Gulse Birsel - Wikipedia
Gülsə Birsəl (türk. Gülse Birsel; 11 mart 1971[1]) — türk aktrisası, ssenarist və jurnalist.
Gülsə Birsəl | |
---|---|
türk. Gülse Birsel | |
Doğum adı | Gülse Şener |
Doğum tarixi | 11 mart 1971[1] (53 yaş) |
Fəaliyyəti | aktrisa, jurnalist, ssenarist, yazıçı, aparıcı |
Təhsili | |
IMDb | ID1665588 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illər
redaktə11 mart 1971-ci ildə Gültəkin və Semiha Şənər cütlüyünün üçüncü övladı olaraq İstanbulda dünyaya gəlmişdir. Atası vəkil, anası evdar qadın olmuşdur. Adı, anasının və atasının adlarının ilk hecalarından gəlir[2]. Onun 15 yaş böyük qardaşı Bozkurt və 13 yaş böyük Dilək adında bacısı vardır. Böyük qardaşı oftalmoloq və keçmiş milli voleybolçudur[3].
Orta təhsilini Bəyoğlu Anadolu Liseyində bitirmişdir[4]. Orta məktəbin son sinfinə qədər aktyorluq peşəsini seçməyi düşünürdü. Lakin sonralar ailəsinin istəyi ilə Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuşdur[5]. 1994–1996 illəri arasında Kolumbiya Universitetində kinoçuluq sahəsi üzrə magistr dərəcəsini bitirmişdir[6].
Karyerası
redaktəGülsə Birsəl universitet ikinci kursda ikən Aktual jurnalında işləməyə başlamışdı. 1996-cı ildə Türkiyəyə qayıdan Birsel, üç ay ərzində ATV telekanalında səhər xəbər bülletenində xarici xəbərlər sujetini yazmışdır. Bir il sonra, Esquire jurnalının baş redaktoru təyin edildi. 1997-ci ilin dekabrından 2003-cü ilə qədər Harper's Bazaar jurnalının redaktoru idi. Sonralar 2001–2002 illəri arasında Sabah qəzetində yazar vəzifəsində çalışmışdır. Bu dövrdə FHM, Gəzi, Harper's Bazaar və House Beautiful jurnallarında ümumi koordinator vəzifəsində çalışmışdır. 2002-ci ilin martında ATV telekanalında G. A. G. teleproqramı ilə televiziya səhnəsinə çıxmışdır. 2003-cü ilin mart ayında bəzi G. A. G. yazılarını Olduqca Ciddiyəm adı ilə nəşr etmişdir. 2004-cü ilin mart ayına qədər G. A. G.-ın aparıcısı və mətin yazarı olmuşdur[7].
2003-cü ilin mart ayında Levent Özdilək ilə Eyvah, Eski Kocam! adlı ATV teleserialında çəkilmişdir. 2004-cü ilin fevralında ATV telekanalında başlayan Avrupa Yakası serialının ssenaristi və baş rol ifaçısı idi. Serialda onu Qəzənfər Özcan, Hümeyra və Ata Dəmirər kimi aktyorlar müşayiət etmişdir. 2004-cü ilin may ayında ikinci kitabı olan Hələ də Ciddiyəm çap olundu. 2005-ci ildə bir Oğru var! filmi ilə kino sahəsində mühüm addım atmışdır. 2005-ci ilin avqust ayında üçüncü kitabı Yolculuq haradır, həmyerlim? buraxıldı. 2008-ci ilin aprelində İstanbuldan keçən 2008 Yay Olimpiya Oyunlarında məşəli daşımışdır. O, ikinci dəfə 2009-cu ildə 7 Ərli Hörmüz filmi ilə kino sahəsində görülmüşdür[8].
