Hesen Memmedov Musiqici - Wikipedia
Həsən Cəfər oğlu Məmmədov (Türkməncə:Gasan Jafarowiç Mämmedow; 26 yanvar 1956, Aşqabad[1]) — azərbaycanlı əsilli Türkmən və Sovet musiqiçisi, skripkaçısı, "Firuzə", "Günəş" və "Aşqabad" musiqi qruplarının üzvü, Türkmənistan Respublikasının Əməkdar Artisti.[2][3]
Həsən Məmmədov | |
---|---|
Türkməncə:Gasan Jafarowiç Mämmedow | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 yanvar 1956 (68 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı |
SSRİ Türkmənistan |
Milliyyəti | Azərbaycanlı əsilli Türkmənistan vətəndaşı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqi (skripka ifası) |
Janrlar | caz, xalq musiqisi, dünya musiqisi[d] |
Musiqi aləti | skripka |
Təhsili |
Türkmən Dövlət Musiqi Texnikumu 1972-1976 Türkmən Dövlət Pedoqoji İncəsənət İnistitutu (1976-1981) |
Mükafatları |
Həyatı
redaktəHəsən Məmmədov 1956-cı ildı Türkmənistan SSR-də azərbaycanlı ailədə dünyaya gəlmişdir.
2001-ci ildə Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında münasibətlər pisləşdi. Bu Türkmənistandakı azərbaycanlılara olan dövlətin siyasi yanaşmasına da təsir göstərdi. Bundan başqa, Sovet İttifaqının dağılmasından sonra ölkədəki iqtisadi vəziyyət, həmçinin də qeyri-türkmənlərə siyasi yanaşma pisləşdiyi üçün (məsələn, vəzifələrdən azad edilmə və s.) bir çox azərbaycanlı oranı tərk etdi. 2000-ci illərin əvvəllərində belə yanaşma nəticəsində ölkəni tərk edənlərdən biri də Həsən Məmmədov oldu.[4]
Təhsili
redaktəHəsən Məmmədov 1972–1976-cı illərdə D. Ovezov adına Türkmən Dövlət Musiqi Texnikumunda N. B. Şimaoviçdən musiqi dərsi almışdır. 1981-ci ildə Türkmən Dövlət Pedoqoji İncəsənət İnistitutunun skripka sinfini fərqlənmə ilə bitirmişdir. Bu zaman onun elmi rəhbəri V. İ. Reyder olmuşdur.
Fəaliyyəti
redaktəFəaliyyəti dövründə fərqli musiqi qruplarının üzvü olan Məmmədov "Firuzə İnstrumental Ansamblı" (1979),[5]"Günəş — Mən Yeri Görürəm" (1984)[6] və "Aşqabad — Sevgi Şəhəri" (1993)[7] kimi Türkmənistan musiqisinin önəmli əsərlərinin yaradılmasında iştirak etmişdir. O, yaradıcılığı dövründə Peter Qabriel, Ənvər İsmayılov, Melina Kana, Mino Cinélu, Vladimir Matetski, Teodosii Spasov, Urna, Rəşad Şəfiyev kimi məşhur musiqiçilər ilə əməkdaşlıq etmişdir. O, Tatyana Ruzavina ilə Sergey Tayuşevin "Aşqabad" mahnısındakı, gənc Sergey Tayuşevin "Qaraqum" və "Qadın Tərk Edir" mahnılarında skripka ifa etmişdir. Bundan əlavə, Məmmədov Dmitri Malikovun "Quşturan" ("Sevgi Hekayəsi" albomunda bir mahnı (2002)) etdiyi skripka ifasına görə "Qızıl Qramafon Mükafatına" layiq görülmüşdür.
Məmmədov bir çox beynəlxalq musiqi festivallarında iştirak etmişdir. Belə festivallara Alma-Atada keçirilən "Asiya Səsi" (1994), "İncəsənət və Rəqs, Festivalı" (Wiltshire, Birləşmiş Krallıq, 1993-1999), etnik musiqi festivalı olan "Yaşayan Su" (Gorno-Altaisk, 2003),[8] "XIX İpək yolu Bayram Festivalı: Türk Dünyasının Rəqs və Musiqisi" (ABŞ, İndiana Universiteti, 2011),[9] "Beynəlxalq Musiqi və Şeiriyyat Festivalı" (Oxford Universiteti, Birləşmiş Krallıq, 2012) daxildir. Bundan əlavə, Məmmədov Avropa, Asiya, Amerika və Afrikanın bir çox ölkələrində çıxış etmişdir.
