Kerem Memmedov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məmmədov Kərəm Hətəm oğlu (22 fevral 1965, Gəyliyən, Dmanisi rayonu – 10 iyun 2023[1], Bakı) — Azərbaycan tarixçisi, etnoqraf, tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi (2019).[2]
Kərəm Məmmədov | |
---|---|
Doğum tarixi | 22 fevral 1965 |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyun 2023[1] (58 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Uşağı | 3 |
Təhsili | |
Fəaliyyəti | tarixçi |
Mükafatları |
|
Həyatı
redaktəKərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Dmanisi rayonunun (1947-ci ilə qədər Başkeçid) Gəyliyən kəndində anadan olmuşdur.
1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur.
1983–1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir.
1987-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilmişdir.
1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin "Antropologiya və Etnoqrafiya" ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilmişdir.
1991–1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Azərbaycanın qədim dövr və orta əsrlər tarixi" kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993–1996-cı illərdə əyani aspiranturada təhsil almışdır. 1995-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir. "Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini tapmışdır.
1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya" kafedrasının müəllimidir.
1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi məzuniyyətdə olmuş, 1998-ci ilin fevral ayında Beynəlxalq Altayşünaslıq konfransında "Altay xalqlarında şamançılıq" mövzusunda elmi məruzə ilə çıxış etmişdir. 2004-cü ilin iyul ayında Bakı Dövlət Universitetinin "Arxeologiya ve Etnoqrafiya" kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Türkiyədə Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi elmi konfransda "Cənubi Qafqaz əhalisinin etnik antropologiyası" mövzusunda məruzə ilə çıxış etmişdir. 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən biridir. Hazırda "Borçalı orta əsrlərdə" adlı dissertasiya işi üzərində çalışır. 2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
Azərbaycan, türk və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilirdi. Evli və 3 övladı atası idi.
2023-cü il iyunun 10-da gecə saatlarında alimin vəziyyəti qəfil pisləşib və dünyasını dəyişib[3]. O, ürək tutmasından vəfat edib[4].
Elmi əsərləri
redaktə- Borçalı ərazisində erkən türklər. (M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti gənc tarixçi tədqiqatçılarının elmi konfransının məruzələri). Bakı Dövlət Universiteti, 1991, s.125–127.
- Azərbaycanlılarda qurda sitayiş və onun qalıqları. (Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların birinci respublika elmi konfransının məruzələri). Bakı: 1991 (II hissə), s. 226–228. (rus dilində)
- Azərbaycanlılarda səma cisimlərinə sitayiş. (Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi). Bakı: 1992 s.67–68. (rus dilində)
- Azərbaycanlılarda qoça sitayiş. (Aspirant və gənc tədqiqatçıların Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş elmi konfransının tezisləri). Bakı: 1994, s.12. (rus dilində)
- Altay xalqları (həmmüəllif). Bakı: 1996
- Ural xalqları (həmmüəllif). Bakı: 1997
- Altay xalqlarında şamançılıq və onun izləri. "Altay dünyası (beynəlxalq jurnal)", sayı 1–2, Bakı: 1997, s.43–50.
- Qoçbaşı abidələr. "Altay dünyası (beynəlxalq jurnal)", sayı 5–6, Bakı: 1999, s.46–51.
- Tarix fakültəsinin qiyabi tələbələri üçün antropologiya proqramı. Bakı: 2002, s.164–170.
- Kaspi (oğuz) antropoloji tipinin xüsusiyyətləri haqqında. "Tarix və onun problemləri" jurnalı, 2003, 2, s.177–181.
- Qafqaz xalqlarının antropoloji tərkibi. "Tarix və onun problemləri" jurnalı, 2003, 4, s.191–193.
- Qafqazın poleoantropologiyası. "Bakı Universiteti xəbərləri" jurnalı, 2003, 2, s.156–163.
- Azərbaycanlıların etnik antropologiyası. "Azərbaycan arxeologiyası" jurnalı, Bakı: 2005, 1–4, s.51–59. (rus dilində)
- Borçalı – Qədim Türk Yurdu. "Dədə Qorqud jurnalı", Marneuli 2005, 2, s.24–29.
