Himalay Qorali - Wikipedia
Himalay qoralı (lat. Naemorhedus goral) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Orta ölçülərə malikdirlər. Altı yarımnövü vardır ki, hazırda isə bu yarımnövlərdən biri olan Şərq qoralı müstəqil növdür (lat. Naemorhedus caudatus)[3].
Himalay qoralı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Himalay qoralı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Adı
redaktəNövün elmi adı Nemorhaedus goral Latın dilindən götürülmüşdür. nemus "meşə", və haedus, keçi. Qoral adı isə hind dilindən götürülmüşdür.
Xarici görünüşü
redaktəXarici hörünüş baxımından adi ev keçisinindən Antilopa keçidi xatırladır. Qorallar cinsinə daxil olan digər növlərdən forması, uzun tükləri və iri buynuzlarına görə seçilirlər. Qoralın uzunluğu 106–118 sm, hündürlüyü 75 sm, çəkisi — 32–42 kq-dır. Quyruğu 13–18 sm-dir. Erkəklər və dişilər qara rəngli və iti buynuza malikdir. Buynuzu 13–18 sm uzunluğa malikdir. Qışda tükləri uzun və sıx olur. Yay ayları isə qısa və seyrək olur.
Törənməsi
redaktəQoral Seroudan (Capricornis sumatraensis) törəməsi və onunla ümumi kökə malikdirlər.
Yayılması
redaktəBu növ əsasən Himalay, Şərqi Tibet, Birmanın dağlıq hissələrində, Çin (Siçuan, Yonnan, Şansi), Pakistan, Hindistan, Nepal və Butan ərazilərində yayılmışdır.
Həyat tərzi
redaktəTipik dağ heyvanıdır. Qayalıqlar üzərində, dağ meşəliklərində və hündürlüyü 4000 m olan ərazilərə yayılırlar.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ "Amur qoralı". 2017-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.