Gence Xan Sarayi - Wikipedia
Gəncə xan sarayı — Gəncə şəhərinin tarixi mərkəzində mövcud olmuş tarixi saray kompleksi.
Gəncə xan sarayı | |
---|---|
40°40′45″ şm. e. 46°21′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Aidiyyatı | Gəncə xanlığı |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | Gəncə qalasının işğalından sonra talan edilib və qismən dağıdılıb. 1870-ci illərin əvvəllərində xarabalıqları tamamilə sökülüb. |
Vikianbarda əlaqəli mediafayllar |
Kompleksə bir neçə saray binası, tağlı daş qalereya, daxili həyətlər və fontanlar, o cümlədən köməkçi tikililər daxil idi. Fransız səyyahı, etnoqraf və fotoqrafı Baron de Bay Qafqaza səfəri zamanı Gəncədə olarkən çəkdiyi şəkillərdə sarayın şəkilləri var.[1] Sovet dövründə kompleksin yerində Nizami kinoteatrı inşa edilmişdir. Hal-hazırda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yerləşir.
Gəncə xan sarayı qəsr formalı yaşayış kompleksi olmaqla, bir neçə yaşayış binası, həmçinin, xəritədə “xan tikilisinə aparan tağlı daş qalereya” adlandırılan tağlı tikilidə ibarət olmuşdur. Bu tikili saraya aparan xüsusi qapı və ya dəhliz rolunu oynamışdır.[2] Kompleks daxili həyətlərə və bir neçə fontana malik idi.
Tarixi
redaktəGəncə xan sarayı Gəncə qalasının sitadelinin mərkəzidə, Şah Abbas məscidindən qərbdə[3] yerləşirdi. Xan sarayından yaxınlıqda yerləşən Cümə məscidinin həyətinə yeraltı yol aparırdı.
1803-cü ildə Gəncə qalasının işğalı ərəfəsində Xan sarayı yerləşən daş sitadel 50 kvadrat sajendən çox ərazini əhatə edirdi.[3]
Ə.Salamzadə, E.Avalov və R.Salayevin müəllifliyi ilə 1979-cu ildə nəşr edilmiş "Azərbaycanıın tarixi şəhərlərinin qorunması və yenidənqurulmasının problemləri" (rus. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана) kitabında sarayın xarabalıqlarının şəkilləri yayımlanmışdır.[4]
Memarlıq xüsusiyyətləri
redaktəGəncə qalasının 1797-ci ilə aid planında həmin sitadelin bir bastionu qeyd edilir və izahlarda o, “tərk edilmiş sitadel” kimi qeyd edilir.[2] Ə.Salamzadə qeyd edir ki, xəritə üzərindəki bu qeyd, sarayın xəritə tərtib olunan vaxtda artıq tərk edilmiş olduğunu göstərir.[5]
Gəncə xan sarayı qəsr formalı yaşayış kompleksi olmaqla, bir neçə yaşayış binası, həmçinin, xəritədə “xan tikilisinə aparan tağlı daş qalereya” adlandırılan tağlı tikilidə ibarət olmuşdur. Bu tikili saraya aparan xüsusi qapı və ya dəhliz rolunu oynamışdır.[5] Kompleks daxili həyətlərə və bir neçə fontana malik idi.[5] Bunlarla yanaşı kompleksə planda “köhnə xaraba daş saray” adlandırılan tikili də daxil idi.[5] Ə.Salamzadə qeyd edir ki, ehtimal ki, bu tikili şəhər ərazisində inşa edilmiş ən qədim saray formalı tikili – hökmdar və ya yerli hakimiyyət təmsilçisi sarayı olmuşdur. Sonradan yerli hakimlər onun yanında digər saray tikililəri də inşa etdirmiş və şəhərin mərkəzində böyük saray kompleksi formalaşmışdır.[5]
İstinadlar
redaktə- ↑ 1901-ci ildə "Tatarlar Dərbənddən Yelizavetpola" adlı kitabı
- ↑ 1 2 Саламзаде, 1964. səh. 125
- ↑ 1 2 Бобровский, П. О. Исторія 13-го Лейбъ-Гренадерскаго Эриванскаго Его Величества полка за 250 лѣтъ. Часть третья. СПб. 1893. 209.
- ↑ А. В. Саламзаде, Э. В. Авалов и Р. Д. Салаев. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана / Под ред М. А. Усейнова. — Б.: Элм, 1979. — С. 125
- ↑ 1 2 3 4 5 Саламзаде, 1964. səh. 126
Ədəbiyyat
redaktə- Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.