- Azərbaycanlıların etnik antropologiyası. (Qarabağ: Kürəkçay müqaviləsi — 200). Bakı: 2005, s. 32–41. (rus dilində)
- Qafqazın poleoantropologiyası haqqında. Qafqazın arxeologiyası, etnologiyası, folkloru. Bakı: 2005, s.123–124. (rus dilində)
- Azərbaycanlıların soykökü (antropoloji məlumatlar əsasında). "Tarix və onun problemləri" jurnalı, 1, Bakı: 2006, s. 207–213. (rus dilində)
- The Oghuz Race and its habitat. Miras Cournal. Ashgabat: 2006, 2. p. 162–163.
- İslam dininin Azərbaycanda qəbulu və onun nəticələri. "Dövlət və Din" jurnalı. Bakı: 2006, 2, s.20–24.
- About tomb stone ram monuments in Altai peoples. 2006 New Silk Road Literary Symposium: Baku in Azerbaican. Seoul, 2006. p. 111–114
- Qədim Türklər. Dialoq – XXI əsr jurnalı. Bakı, 2006. ¹ 1, s.54–56
- Tarix (həmmüəllif). Bakı,2006
- Antropologiyanın əsasları (dərslik). Bakı,2006
- Azərbaycanlıların İslama qədərki dini inancları (magistratura proqramı). Bakı,2006
- Borçalı uğrunda Osmanlı – Qızılbaş savaşları. Şah İsmayıl Xətai (Elmi-praktik konfransın materialları). Bakı, 2007. s.55–63
- Ön Asiya əhalisinin antropologiyası haqqında. Qarapapaqlar jurnalı. Marneuli, 2007.¹ 5. s.25–28
- Məhəmməd Sacoğlu. Təməl jurnalı. Bakı, 2007. ¹ 2, s.26–28
- Peçeneqlər (kəngərlər). Türkər dergisi. Bakı, 2007. Özəl sayı. s.21–23
- Dmanisi tarixi mənbələrdə. Qarapapaqlar jurnalı. Marneuli, 2007. ¹ 7, .s. 12–15
- Avarlar. Тцркяр дерэиси. Бакы, 2008. № 2, .с. 14
- Borçalı ərazisində erkən türklər. Qarapapaqlar jurnalı. Marneuli, 2008. № 7, .s.5–10
- Borçalı Rusiya – Qacar müharibəsi illərində. Yazı jurnalı, Tiflis 2008,№ 1, .s.12–17
- Borçalı tarixi. Millət və Dövlət jurnalı, № 4, Bakı s.20–27"
- Azərbaycan erkən orta əsrlərdə. I yazı. Birlik jurnalı, № 1, Bakı,2008 .s.20–21
- Azərbaycan erkən orta əsrlərdə. II yazı. Birlik jurnalı, № 2, Bakı,2008 . s.14–15
- Professor A. Mustafayevin "Azərbaycanılıarın maddi mədəniyyəti" adlı əsərinin rəyçilərindən biridir.
- 2009-cu ildə Azərbaycan dilində nəşr olunmuş "X əsr yəhudi-Xəzər yazışması" adlı kitabın elmi redaktorudur.
- 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari müəlliflərindən biridir.
- Borçalı çar Rusiyasının işğalı dövründə ("Qarapapaqlar" jurnalı. Tbilisi, 2009. N 2.s.9–12)
- Borçalı XI yüzillikdə ("Qarapapaqlar" jurnalı. Tbilisi, 2009. N 9. s.7–11)
- Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı olan Birlik jurnalında "Azərbaycan IX–XI əsrlərdə" (I yazı) (Birlik jurnalı, Bakı, 2009. N1. s.20–21)
- Azərbaycan XII–XIV əsrlərdə (II yazı) (Birlik jurnalı, Bakı, 2009. N2. s.21–23)
- Azərbaycan XII–XIV əsrlərdə (III yazı) (Birlik jurnalı, Bakı, 2009. N3. s.22–23)
- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun Elmi Xəbərlərində "Yaqub Mahmudov və Azərbaycan xalqının etnogenezi" (AMEA, Tarix İnstitunun Elmi xəbərləri, 30-cu cild. Bakı, 2009. s.3–30)
- "Borçalı Səlcuqlular imperatorluğu dönəmində". Qarapapaqlar jurnalı. Tbilisi, 2009. № 9, s.16–19
- Mamedov Karam. Az Oguz Kaszpi faja es sajatossagai. Magyarorszag es Azerbajdzsan : A kulturak parbeszede"III Nemzetközi tudamanyos konferencia (Elöadasok. Cikkek es rezümek). I Kötet. (Törtenelem. Neprajz. Folklor. İradalom. Nyelveszet). Budapest,2009. s.153–160.
