Kuveyt Seheri - Wikipedia
Küveyt (həmçinin Əl- Küveyt — ərəb. الكويت ) — Küveyt dövlətinin paytaxtı.
Küveyt | |
---|---|
الكويت | |
29°22′30″ şm. e. 47°58′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKüveyt körfəzi sahilində yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur.
Əhalisi
redaktəŞəhərin əhalisi — 151.060 (2008)[3], şəhərətrafı qəsəbələrlə birlikdə — 2,380,000 nəfərdən çoxdur.
Coğrafiyası
redaktəŞəhər Küveyt körfəzinin sahilində yerləşir. Şəhər üç zonaya bölünür: sənaye zonası (Şüveyx şəhərətrafı qəsəbəsində), təhsil zonası (orada universitet, məktəblər və elmi-tədqiqat müəssisələri yerləşir) və istirahət zonası (sahilboyu Əl-Cahar şəhərinə qədər uzanır.
Sənayesi
redaktəMüasir Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görünüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər hesabına şəhər sürətlə böyüyür. Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducular quraşdırılır. Küveytin Şüveyx adlanan rayonunda gəmiqayırma və gəmi təmiri müəssisələri, istilik-elektrik stansiyası yerləşir. Şəhərdə dəniz suyunu içməli suya çevirən müəssisə var.[4]
Nəqliyyat
redaktəKüveyt mühüm dəniz limanı, ölkənin böyük nəqliyyat qovşağıdır. Şəhərdə Beynəlxalq Küveyt aeroportu yerləşir.[4]
İctimai və mədəni həyat
redaktəKüveytdə universitet, milli muzey fəaliyyət göstərir. Paytaxtda onlarca qəzet, jurnal nəşr edilir. Milli televiziya və radio mərkəzi, KUNA adlanan hökumət informasiya agentliyi fəaliyyət göstərir.[4]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Водонапорные башни Эль-Кувейта Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.un.org/en/events/citiesday/assets/pdf/the_worlds_cities_in_2018_data_booklet.pdf.
- ↑ "NationMaster – Kuwaiti Geography statistics". NationMaster. 18 December 2008. 18 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2011.
- ↑ 1 2 3 Soltanova H. B., Məmmədov C. A. "Yaxın və Orta Şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası" (dərslik). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2008, s. 121–122