Fyodor Raskolnikov - Wikipedia
Fyodor Fyodoroviç Raskolnikov (rus. Фёдор Фёдорович Раскольников; 28 yanvar (9 fevral) 1892[1] və ya 1892[2], Sankt-Peterburq – 12 sentyabr 1939[1], Nitsa)— sovet hərbi və dövlət xadimi, diplomat.
Fyodor Raskolnikov | |
---|---|
rus. Фёдорович Раскольников | |
Şəxsi məlumatlar | |
Doğum adı | Фёдор Ильин |
Doğum tarixi | 28 yanvar (9 fevral) 1892[1] və ya 1892[2] |
Doğum yeri | |
Vəfat tarixi | 12 sentyabr 1939[1] |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat, inqilabçı, siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1892-ci ilin yanvarında Sankt-Peterburqda keşiş ailəsində dünyaya göz açır. Politexnik institutunda təhsil alır, 18 yaşı olanda bolşevik partiyasına üzv olur. 1-ci Dünya Savaşını "imperialistlərin savaşı" saydığından müharibədə iştirakdan imtina edir. Oktyabr İnqilabının fəal iştirakçısı, inqilabdan sonra Hərbi dəniz komissarı Trotskinin müavini. 1918-ci ilin dekabrında Tallində "Spartak" və "Avtroil" gəmilərinin ekipajı ilə birlikdə ingilislər tərəfindən əsir götürülür, 6 ay Brikston türməsində saxlanılır və Rusiyada saxlanılan 19 Britaniya zabiti ilə dəyişdirilir.
1919-cu ilin iyulundan Volqa-Xəzər hərbi donanmasının komandanı təyin olunur, Bakıda Sovet hakimiyyətinin qurulmasında iştirak edir, elə həmin dövrdə də Ənzəli ekspedisiyasına başçılıq edir. 2 dəfə Qızıl Ulduz ordeni ilə təltif olunur.
1922-ci ildən başlayaraq Raskolnikov artıq diplomatik fəaliyyətdədir. Əfqanıstanda, Estoniyada, Danimarkada, Bolqarıstanda Səlahiyyətli nümayəndə kimi çalışır. 1938-ci ilin aprelində — repressiyaların qızğın vaxtında Bolqarıstandan Moskvaya geri çağırılsa da, qayıtmaqdan imtina edir. Parisə köçür, Stalinə açıq məktub yazır, mühacirlərin "Poslednie Novosti" qəzetində "Məni necə "xalq düşməni"nə çevirdilər?" məqaləsini dərc edir. Ancaq Avropadakı ömrü çox qısa çəkir və Raskolnikov 1939-cu ilin 12 sentyabrında Nitsa klinikalarından birində pnevmoniyadan vəfat edir (Versiya var ki, o, intihar edib, ancaq Raskolnikovun həyat yoldaşı bu versiyanı uydurma adlandırıb).
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
- ↑ 1 2 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0