- "Azərbaycan IX–XI əsrlərdə" (I yazı). "Birlik" jurnalı, Bakı,2009. N1.s.20–21
- "Azərbaycan XII–XIV əsrlərdə" (II yazı)."Birlik" jurnalı, Bakı,2009. N2.s.21–23
- "Azərbaycan XII–XIV əsrlərdə (III yazı)". ("Birlik" jurnalı, Bakı,2009. N3.s.22–23
- "Azərbaycan XIV–XV" əsrlərdə" (IV yazı). "Birlik" jurnalı, Bakı,2010. N4.s.23–25
- "Azərbaycan XVI–XVII" əsrlərdə (V yazı)". "Birlik" jurnalı, Bakı,2010. N5.s.21–23
- "Borçalı türklərinin soykökündə iştirak etmiş xalqlar". Birlik jurnalı. Bakı,2011. № 1, s.46–47
- "Borçalı VII–XI əsrlərdə".. Tarix və onun problemləri jurnalı, № 1, Bakı 2011. s. 10–20.
- "Dumanis tarixi mənbələrdə". "Birlik" jurnalı, Bakı,2012. N6.s.22–23
- "Səlcuqların gəlişindən sonra". "Birlik" jurnalı, Bakı,2012. N7.s.24–26
- Qobustan (Ön söz).(ingilis və rus dillərində). İstanbul, 2012
- Borçalı abidələri (Azərbaycan və ingilis dillərində). Tbilisi,2013. 127 səh.
- Этнография народов Кавказа (учебник). Баку,2013
- Tarix (abiturientlər üçün vəsait, həmmüəllif). Bakı,2013
- "Borçalı azərbaycanlılarının soykökü". "Borçalı folklor örnəkləri. I kitab". Bakı, 2013. s.11–16
- Tarix (abiturientlər üçün vəsait) (həmmüəllif). Bakı, 2014
- История одного дворянского рода. Баку, 2104
- Azərbaycan tarixi (təbiət fakültələri üçün dərslik) (həmmüəllif). Bakı, 2014
- Qazax-Borçalı xalçaları (Azərbaycan, rus və ingilis dillərində). Bakı, 2014
- Azərbaycan türklərinin antropologiyası. I yazı. "Ağrı" dərgisi. Tehran, 2014. (fars dilində).
- Azərbaycan türklərinin antropologiyası. II yazı. "Ağrı" dərgisi. Tehran,2014. (fars dilində).
- Cənubi Borçalının ermənilər tərəfindən işğalı ("31 mart azərbaycanlıların soyqırım günüdür". Elmi praktiki konfrans). Bakı, 2014.
- Dmanisi tarixi mənbələrdə (İçərişəhər qoruq-muzeyinin nəşri). Bakı,2014
- Borçalı tunc dövründə . Azərbaycan arxeologiyası jurnalı. Bakı,2014
- İraq və Şam türkmanları. Abiturient jurnalı. Bakı,2015
- Dumanis tarihi hakkında. Yeni Türkiye dergisi. İstanbul,2015
- Ümumdünya tarixi (orta məktəblərin 9-cu sinif şagirdləri üçün dərslik). Bakı,2015
Təltif və mükafatları
redaktəFilmoqrafiya
redaktəMənbə
redaktə- "Kərəm Məmmədov" (az.). history.bsu.edu.az. 2016-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- "Kərəm Məmmədov kimdir ?" (az.). www.regionmedia.net. 2014-03-10. 2013-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
- "Müəllifin tərcumeyi–halı" (az.). www.borchali.net. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
İstinadlar
redaktə- ↑ 1 2 https://qafqazinfo.az/news/detail/tarixci-alim-kerem-memmedov-vefat-etdi-403218.
- ↑ "Prezident BDU-nun əməkdaşlarını təltif etdi". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ "Ağır itki: Kərəm Məmmədli vəfat etdi". 2023-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-10.
- ↑ APA TV. "Məşhur alim vəfat etdi" (az.). Youtube.com. 10.06.2023. 2023-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-11.
- ↑ ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-27.