia trichotoma Moench
- Scopolia tubiflora Kreyer
- Scopolina atropoides Schult.
- Scopolina carniolica Schur
- Scopolina hladnikiana Freyer ex W.D.J.Koch
- Scopolina viridiflora Freyer ex W.D.J.Koch