Jingle Bells - Wikipedia
Jingle Bells – dünyanın ən məşhur milad mahnısıdır.
"Jingle Bells" | |
---|---|
Frenk Sinatra, Sanna Nilsen, Qven Stefani, Maykl Buble tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1857 |
Dil | ingilis dili |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1822-ci il dekabr ayının 25-də Bostonda pastor Con Pyerpont (John Pierpont) və Meri Şeldon Lord (Mary Sheldon Lord) cütlüyünün ailəsində əlamətdar bir hadisə baş verməsəydi ― Ceyms Lord Pyerpont (James Lord Pierpont) dünyaya gəlməsəydi, ümumiyyətlə bu mahnı yaranmayacaqdı. 10 yaşında Ceymsi Nyu-Hempşirdə yerləşən internat məktəbinə göndərirlər. Oradan o, anasına yazdığı məktubların birində dekabrda qar üstündə xizəklə sürüşməsi haqqında yazır. Məktublarındakı romantik əhval-ruhiyyəyə baxmayaraq, gənc avanturist Ceyms 1836-cı ildə "Şark" gəmisinə minərək internatdan qaçır. 9 il ərzində praktiki coğrafiyanı mənimsədikdən sonra o, 1945-ci ildə Yeni İngiltərəyə qayıdır. Bu zaman onun atası Nyu-York ştatının Troy şəhərində pastor idi. Sonradan ailə atasının Unitar cəmiyyətin naziri seçildiyi Massaçusets ştatının Medfort şəhərində məskunlaşır. Çox düşünmədən Ceyms Millisent Kavi (Millicent Cowee) ilə evlənir. Onlarin bir oğul, bir qız övladı dünyaya gəlir. Lakin gözəl körpələr belə Ceymsə, 1849-cu ildə ailəsini ataraq San-Fransiskoya qaçmağa mane ola bilmir. Orada Ceyms öz biznesini qurur. "Qızıl qızdırması" o dövrdə müəyyən biznesin inkişafı üçün şərait yaradırdı. Lakin biznesdə hamının bəxti gətirmir. Bunu gənc ata tezliklə anlayır. Fotoqraf işləyərkən bir neçə yanğın nəticəsində hər şeyini itirən Ceyms 1851-ci ildə əliboş Medforda qayıdır. Lakin 1853-cü ildə o, qardaşının yanına Corciya ştatına gedərək, orada yerli kilsədə orqançı və musiqi direktoru vəzifəsində çalışır. Eyni zamanda orqanda ifa və vokal dərsləri verən Ceyms bu dövrdə ilk mahnılarını yazır. 1856-cı ildə başı yaradıcılığa qarışan Ceymsin həyat yoldaşı həmin vaxtların "məşhur" xəstəliyi olan vərəmdən dünyasını dəyişir. Pyerpont az müddət sonra, ikinci dəfə çox uğurlu ailə qurur. Bu dəfə o, Savanna şəhərinin merinin qızı Eliza Ceyn Purs ilə evlənir. İkinci xanımı ona qız övladı bəxş edir. Birinci nikahdan olan uşaqları isə babaları ilə Massaçusetsdə qalırlar.
1857-ci ilin avqust ayında Bostonda Ceyms Pyerpontun "Təkatlı açıq xizək" ("One Horse Open Sleigh") mahnısı səsləndirilir, həmin ilin sentyabrında mahnıya müəllif hüquqları alınır və "Cingildəyin zınqırovlar və ya təkatlı açıq xizək" (" Jingle Bells or One Horse Open Sleigh") mahnısı 1859-cu ildə yenidən məşhurlaşır. Doğrudur, o zaman mahnı hələ hit deyildi, lakin mahnının populyarlığı getdikcə artır və tezliklə milad bayramı zamanı ən çox ifa olunan kompozisiyaya çevrilir.
Sonrakı illər Ceyms macəra axtarışında olan insan kimi həyat yaşayır. O, hətta vətəndaş müharibəsi zamanı Konfederasiyada könüllü olaraq döyüşmüşdü. Bu zaman, sən demə, atası ilə əks cəbhələrdə vuruşmuşdur. Müharibədən sonra Ceyms ailəsi ilə Valdosta şəhərinə köçmüş, orada özünə çoxlu dost qazanmış və yerli münaqişələrdə iştirak etmişdir. 1869-cu ildə Kuitman (Quitman) şəhərinə köçmüş, orada presviterian (Amerikada protestant məzhəblərindən birinin tərəfdarları) kilsəsində orqançı işləmiş, piano dərsləri vermiş, Kuitman Akademiyasında çalışmışdır. Ailəsi ilə birgə bir qədər sonra Ceyms yenidən Savannaya qayıdır. Çoxsaylı yaşayış yerləri, fəaliyyət sahələri dəyişən Ceyms Lord Pyerpont 1893-cü ilin avqust ayının 5-də 70 yaşında vəfat etmişdir.
"Jingle Bells" mahnısı xüsusi olaraq Milad Bayramı üçün yazilmamışdı və XIX əsrin "şən mahnılarından" sadəcə biridir. Lakin, 2 ştat — Massaçusets və Corciya bu mahnının vətəni adlanmaq uğrunda apardıqları mübarizədə barışmaz düşmənə çevrilmişlər.
"Jingle Bells"in ilk səsyazması 1898-ci ildə 2218 nömrəli mum silindr üzərinə yazılmış Edison kişi kvartetinin (Edison Male Quartette) ifası olmuşdur. İllər ötdükcə, mahnının səsyazmalarının sayı getdikcə artmışdır. 1943-cü ildə Binq Krosbi və Endryus bacıları mahnının yeni versiyasını ifa etmişdir.
Sonralar mahnını Frenk Sinatra, Lui Armstronq, Dyuk Ellinqton, Boni M kimi məşhur musiqiçilər ifa etmişlər. "Jingle Bells" mahnısı nəinki Miladın simvoluna, o, mahnı tarixdə ən çox ifa olunan mahnıya çevrildi.