Grammarly - Wikipedia
Grammarly — ABŞ bulud texnologiyasına əsaslanan[2] yazılış köməkçisi proqramı.[3][4] Bu, ingiliscə mətnlərdə orfoqrafiya, qrammatika, durğu işarələri, aydınlıq, tutuculuq və çatdırılma səhvlərini nəzərdən keçirir, plagiatı aşkar edir və müəyyən edilmiş səhvləri əvəz etməyi təklif edir.[5] Proqram həmçinin, istifadəçilərə öz üslubunu, tonunu və kontekstdə xüsusi dilini fərdiləşdirməyə imkan verir.[6]
Grammarly | |
---|---|
Tipi | veb-sayt, Qrammatika yoxlayıcısı, İmla yoxlayıcısı |
Müəllif | Grammarly Inc. |
Tərtibatçılar | Aleks Şevçenko, Maks Litvın, Dmitri Lider |
Əməliyyat sistemi | Windows, macOS, Linux, Android, iOS, müxtəlif veb-brauzerlər |
Yayımlanma tarixi | 1 iyul 2009[1] ) |
Sayt | grammarly.com |
Vikianbarda əlaqəli mediafayllar |
"Grammarly" 2009-cu ildə Aleks Şevçenko, Maks Litvın və Dmitri Lider tərəfindən yaradılmışdır.[7] "Grammarly" masaüstü proqramları, "Google Sənədlər" üçün optimallaşdırılmış brauzer uzantısı və smartfon klaviaturası ilə istifadə üçün müstəqil proqram kimi mövcuddur.[7][8]
Proqram "Grammarly Inc." tərəfindən hazırlanmışdır. Şirkətin mərkəzi Kaliforniyanın San-Fransisko şəhərində yerləşir.[9] Onların Kiyev,[10] Nyu-York, Vankuver və Berlində ofisləri fəaliyyət göstərir.[11][12]
Tarixi
redaktə"Grammarly" esseləri plagiat olub-olmadığını yoxlayan "My Dropbox" proqramının yaradıcıları[13][14] Maks Litvın, Aleks Şevçenko və Dmitri Lider tərəfindən təsis edilmişdir.[15] "Grammarly" ilk növbədə universitet tələbələrinə ingilis dili bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün təhsil proqramı kimi hazırlanmışdır. Bu, daha sonra gündəlik həyatda ingilis dilindən istifadə edən müştərilərə təklif edilmişdir.[13][14]
2018-ci ilin əvvəlində "Google "da təhlükəsizlik tədqiqatçısı "Grammarly" brauzer uzantısının beta versiyasında identifikasiya nişanlarını vebsaytlara təqdim edən, o cümlədən potensial olaraq istifadəçilərin sənədlərinə və digər məlumatlarına daxil olmağa imkan verən boşluq aşkar etmişdir.[16] Bir neçə saat ərzində şirkət bir düzəliş buraxmış və istifadəçi məlumatlarının oğurlanmasına dair heç bir dəlil tapmadığını bildirmişdir.[17] "Grammarly" dekabrın sonunda "HackerOne"da xəta ovçusu proqramını işə salmış və şirkətin serverində xüsusi sənədə daxil olan ilk etik hakerə 100,000 ABŞ dolları mükafat təklif etmişdir.[18]
"Grammarly" 2022-ci ildə Rusiyanın Ukraynanı hücumuna cavab olaraq Rusiya və Belarusda yaşayan istifadəçiləri ilə bütün işgüzar əlaqələri effektiv şəkildə kəsmişdir. Şirkət həmçinin 2014-cü ildən bəri Rusiya və Belarusda əldə etdiyi xalis gəliri Ukraynaya bağışlayacağını açıqlamışdır. Bu həmçinin, müharibə haqqında ingilis dilində məlumat verən Ukrayna KİV-lərinə pulsuz çıxışı təmin etmişdir.[19][20][21]
Qəbulu
redaktəRəyçilər "Grammarly"ni nisbətən yüksək qiymətə və oflayn funksionallığın olmamasına baxmayaraq, faydalı hesab edərək istifadəsinin rahatlığı və faydalı təklifləri üçün tərifləmişdilər.[22] "Forbes"dan Coş Steyml 2013-cü ildə onu tərifləyərək demişdir ki, "Bu, tez və asanlıqla yazınızı yaxşılaşdıran və sizi peşəkar kimi göstərən və ya ən azı axmaq kimi görünməməyinizə kömək edən onlayn xidmətlərdir [sic]".[23] Bununla belə, bəzi istifadəçilər "Grammarly"ni düzgün olmayan təkliflərə, ton və kontekstdən xəbərsizliyə, yazıçıların ifadə azadlığının azaldılmasına görə tənqid etmişdilər.[24][25]
İstinadlar
redaktə- ↑ "Grammarly.com WHOIS, DNS, & Domain Info – DomainTools". WHOIS. 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-27.
