Genotip - Wikipedia
Genotip - Haqqında Məlumat
Genotip — fərdin irsi əlamətlərinin cəmi. Genotip müəyyən bir orqanizmin genlərinin məcmusudur. Genotip, genofond anlayışından fərqli olaraq, növü deyil, fərdləri xarakterizə edir. Daha dar mənada, genotip müəyyən bir orqanizmdə bir genin və ya lokusun allellərinin birləşməsi kimi başa düşülür. Genotipin müəyyən edilməsi prosesinə genotipləşdirmə deyilir.
Ədəbiyyat
redaktə- R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.