Hesen Memmedov Aktyor - Wikipedia
Əbdülhəsən Ağaməmməd oğlu Məmmədov (22 noyabr 1938, Salyan, Salyan rayonu – 26 avqust 2003, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan (1986) Dövlət mükafatları laueratı.[1]
Həsən Məmmədov | |
---|---|
Digər adı | Əbdülhəsən Məmmədov |
Doğum tarixi | 22 noyabr 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 26 avqust 2003 (64 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1963–2003 |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0541061 |
Həyatı
redaktəHəsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir.
1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960–1961) işləmişdir. H. Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-ci ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir.[2] H. Məmmədov 50-dən çox filmdə çəkilmişdi.
1962-ci ilin 10 sentyabrında bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxmış və yenə kollektivə qayıtmışdır.
İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilmişdi. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynamışdı. H. Məmmədov Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışmışdı.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynamışdı.
H. Məmmədov 2003-cü il 26 avqustda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.[3]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982[4]
- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1970 ("Yeddi oğul istərəm" filmində Bəxtiyar roluna görə)
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1 aprel 1970
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 18 noyabr 1971
- "Əmək igidliyinə görə" medalı — 2 iyul 1971
- SSRİ Dövlət mükafatı — 5 noyabr 1981 ("İstintaq" bədii filmindəki Murad roluna görə)
- SSRİ Dövlət Təhlükəsizlik Komitəsi —mükafat 19 dekabr 1983 (Kino sənətinə görə)
- Azərbaycan SSR Dövlət mükafatı — 1986 ("Birisigün, gecəyarısı" filmdə Baba Əliyev roluna görə)
- "Şöhrət" ordeni — 21 noyabr 1998
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[5]
Filmoqrafiya
redaktə- Böyük dayaq (film, 1962) — aktyor: Qaraş (tammetrajlı bədii film)
- Möcüzələr adası (film, 1963) — aktyor: Nazim (tammetrajlı bədii film)
- Zirvə (1964) — aktyor: Kamil (qısametrajlı bədii film)
- Arşın mal alan (film, 1965) — aktyor: Əsgər (tammetrajlı bədii film)
- Yenilməz batalyon (film, 1965) — aktyor: Xavərin əri (şəkil) (tammetrajlı bədii film)
- İstintaq davam edir (film, 1966) — aktyor: Əzimov, Səs: Rus (tammetrajlı bədii film)
- İnsan məskən salır (film, 1967) — səs: Rus neftçi (tammetrajlı bədii film)
- Bir cənub şəhərində (film, 1969) — aktyor: Murad (tammetrajlı bədii film)
- Dəli Kür (film, 1969) — səs: Rus (tammetrajlı bədii film)
- Sevil (film, 1970) — aktyor: Balaş (tammetrajlı bədii film)
- Yeddi oğul istərəm... (film, 1970) — aktyor: Bəxtiyar (tammetrajlı bədii film)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-rol: Abbasqulu bəy
- Gün keçdi (film, 1971) — aktyor: Oqtay (tammetrajlı bədii film)
- Vətəndaş sərnişinlər... (film, 1971) — Mətni oxuyan ("Mozalan" Satirik Kinojurnalı № 2, 2-ci süjet)
- Qızıl qaz (film, 1972) — aktyor: Fərman (tammetrajlı bədii film)
- Nəsimi (film, 1973) — səs: Mövlanə Əli (Yusif Haqverdiyev) (tammetrajlı bədii film)
- Ömrün ilk saatı (film, 1973) — səs: Milis rəisi (Sadıq Hüseynov) (tammetrajlı bədii film)
- Səmt küləyi (film, 1973) — aktyor: Əlibala (tammetrajlı bədii film)
- Bakıda küləklər əsir (film, 1974) — aktyor: Tahir Cəliloviç (tammetrajlı bədii film)
- Qatır Məmməd (film, 1974) — aktyor: Səməd (tammetrajlı bədii film)
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-rol: Qurban
- Dədə Qorqud (film, 1975) — aktyor: Dədə Qorqud (tammetrajlı bədii film)
- Arxadan vurulan zərbə (film, 1977) — aktyor: Qəmərli (tammetrajlı bədii film)
- Sevinc buxtası (film, 1977) — aktyor: Rüstəmov (tammetrajlı bədii film)
- Üzü küləyə (film, 1977) — aktyor: Əlibala (tammetrajlı bədii film)
- Vulkana doğru (film, 1977) — aktyor: Səməndər (tammetrajlı bədii film)
- Bağçada Rahat Yer (1978) — aktyor: Məmmədəli (qısametrajlı bədii film)
- Od içində (film, 1978) — səs: Suxorukov (Y. Sorokin) (tammetrajlı bədii film)
- Babək (film, 1979) — səs: Xəlifə Məmun (Hacımurad Yegizarov) (tammetrajlı bədii film)
- Bizi bağışlayın (film, 1979) — aktyor: Nəriman (tammetrajlı bədii film)
- İstintaq (film, 1979) — aktyor: Murad (tammetrajlı bədii film)
- Qızıl uçurum (film, 1980) — səs: Hakim (tammetrajlı bədii film)