- ↑ Doyle. "What Is Grammarly?". The Balance Careers. October 3, 2020. February 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2022.
- ↑ "Grammarly Inc". Bloomberg. n.d. January 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2022.
- ↑ "Grammarly". Forbes. n.d. November 12, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2022.
- ↑ Moore. "Grammarly Review". PCMag. July 16, 2020. April 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2022.
- ↑ Lardinois. "Grammarly goes beyond grammar". Techcrunch. July 16, 2019. January 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 3, 2021.
- ↑ 1 2 "Grammarly brings its AI-powered proofreading tools to Google Docs". VentureBeat (ingilis). 2018-09-12. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.
- ↑ Coberly. "You can finally use Grammarly within Google Docs". TechSpot. 2018-09-12. 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
- ↑ "Grammarly · 548 Market St, San Francisco, CA 94104". Grammarly · 548 Market St, San Francisco, CA 94104 (ingilis). 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
- ↑ "Grammarly opens new Kyiv office as demand rises for help with English | KyivPost - Ukraine's Global Voice". KyivPost. 2018-07-06. 2021-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.
- ↑ McCracken, Harry. "On its 10th anniversary, Grammarly looks way beyond grammar". Fast Company (ingilis). 2019-04-01. 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-06.
- ↑ "AI-powered writing assistant Grammarly opens new office in downtown Vancouver | Venture". dailyhive.com (ingilis). 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
- ↑ 1 2 "Как двое киевлян создали сервис проверки английского правописания стоимостью $100 млн". Escadra Recruitment Agency (Russian). January 4, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2022.
- ↑ 1 2 Rahman. "How Grammarly Grew to 7 Million Daily Users". Medium (ingilis). 2020-06-05. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2022.
- ↑ "Grammarly brings its AI-powered proofreading tools to Google Docs". VentureBeat (ingilis). 2018-09-12. 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.
- ↑ Ormandy. "Issue 1527: Grammarly: auth tokens are accessible to all websites". Google. February 2, 2018. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ Couts. "Grammarly Bug Let Snoops Read What You Wrote, Typos and All (Updated)". Gizmodo. 2018-02-05. 2021-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ "Grammarly - Bug Bounty Program". HackerOne. March 2022. 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
- ↑ MacLellan, Lila. "Ukrainian-founded Grammarly is donating all the money it made in Russia since 2014". Quartz (ingilis). March 5, 2022. 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
- ↑ Renbarger, Madeline. "'We feel frustrated': Startup CEOs with teams in Ukraine struggle to help their employees in any way they can". Business Insider. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
- ↑ Lila MacLellan. "Ukrainian-founded Grammarly is donating all the money it made in Russia since 2014". Quartz. March 4, 2022. February 13, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2022.
- ↑ Moore. "Grammarly Review: A slick writing assistant for all your documents". PCMag. July 6, 2020. April 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2023.
- ↑ Steimle. "Top 5 Writing Tips For Entrepreneurs". Forbes. 19 November 2013. 22 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 November 2022.
- ↑ Mayne. "Revisiting Grammarly: An Imperfect Tool for Final Editing". another word. January 26, 2021. February 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2022.
- ↑ Brogan. "Grammarly Fixed a Security Vulnerability, but It Still Can't Fix Our Writing". Slate Magazine. February 7, 2018. December 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 22, 2023.