Hafiz Sirazi - Wikipedia
Hafiz Şirazi (fars. خواجه شمسالدین محمد حافظ شیرازی Ḥāfiẓ. Digər yazılış şəkilləri: Hafiz, Hafes, Hafez. Tam adı: Xoca Şəms əd-Din Məhəmməd Hafiz Şirazi) XIV əsr İran şairi və sufisi. Yazdığı qəzəllər mistik düşüncə və məhəbbətin mədhinə görə Şərq ədəbiyyatının ən gözəl incilərindən sayılır. Hafiz poeziyasında hətta müasir sürrealizmin elementlərinə də rast gəlmək olar.
Hafiz Şirazi | |
---|---|
fars. خواجه شمسالدین محمد حافظ شیرازی | |
Təxəllüsü | حافظ |
Doğum tarixi | təq. 1325[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 1389 və ən geci 1390[3][1][…] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair, söz yazıçısı[d], yazıçı |
Əsərlərinin dili | fars dili |
İstiqamət | lirika |
Janr | lirika |
Hafiz Şirazi Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHafizin şəxsi həyatı haqqında çox az məlumat var. Məlumdur ki, şair 1310–1337-ci illər arasında Şiraz şəhərində kömürçü tacir ailəsində anadan olub. Atasız böyüyən Hafizin şairlik istedadı özünü çox erkən yaşlarında büruzə verib və o, şeirlərinə görə xalq arasında hörmət qazanaraq əmir sarayının şairi təyin edilib. Lakin yazdığı şeirlərə görə dindarlar tərəfindən təzyiqlərə məruz qalan şair əvvəlcə İsfahana, sonra isə Yəzdə qaçmağa məcbur olub. Bir neçə ildən sonra Hafiz Şiraza qayıdıb və yaradıcılğına davam edib.
Hafiz şeirlərində dərin və abstrakt fəlsəfi fikirlər ifadə edir. Şair dünyanı tez-tez "viranə" bir yerə bənzədir, insan həyatını xəyalı və aldadıcı bir dövr sayır. Ondan bir əsr əvvəl yaşamış Sədidən fərqli olaraq, Hafiz şeirlərini bir məcmuəyə – divana toplamamışdır. Buna görə də Hafizin yazdığı qəzəllərin dəqiq sayı məlum deyil (onların sayının 573–994 arasında olması ehtimal edilir).
Mərhum xanəndə, xalq artisti Hacıbaba Hüseynov, Hafiz Şirazinin məşhur qəzəlinə, 20-ci əsrin 70-ci illərində təxmis yazıb, qəzetlərdə dərc olunub, dəfələrlə radioda səsləndirilib.
Xarici keçidlər
redaktə- ↑ 1 2 Encyclopédie Larousse en ligne (fr.).
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Union List of Artist Names (ing.).