Himyar Dovleti - Wikipedia
Himyar_dövləti - Haqqında Məlumat
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Himyar dövləti (ərəb. مملكة حِمير) — Ərəbistan yarımadasının cənubunda, e.ə. 110-cu il civarında tarix səhnəsinə çıxan, yunanlılar və Romalılara görə Homeritə krallığı olaraq adlandırılan antik krallıq. Qonşu krallıqlardan Səba b.e.ə. 25-ci il, Kataban 200 və Həzrəmövt 300-cü il civarında bu krallıq tərəfindən fəth edildi. Krallığın siyasi qədəri, Səba krallığının tam olaraq fəth edildiyi 280-ci ilə qədər bu krallıqla yaxından əlaqəsi olmuşdur. 525-ci ilə qədər bölgəsindən təsirli gücə malik olan krallığın iqtisadiyyatı taxılçılığa bağlı idi. Ən önemli ixraç məhsulu Mir ağacı və ondan əldə edilən tüstüdür. Şimali Afrika ilə yaxınlığı səbəbi ilə Roma imperiyasının Fil dişi ehtiyacının bir qismi buradan gedirdi.
Tarixi dövlət | |
Himyar dövləti | |
---|---|
|
|
Dövlət dini | İudaizm, xristianlıq |
İdarəetmə forması | monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |