Fransua Buse - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fransua Buşe (fr. François Boucher; 29 sentyabr 1703[1][2][…], Paris[3][4][…] – 30 may 1770[1][2][…], Paris[3][4][…]) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur.
Fransua Buşe | |
---|---|
fr. François Boucher | |
Doğum tarixi | 29 sentyabr 1703[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 30 may 1770[1][2][…] (66 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, rəssam-qravürçü[d], qobelen sənətkarı[d], illüstrasiyaçı[d], işləmə ustası, boyakar[d] |
Janrlar | tarix rəssamlığı[5], dini rəssamlıq[d][5], peyzaj[5], mifologiya rəssamlığı[d][5], janr rəssamlığı[5], portret[5], batal janrı[5] |
Stil | rokoko[6] |
Tanınmış işləri | |
Tələbələri | Jan Onore Fraqonar |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOnun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Öz yaradıcılığında rəssam mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. Buşe zaman-zaman fəxri adlarla təltif olub. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı. Mütəmadi olaraq Madam de Pompardur və kralın sarayında, o cümlədən Paris malikanələrində dekorasiyanın zənginləşdirilməsi yönümlü işlərə cəlb olunmuşdu. Rəssam həm də XV Lüdovikin çoxsaylı portretlərini çəkib. Bunun nəticəsində kralın sevimli rəssamlarından birinə çevrilib. Ömrünün son illərində kral rəssamlıq və heykəltəraşlıq akademiyasında direktor olmuş, "kralın birinci rəssamı" adı ilə tanınmışdır.
Yaradıcılığı
redaktəRəssamın istedadı və təxəyyülünün güclü olması mifoloji süjetli əsərlərdə də özünü büruzə verir. Mifoloji təsvirlərin fonunda antik tikililər göstərilirdi. Bu rəsmlər parlaq rəng qamması, kompozisiyadaki səhnələrə verilən effeklər, sərbəst rəssam manerası ilə seçilirdi. Yaxmaların işlənməsindəki dinamika Buşe yaradıcılığını səciyyələndirən cəhətlərdən biridir. Buşe teatr tamaşaları və operalar üçün dekorasiyalar hazırlayırdı. Həmçinin, qobelenlərin düzəldildiyi Bove manufakturası üçün təsvirlər çəkirdi. Bu təsvirlər iki ayrı-ayrı hissə təşkil edirdi: "İtalyan kənd bayramları" (1736), "Nəcib çoban" (1755). Bu gün Kaliforniyanın San-Marino ştatında kolleksiyalarda saxlanmaqdadır. Buşenin Molyer və digər məşhur yazıçıların əsərlərinə çəkdiyi illütrasiyalar da diqqətəlayiqdir. "Paris qışqırıqları" adlı illüstrasiya silsiləsi də maraqlı işlərdən biridir.
Rəssamın əsərləri
redaktə- Emalatxanada rəssam (avtoportret)- Luvr, Paris
- Diana ovdan sonra- Konyak-Je muzeyi, Paris
- Herkules və Omfala- A. S. Puşkin adına incəsənət muzeyi, Moskva
- Vulkandan Eneya üçün silah istəyən Venera- Luvr, Paris
- Mari Byuzonun (rəssamın arvadı) portreti
- Avropanın istilası- Volles Kolleksiyası, London
- Rinaldo və Armida- Luvr, Paris
- Pana trimufu- milli qalereya, London
- Səhər yeməyi- Luvr, Paris
- Veneranın doğulması- Milli muzey, Stokholm
- Veneranın trimufu- Milli muzey, Stokholm
- Leda və Qu quşu- şəxsi kolleksiya
- Yuyunmadan sonra dincələn Diana- Luvr, Paris
- Kupidonun təlimi- Şarlottenburq muzeyi, Berlin
- Landşaft peyzajı- A. S. Puşkin adına muzey, Moskva
- Yupiter və Kallisto- A. S. Puşkin adına muzey, Moskva
- Madam Berjerenin portreti
- Yay pastoralı
- Amuru təsəlli edən Venera- Milli incəsənət qalereyası, Vaşinqton
- Dəyirman- Luvr, Paris
- Madmazel O`Merfinin portreti- Köhnə pinakotek, Münhen
- Gün batımı- Volles kolleksiyası, London
- Günəşin doğulması- London
- Veneranın Vulkana gəlişi- Volles kolleksiyası, London
- Markiz de Pompardurun portreti- Köhnə pinakotek, Münhen
- Veneraya Eneyə aparması üçün silah verən Vulkan Вулкан- Luvr, Paris
Əsərlərindən reproduksiyalar
redaktəMənbə
redaktəHəmçinin bax
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 François Boucher (nid.).
- ↑ 1 2 3 4 Буше Франсуа // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 François Boucher // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 5 6 7 RKDartists (nid.).
- ↑ https://www.metmuseum.org/toah/hd/bouc/hd_bouc.htm.