Fridrix Qustav Yakob Henle - Wikipedia
Fridrix Qustav Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) alman anatomu və həkimi, nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır. Yakob Henle yəhudi zərgər və qızıl tacirnin ailəsində dünyaya gəlmişdir. Onun işlərini müasir mikrobiologiyanın "rüşeymi" adlandırmaq olar. Yakob Henle rəhudi olsa da xristiyanlığı qəbul etmişdir. 1832 ci ildə Bonn və Heydelberqdə tibbi təhsilini bitirdikdən sonra, 1834 cü ildə Berlində Rudolfinin assistenti olmuşdur. 6 il ərzində yeni heyvan növlərinə dair üç anatomik monoqrafiya, daxil olmaqla külli miqdarda elmi məqalələr dərc etmişdir. 1837 ci ildə Berlin universitetində mikroskopik anatomiya və potologiya üzrə privat-dosent kimi işləmişdir. 1844 cü ildə Yakob Henle Heydelberqə gələrək burada fiziologiya və potologiyanı öyrənir. Öz müəllimi Müllerlə birlikdə köpək və skat balıqlarına dair zooloji oçerk dərc edir. Henle 1852 ci ildən Göttingen universitetindəki anatomiya instituna rəhbərlik etmiş, 1855 ci ildə özünün məşhur "İnsanın sistematik anatomiyası" dərsliyini dərc etdirmiş və 1885 ci ildə Göttingendə vəfat etmişdir. 1888 ci ildə yaşadığı binaya xatirə lövhəsi vurulmuş, lakin 1942 ci ildə nasional-sosialistlər tərəfindən yəhudi mənşəyinə görə götürülmüş və İkinci dünya müharibəsindən sonra təzədən yerinə asılmışdır. Hal-hazırda onun doğulmuş olduğu Fürt şəhəri, Helmstrase 9 ünvanında xatirə lövhəsi asılmaqdadır. Heidelberg anatomiya institutunun preparat zalının önündə onun büstü qoyulmuşdur.
Fridirix Qustav yakob Henle | |
---|---|
alm. Friedrich Gustav Jacob Henle | |
| |
Doğum tarixi | |
Doğum yeri | Almaniya, Fürt |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Almaniya, Göttingen |
Vətəndaşlığı | Alman |
Elm sahəsi | Anatomiya |
Elmi dərəcəsi | Professor |
İş yerləri | |
Alma-mater | Bonn, Haydelberq universitetləri |
Təhsili | |
Tanınmış yetirmələri | Carl Joseph Norden[d] |
Tanınır | Henle ilgəyi |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Mənbələr
redaktə- Fritz Dross, Kamran Salimi (Hrsg.): Henle. Bürgerliches Leben und „rationelle Medicin". Schriftenreihe des Stadtarchivs und Stadtmuseums Fürth. Bd. 2. Fürth 2009. ISBN 978-3-940889-01-0
- Friedrich Merkel: Jacob Henle: Ein deutsches Gelehrtenleben, nach Aufzeichnungen und Erinnerungen. Braunschweig 1891.
- Victor Robinson: The Life of Jacob Henle, New York 1921..
Xarici keçidlər
redaktə- Biographie u. Online-Veröffentlichungen auf der Homepage der Universität Heidelberg
- Kurzbiografie und digitale Quellen im Volltext (ing.) im Virtual Laboratory des Max-Planck-Instituts für Wissenschaftsgeschichte
- "Zur Anatomie der Niere" bei Google Books (PDF)
- Jakob-Henle-Haus Fürth
- 1000 Jahre Fürth
Həmçinin bax
redaktə- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.