- Anlamaq istəyirəm (film, 1980) — aktyor: Çingiz (tammetrajlı bədii film)
- Gözlə məni (film, 1980) — aktyor: Bahadur (tammetrajlı bədii film)
- Birisigün, gecəyarısı... (film, 1981) — aktyor: Əliyev (tammetrajlı bədii film)
- Əzablı yollar (film, 1982) — aktyor: Padşah (tammetrajlı bədii film)
- Evlənmək istəyirəm (film, 1983) — aktyor: Mirzə Səfər (tammetrajlı bədii film)
- İşgüzar səfər (film, 1982) — səs: Bayramov (Rəsmi Cəbrayılov) (tammetrajlı bədii film)
- Gəmi saatının sirri (film, 1983) — səs: Mühəndis (Nikolay Volkov) (tammetrajlı bədii film)
- İlıq dənizdə buz parçası (film, 1983) — aktyor: Direktor (tammetrajlı bədii film)
- Musiqi müəllimi (film, 1983) — aktyor: Raykom partiyasının katibi (tammetrajlı bədii film)
- Orijinal üsul (film, 1983) — səs: Elmi işçi (Cahangir Aslanoğlu) ("Mozalan" Satirik Kinojurnalı № 83, 4-cü süjet)
- Qoca palıdın nağılı (film, 1984) — aktyor: Bağır (tammetrajlı bədii film)
- Bağ mövsümü (film, 1985) — aktyor: Ağabala (tammetrajlı bədii film)
- Qanlı zəmi (film, 1985) — səs: Qubernator (Muxtar Maniyev) (tammetrajlı bədii film)
- Yaxşı qurtardıq (film, 1985) — aktyor: Ata (Qısametrajlı Bədii Süjet-Mozalan № 92, 2-ci süjet)
- Bircəciyim (film, 1986) — aktyor: Muradzadə (tammetrajlı bədii film)
- İşarəni dənizdən gözləyin (film, 1986) — aktyor: Qoca general (tammetrajlı bədii film)
- Qəm pəncərəsi (film, 1986) — aktyor: Məmmədhəsən (tammetrajlı bədii film)
- Özgə ömür (film, 1987) — səs: Ağalarov (Arif Nərimanbəyov) (tammetrajlı bədii film)
- Şeytan göz qabağında (film, 1987) — aktyor: Sabir (tammetrajlı bədii film)
- Doğma sahillər (film, 1989) — aktyor: Nuru (tammetrajlı bədii film)
- Ölsəm... bağışla (film, 1989) — aktyor: Firuz (tammetrajlı bədii film)
- Təxribat (film, 1989) — aktyor: Məmmədov (tammetrajlı bədii film)
- Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) — səs: Dədə Qorqud, Uşun qoca (qısametrajlı cizgi filmi)
- Şahid qız (film, 1990) — aktyor: Tofiq (tammetrajlı bədii film)
- Tələ (film, 1990) — aktyor: Səfərov (tammetrajlı bədii film)
- Nakəs (film, 1991) — aktyor (tammetrajlı bədii film)
- Qırmızı qatar (film, 1993) — aktyor: Həkim (tammetrajlı bədii film)
- Təhminə (film, 1993) — aktyor: Professor Zeynallı (tammetrajlı bədii film)
- Mənim ağ şəhərim (film, 1993) — aktyor: Mahmud dayı (tammetrajlı bədii film)
- Hökm (film, 1994) — aktyor: "Tuz" Nəsrəddin (tammetrajlı bədii film)
- Qara "Volqa" (film, 1994) — səs: "Paxan" (Nəsir Sadıqzadə) (tammetrajlı bədii film)
- Həm ziyarət, həm ticarət... (film, 1995) — aktyor: Əlimurad (tammetrajlı bədii film)
- Özgə vaxt (film, 1996) — aktyor: Həkim (tammetrajlı bədii film)
- Son döyüş (film, 1996) (tammetrajlı bədii film)
- Canavar balası — aktyor: Yusif kişi (tammetrajlı bədii televziya filmi)
- Kinorejissor Arif Babayev (film, 2000) — Filmdə iştirak (qısametrajlı sənədli film)
- Yuxu (film, 2001) — səs: Hidayət (Gündüz Abbasov) (tammetrajlı bədii film)
- Bir anın həqiqəti (film, 2003) — aktyor: Bəxtiyar Cavadov (çoxseriyalı bədii film)
- Azərbaycan naminə (film, 2005) — arxiv kadrlar (qısametrajlı sənədli televiziya filmi)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) — arxiv kadrlar: ("Yeddi Oğul İstərəm" filmindən) (televiziya verilişi)
- Papaq (film, 2007) — Arxiv kadrlar: ("Axırıncı Aşırım", "Evlənmək İstəyirəm" filmlərindən) (qısametrajlı sənədli televiziya filmi)
Xatirəsi
redaktə30 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır[6].
Mənbə
redaktə- Cəlil Məmmədquluzadənin Ensiklopediyası. Bakı, 2008. səh. 189.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- Əhədoğlu, Y. "Belə bir ada da var" //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun.
İstinadlar
redaktə- ↑ Kazımzadə, A. Azərbaycan kinosunun kədərli cəngavəri: [Xalq artisti Həsən Məmmədov haqqında] //Kaspi.- 2014.- 18 – 20 yanvar.- S. 22–23.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С.И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ Savalan. Həyatda da, sənətdə də öz yerini tapan sənətkar: [C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının əməkdaşları, II Fəxri xiyabanda Həsən Məmmədovun xatirəsini yad etdilər] //Mədəniyyət.- 2013.- 22 noyabr.- S. 6.
- ↑ Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.10.2023.
- ↑ president.az. ""Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2018-ci il tarixli, 365 nömrəli Sərəncamı" (az.). e-qanun.az. 30.07.2018. 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-30.