Turkmenistan Azerbaycanlilari - Wikipedia
Türkmənistan azərbaycanlıları (türkməncə:Türkmenistanyň azerbaýjanlylary) — tarixi Azərbaycandan kənarda, Türkmənistanda yaşayan etnik azərbaycanlılar. Türkmənistan əhalisi, onun etnik tərkibi barədə rəsmi məlumat olmadığına, habelə ölkənin xarici dünyadan özünü təcrid etdiyinə görə Türkmənistandakı azərbaycanlıların dəqiq sayını bilmək mümkün deyil. Lakin bəzi hesablamalra görə Türkmənistanda 54 min azərbaycanlı yaşamaqdadır.[1]
Ümumi sayı | |||
---|---|---|---|
52.000[ (2010) | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Mənşəyi | |||
Oğuz (türk) | |||
Qohum xalqlar | |||
Tarix
redaktəİlk öncə Rusiya imperiyası, daha sonra isə Sovet İttifaqında birgə yaşayış nəticəsində Türkmənistanda azərbaycanlıların müəyyən diasporu meydana çıxmaqda idi. 1979-cu ilə gəlindiyində Mərkəzi Asiya ölkələrində artıq əhəmiyyətli sayıla biləcək azərbaycanlı diasporu formalaşmışdı. Türkmənistandakı azərbaycanlı əhali əsasən neft sənayesinin üstün olduğu və şəhər mühiti mövcud olan yerlərdə məskunlaşmışdılar.[1] Türkmənistan azərbaycanlılarının yaşamaq üçün əsas üstünlük verdiyi Xəzər sahili Aşqabad şəhərində hələ də tamamilə onlar tərəfindən məskunlaşdırılmış məhəllələr qalmaqdadır. Ölkədəki azərbaycanlı diasporu çok birləşmş və aktiv vəziyyətdə olmaqla birlikdə, etnik qrupun nümayəndələrinin başına gələn hər şeyə operativ reaksiya verir.[2]
Məskunlaşma
redaktəVilayətin adı |
10–21 yanvar, 1995-ci il əhalinin siyahıyaalınmasına əsasən | ||
---|---|---|---|
De-yuri əhalisi | Azərbaycanlıların sayı | % | |
cəmi | 4 437 570 | 36 586 | 0.82% |
Ahal | 1 189 775 | 16 483 | 1.39% |
Balkan | 385 693 | 10 270 | 2.66% |
Marı | 1 017 226 | 7 381 | 0.73% |
Lebap | 918 269 | 2 130 | 0.23% |
Daşoğuz | 926 607 | 322 | 0.03% |
Say
redaktəTürkmənistandakı azərbaycanlılar əsasən sahil vilayətləri olan Türkmənbaşıda, paytaxt Aşqabadda və Balkanabadda yaşamaqdadırlar. 1926-c il sıyahıyaalmalarına görə, həmin dövrdə orada 4.2 min nəfər azərbaycanlı yaşamaqda idi. Ölkədəki azərbaycanlı əhalinin sayının ən çox olduğu dövr 1989-cu il olmuşdur. Həmin dövrdə ölkədə 33 min nəfər azərbaycanlı yaşamaqda idi.[3] Sovet İttifaqının çökməsi və Türkmənistanın müstəqil olmasından sonra həm azərbaycanlıların, həm də qeyri-türkmənlərin ölkənin xaricinə doğru köçləri başladı. Bunun səbəbi ölkədəki pis iqtisadi vəziyyət, həmçinin də dəyişən siyasi vəziyyətə görə öz ana vətəninə dönmə ehtiyyacının ortaya çıxması idi.
