Sahzade Alemsah - Wikipedia
Şahzadə Aləmşah (1477, Amasya ili – avqust 1503, Manisa ili) — 8-ci Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.[1][2][3]
Şahzadə Aləmşah | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1477 |
Doğum yeri | Amasya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | avqust 1503 |
Vəfat yeri | Manisa sancaqbəyliyi, Osmanlı imperiyası |
Dəfn yeri | Cem Sultan türbəsi, Bursa |
Atası | II Bəyazid |
Anası | Gülruh Xatun |
Həyat yoldaşı | Fərahşah Xatun |
Uşaqları |
Şahzadə Osmanşah Ayşə Sultan Fatma Sultan |
Həyatı
redaktəŞahzadə Aləmşah 1467-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. 1480-ci ildə babasının əmriylə İstanbula gətirilmiş, qardaşları Əhməd, Qorqud, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə sünnət edilmişdir. 1490-cı ildə Mentəşə, 1502-ci ildə isə Manisa sanqcaqbəyliyinə təyin edildi. Bütün bu təyinatları boyunca anası Gülruh Xatun da onunla birlikdə vəzifə yerinə göndərilmişdir.
Gülruh Xatunun oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərir.
Qeyd edildiyi üzrə Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi. Cənazəsi Bursadakı Muradiyə külliyəsinə gətirilərək Cem Sultan türbəsinə, əmiləri Şahzadə Mustafa və Cem Sultanın yanında dəfn edilmişdir.
Ailəsi
redaktəXanımı
redaktə- Fərahşah xanım
Övladları
redaktə- Şahzadə Osmanşah (d. 1492 — ö. 16 dekabr 1512) — 1506-cı ildə Çanqırı sancaqbəyi olmuşdur. 1512-ci ildə əmisi Yavuz Sultan Səlim tərəfindən edam edilmişdir.
- Ayşə Sultan (ö. 1522) — 1520-ci ildə bibisi Fatma Sultanın oğlu Sultanzadə Mehmed Çələbiylə evlənmişdir.
- Fatma Sultan (ö. 1522) — nənəsi Gülruh Xatunun türbəsinə dəfn edilmişdir.
Mənbə
redaktə- Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. ISBN 978-0-195-08677-5
- Yardımcı, Ilhan (1976). Bursa tarihinden çizgiler ve Bursa evliyaları. Türdav Basım, Yayım. p. 49
İstinadlar
redaktə- ↑ Doğan Yavaş, Muradiye Külliyesi, Türk Diyanet Vakfı İslam Ansiklopedisi
- ↑ "II. Bayezid’in oğlu Âlemşah bir müddet Denizli çevresinde teşkil edilen sancağın başında bulunmuş, ancak bu durum kısa bir süre devam ettiği için kaynaklarda sancak hakkında ayrıntılı bilgi verilmemiştir." - İslam Ansiklopedisi, Denizli Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine
- ↑ "Muhtemelen on yaşlarında iken dedesi Fâtih Sultan Mehmed tarafından kardeşleri (Ahmed, Korkut, Mahmud, Âlemşah) ve amcası Cem’in oğlu Oğuz Han ile birlikte İstanbul’a çağrıldı. Dönemin tarihçilerinden Kemalpaşazâde’ye göre Fâtih torunlarına büyük ilgi gösterdi ve onları sünnet ettirdi." — İslam Ansiklopedisi, I Selim Arxivləşdirilib 2019-02-23 at the Wayback Machine