O, 1994-1998-ci illərdə Türkmənistanın Milli Xalq Musiqisi Ansamblının direktoru kimi fəaliyyət göstərmişdir.
Öz əsərləri ilə Məmmədov skripkanın Mərkəzi Asiyada və Cənubi Qafqazda məşhurlaşmasına təsir göstərmişdir. Məsələn, məşhur skripka ifaçısı olan Aleksandr və Arsen Şaxuntslar ilk əvvəllərdə fəaliyyətə 1998-ci ildə onun komandasında başlamışdılar. Eyni zamanda Türkmənistanın məşhur müöənnisi olan Şahin Qurbanəliyev də onun komandasında fəaliyyət göstərmişdir.[10]
Haqqında deyilənlər
redaktəBritaniyalı müğənni və prodüser Peter Qabriel Həsən Məmmədovun "Aşqabaq - Sevgi Şəhəri" (Virgin Records, 1993) əsəri barədə bunları bildirmişdi:
Həsənin atası kəndli və musiqini sevən birisi idi. Həsən 6 yaşında olarkən atası ondan hansı musiqi alətində ifa etməyi öyrənmək istədiyini soruşur. Bu zaman televiziyada klassik musiqi ifa edilirmiş və Həsən ekrandakı skripkanı işarə edir. Atası ona bir skripka alır və əgər bu alətlə məşq etməsə onu evdən qovacağı ilə hədələyir. Həsənin yalnız futbolla maraqlanmasına baxmayaraq, atasından da qorxurdu. 19 yaşında olarkən o, toylarda akkardion ifa etməyə başladı. O, Avropa klassik musiqisini sevirmiş, elə buna görə də, onun skripkaya olan sevgisi sonda qalib gəlir və 4 il sonra o, öz akkardionunu satır. Hal-hazırda o, klassik musiqidən xalq musiqisinə, caza, roka və popa qədər bütün musiqi sahələrində ifa edir. Onun idolları Jascha Heifetz və Jan-Lük Pontidir. Azərbaycanlı əsilli olduğu üçün Həsən Azərbaycan, türk və İran musiqi motivlərini "Aşqabaq" qrupunun musiqilərinə də gətirmişdir.
Corc Harrison, Con Lennon, Paul MakKartney, Pink Floyd, Simple Minds, Radiohead və s kimi məşhur sənətçilərlə çalışmış prodüser Con Lekkie Real World Records saytına mühasibəsində demişdi:[11]
Mən Aşqabaq qrupu barədə ilk dəfə eşidərkən, Onların musiqi bacarığına və musiqilərinin ruh gözəlliyinə heyran qaldım. Dərhal anladım ki, onlarla birlikdə studiyaya getməliyəm.
Mükafatları
redaktə- Türkmənistanın Əməkdar İncəsənət Xadimi (22.02.1996)
- "Vətənə Sevgiyə görə" medalı (16.10.1996)
Seçilmiş diskoqrafiyası
redaktə- "Firuzə" instrumental ansamblı (1979)
- "Günəş — Mən Yeri Görürəm" (1984)
- "Aşqabad — Sevgi Şəhəri"
- Leena Malak və Həsən Məmmədov — "Arab tanqosu" (1998)
- Θανάσης Παπακωνσταντίνου, Μελίνα Κανά, Ashkhabad — Λάφυρα (1998)
- Rəşad Şafi — "Günəş" (1999)
- Ənvər İsmayılov — "Qara dəniz ətrafında"
Filmoqrafiya
redaktə- "Muskal — Toy Musiqisi" (1990)
- "Polad Oğlanlar — Rəqsdə Musiqiçi" (2004)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 https://www.discogs.com/ru/artist/1044002-Gassan-Mamedov.
- ↑ "Gassan Mamedov". www.discogs.com. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.
- ↑ "Мамедов, Гасан Джафарович". Энциклопедия Руниверсалис. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.
- ↑ Р.Назаров. "Национальные диаспоры в Туркменистане. Часть 3. Азербайджанцы". www.centrasia.ru. 21 yanvar 2024. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ "Фирюза – Фирюза". www.discogs.com. 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.
- ↑ "Гунеш – Вижу Землю". www.discogs.com. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.
- ↑ "Ashkhabad – City Of Love". www.discogs.com. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.
- ↑ "Этно - фестиваль ЖИВАЯ ВОДА ( Этнический )". 2020-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.
- ↑ "THE SILK ROAD ENSEMBLE". www.silkroadbloom.com. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.
- ↑ "История туркменской культуры". www.brsu.by. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.
- ↑ "Ashkhabad". realworldrecords.com. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.