1926 | % | 1939 | % | 1959 | % | 1970 | % | 1979 | % | 1989 | % | 1995 | % | 2010 | % |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
4,229 | 0.4 | 7,442 | 0.6 | 12,868 | 0.8 | 16,775 | 0.8 | 23,548 | 0.9 | 33,365 | 0.9 | 36,586 | 0,8 | 52,000 | 0,9 |
Vəziyyətləri
redaktəTürkmənistan dövlətində yeridilən siyasi kursun əsaslarına qeyri-türkmənlərin vəzifələrdən uzaqlaşdırma da daxil idi. Bu siyasət ölkədə yaşayan bir sıra azərbaycanlının öz vəzifəsini və ya işini itirməsinə yol açdı. Həmçinin Azərbaycan ilə münasibətlər pisləşdiyi zaman Türkmənistan xüsusi xidmət orqanları ölkədəki azərbaycanlılara təzyiq etməyə başlaması ilə onların bəziləri ölkəni tərk etməyə məcbur oldu. İki ölkə arasında münasibətlərin pisləşdiyi və Bakıdakı Türkmənistan səfirliyinin qapadıldığı, viza rejiminin tədbiq edildiyi 2001-ci il tarixində Türkmənistandakı azərbaycanlıların vəziyyəti daha da çətinləşdi.[4][5]
Bu dövrdə bir çox azərbaycanlı işini itirdiyi üçün ölkəni tərk etməyə məcbur oldu. Ölkəni tərk edənlərin içərisində dünya şöhrətli violin ifaçısı Həsən Məmmədov və bir neçə elmi-mədəni məşhur şəxslər də daxil idi. Türkmənistanda gedən "türkmənləşdirmə" "təmizləmələri" zamanı dövlət qulluğunda önəmli işlərdə çalışan azərbaycanlılar müxtəlif səbəblərdən öz vəzifələrini itirdilər. Bəziləri Türkmən dilini bilməmək ittihamına (bu, əsasən yalandır, çünki ölkədəki bütün azərbaycanlılar Türkmən dilini çox səlis səviyyədə bilməkdədirlər) görə, bəziləri isə diplomlarını ölkə xaricində aldıqları üçün artıq keçərli hesab edilmədiklərini görə işlərindən qovuldular. Bu uzun müddətli şikayətlərə yol açsa da, sonda nəticə vermədi. İşdən çıxarılanların yerinə isə dərhal türkmənlər cəlb edildilər. Qeyd edilməlidir ki, bu aşır şəkildə Türkmənistan konstitutsiyasının bütün vətəndaşlar - öz etnik kökündən və s. - arasında ayrı-seçkiliyi qadağan edən 17-ci maddənin pozulması demək idi.[2]
2002-ci ilin noyabrında Türkmənistan prezidentinin həyatına qarşı "sui-qəsd hazırlanması" iddiası ortaya atıldı. İddia edilirdi ki, sui-qəsd planında azərbaycanlı vətəndaşlarda iştirak etmişdirlər. Bundan sonra Türkmən gizli xidmət orqanları hər bir azərbaycanlını Azərbaycan Respublikasının agenti kimi görməyə başladılar. Bu dönəmdə Türkmənbaşı limanında Türkmənistanda qalmaq üçün vizası olmadığı iddia edilən azərbaycanlıların kütləvi surətdə deportasiyası qeydə alınıb. Üstəlik, hətta valideynləri Türkmənistanda Azərbaycanın kommersiya firmalarında müqavilə əsasında işləyən uşaqlı ailələr də göndərildi. Heydər Əliyevin vəfat etməsindən sonra onun yeddi mərasimini qeyd etmək üçün 21 dekabr 2003-cü ildə azərbaycanlılar Türkmənbaşıdakı şiə məscidinə toplandılar. Bu zaman məscidə gələn Türkmənistan Milli Təhlükəsizlik Nazirliyi işçiləri azərbaycanlılardan oranı tərk etməyi tələb etdilər. Hadisədə iştirak edən azərbaycanlıların bildirdiyinə görə, onlar bu hadisənin niyə və necə baş verdiyini anlaya bilmir, hadisə baş verənə qədər Türkmənistan dövlətinin Heydər Əliyevin vəfatı ilə bağlı mərasimə belə icazə verməyəcəyini təsəvvür etmirdilər. Hal-hazırda iki ölkə arasında münasibətlərin nisbətən yaxşılaşması oradakı azərbaycanlıların da həyatlarına müsbət təsir etməkdədir.[2]
Məşhur şəxslər
redaktə- Hacıbala Abutalıbov - siyasi-ictimai xadim, professor, Bakı şəhərinin 2001-ci ildən 2018-ci ilə qədərki meri.[6]
- Rolan Quliyev - kikboksçu və Azərbaycan yığmasının keçmiş üzvü.
