Hidrotermal Mehlullar - Wikipedia
Hidrotermal_məhlullar - Haqqında Məlumat
Hidrotermal məhlullar (ing. hydrotermal solution s, rus. гидротермальные растворы) — maqmadan ayrılan su buxarları və onları müşahidə edən qazların temperaturu aşağı düşərkən əmələ gələn, maqmatik mənşəli isti su məhlullarıdır. Hidrotermal məhlullar Yer qabığında sirkulyasiya edir və mineral maddələrin yerləşməsinə və çökməsinə səbəb olur. Bu və ya digər anionların üstünlüyünə görə xloridli, sulfatlı və başqa hidrotermal məhlullar ayrılır. İsti hidrotermal məhlullar Yer təkinə süzülmüş səth sularının hesabına da əmələ gələ bilər. Sinonimi "hidrotermlər"di[1].
İstinadlar
redaktə- ↑ Ş.Ə.Babayev. Azərbaycan-rus-ingiliscə qısa ensiklopedik geoloji lüğət. Bakı, 2008. səhifə 110.