Avrupa Yakası 2009-cu ilin iyununda ekranla vidalaşdı. 2009-cu ilin dekabrında Birsəlin dördüncü kitabı Velev ki Ciddiyəm!, 2011-ci ilin iyununda isə Yazlıq adlı kitabı nəşr edilmişdir. Kanal D-də 2012-ci ilin yanvar ayında buraxılışa başlayan Yalan Dünya teleserialında ssenarist olmuşdur. Altan Erkekli, Füsun Dəmirəl və Olgun Şimşək kimi aktyorları müşayiət etmişdir. 2013-cü ilin mart ayında Hürriyət qəzetində yazar olaraq işə başladı. 2015-ci ildə TV8 telekanalında ekrana gələn Komedi Türkiye adlı yarışma proqramında münsiflik etmişdir. Altıncı kitabı olan Məmləkəti mən xilas edəcəm! 2015-ci ilin noyabrında buraxılmışdır[9].
Ssenaristi olduğu və eyni zamanda aktrisa kimi fəaliyyət göstərdiyi ilk bədii film olan Ailə Arasında 2017-ci ilin dekabr ayında yayımlanmağa başlamışdır. O, 2018-ci ilin Fevral ayında Star TV-də görünməyə başlayan Jet Cəmiyyəti teleserialının ssenarisini yazmış, həmçinin baş rolda iştirak etmişdir[10].
2019-cu ilin oktyabr ayında rəsmi sosial media hesabında Hürriyət qəzetindən istefa etdiyini açıqladı[11].
Şəxsi həyatı
redaktəGülsə Birsəl 1999-cu ilin avqust ayında Fransanın Kann şəhərində tanış olduğu Salah Birsəlin qohumu olan jurnalist və aktyor olan Murad Birsəl ilə evlənmişdir. Bir ana olmaq üçün uyğun olmadığını ifadə edən Birsəlin övladı yoxdur. Nişantaşında həyat yoldaşı ilə bir evdə yaşayır. 2014-cü ilin avqustunda anası Semiha Şənər vəfat etmişdir.
Nəşrləri
redaktə- Olduqca Ciddiyəm (mart, 2003)
- Hələ də Ciddiyəm (may, 2004)
- Yolculuq haradır, həmyerlim? (avqust, 2005)
- Velev ki Ciddiyəm! (dekabr, 2009)
- Yazlıq (iyun, 2011)
- Məmləkəti mən xilas edəcəm! (noyabr, 2015)
İstinadlar
redaktə- ↑ 1 2 Gülse Birsel // Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ "Komediyi kadına yakıştırdı! - Milliyet Haber". Milliyet Haber. 11 dekabr 2015. Archived from the original on 2015-12-11. İstifadə tarixi: 21 mart 2020.
- ↑ "GÜLSE BiRSEL'LE YENiDEN". Milliyet Haber. 11 dekabr 2015. Archived from the original on 2015-12-11. İstifadə tarixi: 21 mart 2020.
- ↑ "Anneliğe uygun biri değilim". Hürriyət Qəzeti. 11 dekabr 2015. Archived from the original on 2015-12-11. İstifadə tarixi: 21 mart 2020.
- ↑ "Gülse Birsel annesini gözyaşları içinde uğurladı - Milliyet.com.tr". Milliyet. 28 avqust 2014. Archived from the original on 2014-08-28. İstifadə tarixi: 21 mart 2020.
- ↑ "Doğan Kitap • Gülse Birsel". Doğan Kitab. 11 dekabr 2015. Archived from the original on 2015-12-11. İstifadə tarixi: 21 mart 2020.
- ↑ "Gülse Birsel kimdir?". Milliyet. 10 may 2004. Archived from the original on 10 May 2004. İstifadə tarixi: 21 mart 2020.
- ↑ "Nereye gidiyorum yahu? Tapu bende... Bu ülke benim! | Ayşe Arman". Hürriyət Qəzeti. 11 dekabr 2015. Archived from the original on 2015-12-11. İstifadə tarixi: 21 mart 2020.
- ↑ "En büyük kumarı AKP oynuyor". Cümhuriyyət Qəzeti. Archived from the original on 2015-09-14. İstifadə tarixi: 21 mart 2020.
- ↑ "Jet Sosyete'nin oyuncuları kim? Konusu ne? Jet Sosyete ilk bölüm fragman geldi! Gülse Birsel'den yeni dizi…". www.sozcu.com.tr (türk). 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
- ↑ "Gülse Birsel veda etti". odatv (türk). 2019-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
Həmçinin bax
redaktə- Gülsə Birsəl — IMDb səhifəsi