Goydelen - Wikipedia
Göydələn ― yüksək tikili. Göydələnlər üçün minimum hündürlük 305 metr (1000 fut) hesab olunur. Göydələn sözünün İngilis dilindəki qarşılığı olan "skyscraper" sözü (göy qazan), XIX əsrin axırlarında Nyu-Yorkdakı xalqın böyük tikililərdən kütləvi şəkildə qorxması nəticəsində yaranmışdır. ABŞ-də göydələnlərin ən aşağı hündürlüyü ənənəvi olaraq 153 metr (500 fut) hesab olunur.
Polad, dəmir-beton, su nasosları və liftlər göydələnlər üçün ən vacib inkişaflara səbəb olmuşdur.
Göydələnlərin ağırlığı daşıyan sistemləri digər tikililərdən əsaslı dərəcədə çox fərqlənir. 4 mərtəbəyə qədər olan konstruksiyalar yalnız divarlarla dəstəklənə bilərlər, lakin göydələnlər polad karlaslar tərəfindən dəstəklənməsi lazım olan böyük tikililərdir. Divarlar bu polad karkaslardan pərdə kimi asılırlar — hətta memarlıqda bu polad karkaslar tərəfindən dəstəklənən şüşə ilə örtülmüş hündür tikililərə "pərdə divarları" deyilir. Küləklər üçün xüsusi şərtlər nəzərə alınır.
Adlandırma
redaktəİngilis ilə fransız dillərindəki adları "göy qazan" deməkdir və bu iki dildən digər dillərə kütləvi miqyasda hərfi tərcümə ilə keçmişdir.
- Afrikanca: wolkekrabber ("bulud qazan")
- Almanca: Wolkenkratzer ("bulud qazan")
- Belarusca: небаскроб [nebaskrob] ("göy qazan")
- Bosnaca: neboder ("göy dağıdan")
- Bolqarca: небостъргач [nebostırgaç] ("göy qazan")
- Çincə: 摩天大楼|摩天大樓 [mótiān dàlóu] ("göy qazan böyük bina")
- Çexcə və Slovakca: mrakodrap ("bulud qazan")
- Danca: skyskraber ("bulud qazan")
- İndoneziyaca və Malayca: pencakar langit ("göy qazan")
- Esperanto: nuboskrapulo ("göy qazan")
- Estonca: pilvelõhkuja ("bulud qıran")
- Farsca: آسمانخراش [âsmânhrâş] ("göy qazan")
- Flamanqca: wolkenkrabber ("bulud qazan")
- Fincə: pilvenpiirtäjä ("bulud dəstəkləyən")
- Fransızca: gratte-ciel ("göy qazan")
- İvritcə: גורד שחקים [gored sh'khakim] ("göy qazan")
- İngiliscə: skyscraper ("göy qazan")
- İspanca: rascacielos ("göy qazan")
- İsveçcə: skyskrapa ("göy qazan")
- İtalyanca: grattacielo ("göy qazan")
- İslandca: skýjakljúfur ("göy yaran")
- Yaponca: 摩天楼 [matenrou] ("göy qazan qüllə")
- Katalonca: gratacel ("göy qazan")
- Litvanca: dangoraižis ("göy qazan")
- Kürdcə: balexane ("əndamlı bina")
- Macarca: felhőkarcoló ("bulud qazan")
- Makedonca: облакодер [oblakoder] ("bulud qazan")
- Norveçcə: skyskraper ("bulud qazan")
- Polyakca: drapacz chmur ("bulud qazan")
- Portuqalca: arranha-céu ("göy qazan")
- Rumınca: zgârie-nori ("göy qazan")
- Rusca: небоскрёб [neboskryob] ("göy qazan")
- Serbcə: небодер [neboder] ("göy dağıdan")
- Slovencə: nebotičnik ("göy ovan")
- Türkcə: gökdelen ("sky-piercer")
- Ukraynaca: хмарочос [xmaroços] ("göyə dırmaşan")
- Vyetcə: nhà chọc trời ("göy dürtmələyən")
- Yunanca: ουρανοξύστης [uranoksístis] ("göy qazan")
Tarix
redaktə1884–1885-ci illərdə Çikaqoda inşa edilmiş on mərtəbəli "Home Insurance" (Ev sığortası) binası ilk göydələn hesab olunur. Bugünkü şərtlərlə ilk göydələn Nyu-Yorkdakı "Woolworth Building"dir.
XIX əsrin sonlarında Nyu-York, Çikaqo və Londonda, 1930-cu illərin əvvəllərindən etibarən isə Cənubi Amerikada (San Paulo, Buenos Ayres) və Asiyada (Şanxay, Honq Konq, Sinqapur) göydələnlər inşa olunmağa başlanmışdır.