Ikarus 55 - Wikipedia
İkarus 55 — beynəlxalq avtobusu, 1953-cü ildən 1972-ci ilə kimi İkarus firması tərəfindən istehsal edilmiş və əsasən Şərqi Avropada bir çox sosialist ölkələrində istismara verilmişdir.
Haqqında
redaktəTam çəkisi 12 730 kq. Maksimal surət 98 km/saat.. 1955-ci ildən 1973-cü ilədək Ikarus 55-in əsasında gücü 170 at gücü olan Csepel (Csepel Motorkerkprgyr) mühərrikli və 32 yerə malik yumşaq oturacaqları ilə rahat salonlu olan Ikarus Lux şəhərlərarası avtobus istehsal edildi[1]. Bu model giriş qapısında yazılmış Ikarus Lux (55 rəqəmi olmadan, ayrı bir avtobusun tipini özündə əks etdirirdi) və ön şüşənin üzərində heyrət doğuran fənəri ilə macar ixracının əsası oldu və istehsalatda təxminən 20 il qaldı[1]. Ikarus Lux, SSRİ-nin istismar etdiyi əsas beynəlxalq avtobusu oldu. Riqa, Moskva, Leninqrad, Tallin və digər iri şəhərlərin avtovağzallarında bu model avtobusa rast gəlmək olardı. Həmçinin, ilk dövrlərdə şəhər üçün üçqapılı variantı da — Ikarus 66 istehsal olunmuşdu (SSRİ-də az miqdarda gətirilirdi; əsasən Baltikyanı ölkələrdə istifadə olunurdu). Salonu sərnişinləri üçün 31, konduktoru üçün + 1 oturacaq sayı vardı. Avtobusda dördpilləli siralanmış 6 silindirli dizel mühərrik qismində 145 at gücü olan Csepel-d614.22 mühərriki istifadə edilirdi. Hidrogücləndirici sükan mexanizmi. Bütün təkərləri yaylı hidravlik teleskop amortizatorlarla təchiz olunmuşdu. Təxminən bərabər oturacaq yeri olan yerli sovet Laz-697 sərnişin avtobusuna nisbətdə "İkarus"lar rahatlığı və qənaətli dizel mühərrikinin olması ilə üstün hesab edilirdi. Ikarus Lux avtobusları, bir milyon kilometri əsaslı təmir olmadan yol qət etdiyi üçün, çox etibarlı hesab edilirdi[2][3]. Ikarus ailəsinin daha müasir 250/255/256 modelləri istehsal olunana qədər, SSRİ-də İkarus 55 model avtobusları şəhərlərarası xətlərdə 1980-ci illərin əvvəllərinə qədər istismar olunmuşdur.
Xarici keçidlər
redaktə- Ikarus 55 на фотогалерее "АВТОБУСНЫЙ ТРАНСПОРТ" Arxivləşdirilib 2017-06-09 at the Wayback Machine
- Ikarus 66 на фотогалерее "АВТОБУСНЫЙ ТРАНСПОРТ" Arxivləşdirilib 2017-06-09 at the Wayback Machine
- Ikarus 55 в "Живом журнале"
- Ikarus 55 Moskvada retro-avtobuslar sərgisində
- Estoniyadaki restavrasiya olunmuş İkarus Lyuks
- Ikarus TR 3,5 (1948) başlayaraq bütün modellər
- "İkarus-55" tarixi https://www.drive2.ru/l/4965312/
- ↑ 1 2 "İkarus-55 «Lyuks» (1955—1973)". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
- ↑ "İkarus («Ikarus», Macarıstan)". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
- ↑ "Отечественные автобусы и троллейбусы в ТТ". 2010-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.