Hipotalamus - Wikipedia
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hipotalamus və ya görməqabaraltı ― baş beyinin kiçik ölçülü quruluşu olub müxtəlif funksiyaları yerinə yetirən nüvələrdən ibarətdir.
Hipotalamus bütün onurğalılarda mövcudur. İnsanda bu orqan bir badam şəklindədir. Məməlilərdə beyin mərkəzləri arasında rabitə yaradır. Bədən temperaturunu, periferik sinir sistemini və hipofizin fəaliyyətini idarə edir. Susuzluq, aclıq hislərinin mərkəzi olub bədən istiliyini və qan təzyiqini tənzimləyir. Həm də ifraz etdiyi RF maddəsi ilə hipofizə xəbərdarlıq edir. Daxili tarazılıq hipotalamus ilə qorunur. Karbohidrat-yağ-zülal maddələr mübadiləsini tənzimləyir. Duyğuların fiziki təməli də hipotalamus tərəfindən dəstəklənir.
Hipotalamusun quruluşu
redaktəAra beyin (diencephalon) orta beyinin oral hüdudları daxilində yerləşir:
Hüdudi səhfədən (lamina terminalis) başlayaraq III mədəcikdən hər iki tərəfə doğru yayılır və əzgiləbənzər cismə qədər davam edir. Ventral hissədə bazal sistern və orta beyinlə, dorsal — arxa tərəfdə III və yan mədəciklərin damar kələfinin əsası ilə, lateral olaraq daxili kapsulla hüdudlanır .
III mədəcik divarının arxa hissəsi görmə qabarından (talamus) və onun hipotalamik təpəciklərdən aşağıda yerləşən hissəsindən, hipotalamusdan (hypotalamus) təşkil olunmuşdur .
Hipotalamus avtonom funksiyalarin serebral mərkəzidir: hipotalamik hündürlüklərin altında yerləşən və horizontal olaraq qabararası birləşmənin alt tərəfinə yayılan III mədəciyin periventrikulyar boz cismindən təşkil olunmuşdur. Məməciyəbənzər cisimlər, boz qabar, qıf və hipofizin arxa payı — neyrohipofiz də hypotalamusa aiddir.
Hipofizin ön payı vəzili quruluşa malik olub adenohipofizə daxildir . Hipotalamus boşluğun örtük hissəsi ilə medial və lateral şöbələrə bölünərək Monro dəliyinin ön divarından məməciyəbənzər cismə doğru yönəlir .
Laterial şöbə sinir dəstələrindən ibarətdir . Onların arasinda qoxu nahiyəsindən orta beyinə qədər ön beyin lifləri və boz qabarın lateral nüvələri vardır .
Medial hipotalamik şöbədə ön medial və yaxud qabar və arxa və ya məməciyəbənzər (mamilyar) nüvələr yerləşir.
Preoptik, supraoptik və paraventrikulyar nüvələr ön qrupun ən vacib struktur törəmələridir. Supraoptik və paraventrikulyar nüvələr supraoptik-hipofizar yolu vasitəsilə neyrohipofizlə əlaqəlidir . Bu nüvələr sintez olunan vazopressin və oksitosin hormonları supraoptik hipofizar yolla hipofizin ayaqcıqları ilə neyrohipofizə daşınır.
Medial qrupa qıf, boz qabar, dorsomedial, venrtomedial və lateral yaxud qabar-məməciyəbənzər nüvələri aiddir.
Hipotalamusla beyin qabığı arasında əlaqə saysız-hesabsız efferent (hissi) və efferent (hərəki) sinir yolları ilə tənzim olunur . Bu əlaqə xüsusən alın payı , qurşaq qırışığı , talamus , bazal nüvələr , beyin kötüyü və onurğa beyini ilə beyin qabığı arasında daha çox təzahür edir. Yuxarıda qeyd edildiyi kimi, yalnız hipofiz vəzin arxa payı-neyrohipofizlə hipotalamusun nüvələri , xüsusən supraoptik və paraventrikulyar nüvələr arasında bilavasitə rabitə vardır. Bu əlaqə supraoptik-hipofizar yolla yaranır .
Supraoptik-hipofizar əlaqə nəinki sinir impulslarının örtülməsində iştirak edir , həmçinin neyrosekretlərin-vazopressin və oksitosin hormonlarının hipofizin arxa payına daşınmasını təmin edir . Həmin hormonlar neyrohipofizdən birbaşa qan dövranına daxil olur.
