Franyo Tucman Hava Limani - Wikipedia
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır.
Franyo Tucman Aeroportu | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
45°44′35″ şm. e. 16°04′08″ ş. u.HGYO |
|||||||||||
IATA: ZAG – ICAO: LDZA |
|||||||||||
Məlumat | |||||||||||
Ölkə | |||||||||||
Açılış tarixi | 1962 | ||||||||||
Operator | MZLZ (Međunarodna zračna luka Zagreb d.d.) | ||||||||||
Qovşaq | Croatia Airlines, Trade Air | ||||||||||
Uçuş-enmə zolaqları | |||||||||||
|
|||||||||||
Statistika (2015) | |||||||||||
|
|||||||||||
Rəsmi saytı | |||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib.
Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir.
Terminallar
redaktəTerminal 1
redaktəSərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir. Yeni terminala 2009-cu ildə yeni fasad dizaynı verildi. Sərnişin terminalı hər il təxminən 2,5 milyon sərnişin daşıması həyata keçirir. İkinci terminalın tikintisindən sonra bu terminalın ucuz və ölkə daxili uçuşlar üçün nəzərdə tutulacağı gözlənilir.
Terminal 2
redaktəTerminal 2 hələ tikilməkdədir.
Hava yolları və uçuşlar
redaktəHava yolları | Uçuş məntəqəsi |
---|---|
Aeroflot | Moskva — Şeremetyovo |
Air Europa | Mövsümi — Saraqosa |
Air France | Paris |
Air Malta | Mövsümi — Malta (18 iyul 2016-dan) |
Air Serbia | Belqrad |
Air Transat | Mövsümi — Toronto |
Austrian Airlines | Vyana |
British Airways | London |
Brussels Airlines | Brüssel |
Croatia Airlines | Amsterdam, Brüssel, Kopenhagen, Dubrovnik, Frankfurt, London, Milan (20 may 2016-dan), Münhen, Paris, Praqa (21 may 2016-dan), Priştina, Sankt-Peterburq, Sarayevo, Skopye, Vyana, Sürix. |
Qatar Hava Yolları | Doha |
Türk Hava Yolları | İstanbul |
Karqo
redaktəHava yolları | Uçuş məntəqəsi |
---|---|
Solinair | Berqamo, Lyublyana, Sarayevo, Venesiya |
Trade Air | Lyublyana, Sarayevo |
Qatar Airways Cargo | Doha |
MNG Airlines | İstanbul |
UPS Airlines | Bonn, Lyublyana |