Histonlar - Wikipedia
Histonlar - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Histonlar – sadə züllaların bir növüdür. Yunanca ″histos″- toxuma deməkdir. Histonlar toxuma zülalı kimi çoxhüceyrəli orqanizmin DNT xromatidlərində olur. Onların molekul kütləsi 11400–24000 arasında dəyişir. Elektrokimyəvi nöqteyi-nəzərdən onlar əsasi xassəlidir. Histonabənzər zülallar hüceyrənin ribosomlarında olur.
Histonların funksiyası
redaktəHistonların iki əsas funksiyası var: quruluş və nizamlayıcı. Quruluş funksiyası: onlar DNT-nin fəza quruluşunun stabilləşməsində iştirak edir. Nizamlayıcı funksiya irsi məlumatların DNT-dən RNT-yə verilməsini təmin etmək qabiliyyətilə əlaqədardır.
Histonların tipləri
redaktəHistonlar H1, H2a, H2b, H3, H4, H5 tipində olur.
- H1 – lizinlə olduqca zəngindir.
- H2a – argininlə zəngindir.
- H2b – lizinin miqdarı azdır.
- H3 – argininlə zəngindir.
- H4 – arginin və lizinlə zəngindir.
- H5 – balığın, quşların eritrositlərində olur.
Mənbə
redaktə- A. M. Məhərrəmov, M. Ə. Allahverdiyev. "Həyat fəaliyyətinin kimyəvi əsasları", Bakı-2009