Gulruh Xatun - Wikipedia
Gülruh Xatun (16 aprel 1454 – 3 iyun 1528, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.[1][2][3][4][5][6][7][8]
Gülruh Xatun | |
---|---|
osman. گُل رُخ خاتون | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1454 |
Vəfat tarixi | 3 iyun 1528 (74 yaşında) |
Vəfat yeri | Bursa, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Fəaliyyəti | əsilzadə |
Həyat yoldaşı | II Bəyazid |
Uşaqları |
Şahzadə Aləmşah Qəmərşah Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktə1454-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdülhay qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1476-ci ildə Qəmərşah Sultanı, 1477-ci ildə isə Şahzadə Aləmşahı dünyaya gətirdi.
Oğlunun 1490-cı ildə Mentəşə sancaqbəyi təyin edilməsinin ardından, onunla birlikdə Mentəşəyə, 1502-ci ildə Manisaya təyin edilməsiylə isə Manisaya yollandı. Oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərilir.
Oğlu Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi. Cənazəsi Bursadakı Muradiyə külliyəsinə gətirilərək Cem Sultan türbəsinə, əmiləri Şahzadə Mustafa və Cem Sultanın yanında dəfn edildi. Gülruh Sultan qalan ömrünü Bursada yaşadı və 1528-ci ildə burada vəfat etdi. Cənazəsi Muradiyə külliyəsində öz adına inşa etdirdiyi türbəyə - qızının yanına dəfn edildi.
Övladları
redaktəMənbə
redaktə- Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
- Argit, Betül Ipsirli (October 29, 2020). Life after the Harem: Female Palace Slaves, Patronage and the Imperial Ottoman Court. Cambridge University Press. p. 66. ISBN 978-1-108-48836-5
- Hızlı, Mefail (1999). Mahkeme sicillerine göre Osmanlı klasik döneminde ilköğretim ve Bursa sıbyan mektepleri. Uludağ Üniversitesi Basımevi. p. 169. ISBN 978-9-756-95817-9
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
İstinadlar
redaktə- ↑ Anthony Dolphin Alerson, The Structure of the Ottoman Dynasty
- ↑ Ahmed Akgündüz, Said Öztürk, Ottoman History - Misperceptions and Truths
- ↑ "Arxivlənmiş surət". 2006-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-05-02.
- ↑ Ahmed Akgündüz, Said Öztürk (2011). Ottoman History: Misperceptions and Truths Arxivləşdirilib 2017-10-18 at the Wayback Machine. Arxivləşdirilib 2017-10-18 at the Wayback Machine Oxford University Press. ISBN 978-9-090-26108-9.
- ↑ Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine. Oxford University Press. pp. 106–107. ISBN 978-0-195-08677-5.
- ↑ https://web.archive.org/web/20060502150908/http://www.4dw.net/royalark/Turkey/turkey6.htm
- ↑ Anthony Dolphin Alerson (1956). The Structure of the Ottoman Dynasty Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine. Clarendon Press.
- ↑ "Arxivlənmiş surət". 2018-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.