Vazopressin (antidiuretik hormon ADH) böyrək kanalcıqlarının distal şöbəsində yerləşən epitelial hüceyrələrə təsir edərək hüceyrə qişasının keçiriciliyini artırır. Duzun rezorbsiyasından asılı olmayaraq mayenin sorulması çoxalır. Beləliklə, bu hormon sidiyin miqdarını tənzim edir.
Bu nüvələrin zədələnməsi zamanı ADH-nin bu tısir mexanizmi pozulur və şəkərzis diabet xəstəliyi baş verir . Bu zaman xəstə çoxlu sayda sidik ifraz edir (poliuriya) , sidiyin xüsusi çəkisi azalır (1 , 001–1 , 003):poliuriya ilə əlaqədar olaraq xəstədə yaranan şiddətli susuzluq hissi gündəlik normadan dəfələrlə çox maye qəbul edilməsinə (polidipsiya) səbəb olur . Neyrohipofizin cərrahi müdaxiləsi şəkərsiz diabetin inkişafına səbəb olmur . Çünki, ADH ifraz edən nüvə hormonunun bilavasitə qan dövranına daxil olmasını təmin edir .
Oksitosin paraventrikulyar nüvədə ifraz olunaraq hamiləlik dövründə uşaqlığın yığılmasına və süd vəzilərində südün ifrazına təsir göstərir .
Hipotalamus həmçinin xüsusi təsir göstərən maddələr:rilizinq-hormon və yaxud rilizinq-amillər sintez edir . Rilizinq hormonlar qabar-qıf yolu ilə hipofizin ayaqcıqlarının portal damar şəbəkisinə daşınır . Qeyd edilən amillər damar şəbəkəsi ilə hipofiz vəzin ön payına daşınır və orada spesifik hormonlar ifraz edən hüceyrələri stimulə edir .
Adenohipofizin hormonlarının sintezi eozinofil və bazofil hüceyrələrində baş verir . Eozinofil hüceyrələri boy hormonu (BH) yaxud samototrop hormon (STH) , prolaktin (PRL) və ya laktotrop hormon (LTH) sintez edir .
Bazofil hüceyrələrində isə tireoidstimuledici hormon (TSH) yaxud tireotrop hormon (TTH) və adrenokortikotrop hormon (AKTH) sekresiya olunur .
Xromofob hüceyrələri AKTH istisna olmaqla, hormon yaranmasında iştirak etmir .
Hüceyrələrin bu hormonları qan dövranına daxil olaraq , daxili sekresiya vəzilərinə təsir edir və müvafiq vəzi hormonlarının sintezini stimulə edir . Daxili sekresiya vəzilərinin hormonları da qana daxil olur və onların qandaki miqdarı hipotalamusun xüsusi nüvəsi kimi "əks əlaqə" prinsipi əsasında həm vəzi hüceyrələrinə , həm də hipofizin ön payına təsir göstərir . Nəticədə adenohipofizin müxtəlif hüceyrələri rilizinq amillərin sekresiyasını ya dayandırır , ya da məhdudlaşdıraraq hormonların müvafiq həddə saxlanmasını təmin edir .
Hipotalamus bütün periferik avtonom sinir sisteminin əsas mərkəzidir . Hipotalamusun ön şöbələrinin , xüsusən preoptik nahiyasinin qıcıqlandırılması parasimpatik (trofotrop) fəallığı artırır:bu zaman tərləmə , damarların genişlənməsi , ağız suyu ifrazının artması , hipotoniya , urək yığılmaları tezliyinin ləngiməsi , sidik kisəsinin yığılması və peristaltikanın güclənməsi müşahidə olunur . Bəzən hipotalamusun zədələnmələrində kəskin mədə-bağırsaq qanaxmaları (stres qanaxması) baş verir . Bu prosesdə somotostatik ehtiyatın qurtarmasına səbəb kimi baxılır .
Hipotalamusun kaudal-aşağı , xüsusən arxa nüvə və lateral şöbələrinin qıcıqlandırılması simpatik (erqotrop) fəallığı artırır və midriaz (bəbəklərin genişlənməsi) , hipertenziya , taxikardiya , təngnəfəslik , peristaltikanın zəifləməsi , hiperqlikemiya kimi əlamətlər təzahür edir .
Vəzifələri
redaktə- Bədən tempraturunu tənzimi
- Qidalanma
- Cinsi davranış
- Qorxu və nifrət
- Bədən ritminin tənzimi