Hovard Karter - Wikipedia
Houard Karter (9 may 1874[2][3][…] – 2 mart 1939[4][2][…], London[5]) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir.
Houard Karter | |
---|---|
ing. Howard Carter | |
Doğum tarixi | 9 may 1874[2][3][…] |
Vəfat tarixi | 2 mart 1939[4][2][…] (64 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | limfoma |
Dəfn yeri | |
Elm sahələri | Misirologiya[1], arxeologiya[1], antropologiya |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəHouard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir.
Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi. Həmçinin Lord Carnavon ilə də şiddətli bir mübahisələr aparmışdır. Carnavonun sağlığı dövründə olmasa da, onun ölümündən sonra Lady Evelyn ilə evləndi.
Howard həyatının sonlarında yoxsulluqdan əziyyət çəkmişdir.
Əsərləri
redaktə- IV. Tutmosun Türbəsi (1904)
- Tutanxamon Türbəsi (ilk iki cild 1923; 3-cü cild 1933)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Howard Carter // Babelio (fr.). 2007.
- ↑ 1 2 Howard Carter // Carter, Howard (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2018. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T014464
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Union List of Artist Names (ing.). 2010.
- ↑ Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.