I Mehmed Geray - Wikipedia
I Mehmed Gəray (30 noyabr 1465, Həştərxan xanlığı – oktyabr 1523, Həştərxan, Həştərxan xanlığı) — 5. Krım xanı.
I Mehmed Gəray | |
---|---|
17 aprel 1515 – noyabr 1523 | |
Əvvəlki | I Məngli Gəray |
Sonrakı | I Qazi Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 noyabr 1465 |
Doğum yeri | |
Vəfat tarixi | oktyabr 1523 (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Atası | I Mənqli Gəray |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəGənclik illəri
redaktəMehmed Gəray 1465-ci ildə Həştərxanda dünyaya gəlmişdir. Krım xanı Məngli Gərayın ən böyük oğludur. Anasının kim olduğu bilinir. Gənclik illərində atasının Polşa və Litva knyazlıqlarına, eləcə də Moskva knyazlığına tərtiblədiyi saysız səfərlərdə iştirak etmiş, əmisi Yağmurçi Gərayın 1507-ci ildə vəfatından sonra kalqay (Krım taxtının vəliəhdi) elan edildi. Vəliəhd olaraq atasından Qarasubazar və Ağməscid bölgələrinin idarəsini təhvil aldı.
Səltənət illəri
redaktə1515-ci ilin aprelində atası Məngli Gəray Salacıq bölgəsində vəfat etdi. O əsnada kalqay Mehmed Gəray və ordusu isə yarımadanın şimalındakı Perekop qalasında idi və onun paytaxta gəlişinə qədər 40 gün boyunca xanın vəfatı əhalidən gizlədildi.
Krım taxtına oturan Mehmed Gəray, gələcəkdə üsyan edəcək olan kiçik qardaşı Topal Əhməd Gərayı kalqay elan etdi. Digər qardaşı Səadət Gərayı isə İstanbula girov olaraq göndərdi. Əhməd Gəray ilk başda ona verilən Ağcaqum bölgəsində qalsa da, daha sonra Litva knyazlığı ərazisinə hücumlar tərtibləməyə başladı. Üsyankar kalqay, Moskva knyazı III Vasili ilə məktublaşaraq, onu Kiyev və Vilna üzərinə səfərə dəvət etdi. Digər yandan oğlu Hümmət Gərayı İstanbula göndərərək qardaşı olan taxt mübarizəsində Osmanlı sultanından kömək istədi.
1519-cu ilin yazında Mehmed Gəray oğulları Bahadır və Alp Gərayı, üsyankar qardaşını məğlub etmək üçün Perekop qalasına göndərdi. Çox keçmədən Əhməd Gəray qaladan qaçmaq istəyərkən ələ keçirildi və öldürüldü. Mehmed Gəray böyük oğlu Bahadır Gərayı kalqay elan etdi. Ancaq Bahadır Gəray 1523-cü ildə Həştərxan xanlığının taxtına oturdu və bu dəfə də kiçik qardaşı Alp Gəray kalqay təyin edildi.
1519-cu ildə Qazan xanı Məhəmməd Əmin xan vəfat etdi və xanın övladı yox idi. Bu səbəblə xanlığın idarəsini ələ keçirmək istəyən Moskva knyazı və Krım xanı öz namizədlərini irəli sürdülər. Rusların taxt namizədi Şeyx Əliyarın oğlu Şahəli xan, tatarların namizədi isə xanın kiçik qardaşı Sahib Gəray oldu. Nəhayət 1521-ci ildə Sahib Gəray Qazan xanlığının taxtına oturdu və 3 il boyunca bu taxtda qaldı.
1521-ci ildə hər 2 qardaşın birləşmiş qüvvələri Moskvaya hücum etdi və şəhəri talan edərək xeyli miqdarda qənimətlə geri döndü. Bu hücumun ardından Moskva knyazlığı illik xərac verməyi qəbul etdi. Ancaq 1523-cü ildə tərtiblənən Moskva səfəri uğurlu olmadı. Belə ki, toplarla təmin edilən rus ordusunu görən tatar süvariləri geri çəkildi və səfərin istiqamətini dəyişərək Həştərxana yönəldi. Elə həmin il Həştərxan xanlığı işğal olundu və kalqay Bahadır Gəray Həştərxan taxtına oturdu.
Səfər bitsə də, ordunun böyük bir qismini Krıma göndərən xan kiçik hərbi dəstəylə Həştərxanda qaldı. Ancaq Krım xanının bu qədər güclənməsindən narahat olan yerli əsilzadələr Mamay xanın başçılığı ilə Mehmed Gəraya qarşı sui-qəsd təriblədilər. Mehmed Gəray və 2 övladı (Bahadır Gəray və Alp Gəray) çadırda xəncərlə qətlə yetirildi. Xanın sui-qəsddən xilas olan oğlanları Krıma qaçdılar. Qaçan qardaşları təqib edən noqay dəstələri yarımadaya gəldi və bölgəni talan etdilər.
Vəziyyəti dərhal ələ almaq istəyən Qazi Gəray mərhum xanın sağ qalan ən böyük oğlu olaraq Krım taxtına çıxdı.
Ailəsi
redaktəTatar boylarından Həsən bəyin qızı Nurum Sultanla evlənmişdir. Adı bilinən övladları bunlardır:
- Bahadır Gəray
- Alp Gəray
- Qazi Gəray
- Baba Gəray
- İslam Gəray
- Çoban Gəray (ö. avqust 1524)
- Aybigə Sultan
Mənbə
redaktə- Howorth, Henry Höyle (1880) History of the Mongols, from the 9th to the 19th Century
- Fisher, Alan W., (1987) The Crimean Tatars, Stanford California: Hoover Institution Press
- Oleksa Gaivoronsky «Повелители двух материков», Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2, pages 119—145
- Халим-Гирай-султан «Розовый куст ханов или история Крыма»
- ↑ Мякотин В. А. Ислам-Гирей I (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1894. Т. XIII. С. 387.