Infogrames - Wikipedia
Atari SA (əvvəllər Infogrames Entertainment SA) — baş qərargahı Paris şəhərində yerləşən Fransa videooyun holdinq şirkəti.
Atari SA | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | İctimai |
Məhsulları | |
Təsis tarixi | iyun 1983 |
Əvvəlki adı | Infogrames |
Baş qərargahın yeri | Paris, Fransa |
İqtisadi göstəriciləri | |
Ümumi aktivlər | ▲ € 7.4 milyon |
Ümumi gəliri | ▲ € 20.6 milyon[1] |
Xalis mənfəəti | ▲ € 7.7 milyon |
Əməliyyat mənfəəti | ▲ € 20.0 milyon |
Struktur | |
Bölmələr |
|
Tərəfdaşlar | Atari, Inc. |
Rəhbərlik | |
Təsisçi | Bruno Bonnell |
Auditor | Ümumdünya |
atari.com |
Tarixi
redaktəŞirkət Bruno Bonnell tərəfindən 1983-cü ilin iyun ayında, Lion şəhərində "Infogrames" adı ilə qurulmuşdur. Şirkət uğurlu inkişaf siyasəti nəticəsində böyümüş,[2] "Atari" brendini satın alaraq onun adını mənimsəmişdir.[3]
"Infogrames" 2001-ci ildə "Hasbro Interactive" studiyasını 100 milyon ABŞ dollarına satın almışdır.[4][5]
Bundan sonra şirkət "MicroProse" studiyası və "Dungeons & Dragons" seriyasının hüquqlarını satın almışdır. Şirkət "MicroProse" studiyasının satın alınması ilə "Civilization" seriyasının da hüquqlarına sahib oldu.[5] Buna baxmayaraq, seriyanın hüquqları daha sonra, 2004-cü ildə "Take-Two Interactive" korporasiyası tərəfindən 22.3 milyon ABŞ dollarına satın alınmışdır.[6]
"Atari, Inc.", "Atari Interactive, Inc.", "Humongous, Inc." və "California US Holdings, Inc." 21 yanvar 2013-cü il tarixində, Birləşmiş Ştatlar Bankrotluq Məcəlləsinin 11-ci maddəsinə əsasən Birləşmiş Ştatlar Bankrotluq Məhkəməsi üçün kollektiv şəkildə petisiyası imzalamışdır.[7]
Filiallar
redaktəİndiki
redaktə- "Atari Benelux"
- "Atari Brazil Ltd."
- "Atari Deutschland"
- "Atari Europe"
- "Atari France"
- "Atari Hellas EURL"
- "Atari Iberica Distribucion"
- "Atari, Inc."
- "Atari Interactive"
- "Atari ITALIA"
- "Atari Japan KK"
- "Atari Korea Ltd."
- "Atari Nordic"
Keçmiş
redaktə- "Atari United Kingdom Limited"
- "Philips Multimedia BV"
- "Atari Australia Pty, Ltd."
- "Atari New Zealand Limited"
- "Infogrames Studios Limited"
- "DMA Design"
- "Infogrames North America, Inc."
- "Atari Melbourne House Pty, Ltd."
- "Humongous Entertainment, Inc."
- "Reflections Interactive Limited"
- "Legend Entertainment"
- "SingleTrac Entertainment Technologies, Inc."
- "Paradigm Entertainment"
- "Atari Interactive, Inc."
- "Europress"
- "MicroProse Ltd."
- "Atari Hunt Valley"
- "Shiny Entertainment, Inc."
- "Eden Games S.A.S."
- "Cryptic Studios"
İstinadlar
redaktə- ↑ "Atari Annual Financial Report" (pdf). atari-investisseurs.fr (ingilis). Atari SA. November 6, 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyul 2020.
- ↑ "Infogrames Gets Control of GT Interactive". nytimes.com (ingilis). The New York Times. 16 noyabr 1999. December 19, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
- ↑ Smit, Toni. "Infogrames re-christens itself Atari". theregister.co.uk (ingilis). The Register. 7 mart 2003. December 23, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
- ↑ "Company News; Hasbro Completes Sale Of Interactive Business". nytimes.com (ingilis). The New York Times. 30 yanvar 2001. June 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
- ↑ 1 2 "Press Release". phx.corporate-ir.net (ingilis). Nasdaq, Inc. 6 dekabr 2000. October 18, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
- ↑ Torsen, Tor. "Take-Two takes over Civilization". gamespot.com (ingilis). GameSpot. 25 oktyabr 2005. October 18, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
- ↑ "Atari Files For Chapter 11 To Separate From French Parent". prnewswire.com (ingilis). PR Newswire. 21 yanvar 2013. January 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2020.
Xarici keçidlər
redaktə- atari-investisseurs.fr — "Atari SA" şirkətinin rəsmi saytı (fr.)