- Natəvan Həbibi - məşhur pop musiqi ifaçısı.[7]
- Elnur Hüseynov - musiqi ifaçısı və Azərbaycanın 2008 Avroviziya Mahnı Müsabiqəsindəki təmsilçisi.[8]
- Həsən Məmmədov - məşhur skripka ifaçısı, Türkmənistanın Əməkdar İncəsənət Xadimi.[9]
- Fəxrəddin Musayev - hərbi pilot, baş leytenant və Birinci Qarabağ müharibəsi iştirakçısı. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.[10]
- Tahirə Tahirova - diplomat, dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1959–1983), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1963–1968).[11]
- Əjdər İbrahimov - kinorejissor, ssenarist, aktyor və pedaqoq, SSRİ xalq artisti (1991), Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR və Türkmənistan SSR əməkdar incəsənət xadimi.[12]
- Tahir Bağırov - hərbçi, Birinci Qarabağ müharibəsi iştirakçısı və Azərbaycanın Milli Qəhrəmanı.[13]
- Şamil Əzizbəyov - geoloq, geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944), Azərbaycan SSR EA akademiki (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1960).[14]
- Ətayə Əliyeva - Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964).[15]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Project, Joshua Azerbaijani in Turkmenistan". joshuaproject.net. 27 yanvar 2024. 2024-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ 1 2 3 Sitat səhvi: Yanlış
<ref>
teqi;:1
adlı istinad üçün mətn göstərilməyib - ↑ "Ethnic Composition of Turkmenistan (1989 census)". demoscope.ru. 16 mart 2010. 2010-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ Azərbaycan - Türkmənistan münasibətləri Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine. mfa.gov.az, 18.09.2014 (az.)
- ↑ Р.Назаров. "Национальные диаспоры в Туркменистане. Часть 3. Азербайджанцы". www.centrasia.ru. 21 yanvar 2024. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ The Executive Power of Baku City. Head of BCEP Arxiv surəti 14 iyul 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib avqust 14, 2012, at the Wayback Machine
- ↑ "Natavan Həbibi" (az.). 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-05.
- ↑ "Elnur & Samir". eurovision.tv. 2008. 2023-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ "Gassan Mamedov". www.discogs.com. 2024-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2024.
- ↑ "National heroes". swhs.az. 23 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2019.
- ↑ "Ministers of Foreign Affairs of Azerbaijan. Tahira Tahirova". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-08.
- ↑ M. Mükərrəmoğlu. "Türkmən və Vyetnam kinosunun yaranmasında xidmətləri olan azərbaycanlı rejissor Əjdər İbrahimov- 95". Xalq qəzeti. 9 avqust 2014. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2024.
- ↑ "BAĞIROV TAHİR ƏMİNAĞA oğlu". www.zengilan.com. 22 oktyabr. 6 aprel 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 Aprel 2024.
- ↑ Nərimanov, 2017. səh. 136
- ↑ Fərəcov, Savalan. "Ətayə Əliyeva". melumatlar.az (az.). 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
Mənbə
redaktə- Nərimanov, Akif, Azərbaycanın geoloq və geofizik alimləri (PDF), Bakı: Nafta -press, 2004 (#invalid_param_val)