Fransada Dini Muharibeler - Wikipedia
Fransada dini müharibələr (fr. Guerres de Religion) və ya Hugenot müharibələri — 1562–1598-ci illərdə Fransada katoliklər və protestantlar (hugenotlar) arasında baş verən vətəndaş müharibəsi[1].
Fransada dini müharibələr | |||
---|---|---|---|
Tarix | 1562—1598 | ||
Yeri | Fransa | ||
Səbəbi | Katoliklər və protestantlar (hugenotlar) arasında ziddiyyətlər; aristokratiyanın ( və s.) siyasi ambisiyaları | ||
Nəticəsi | IV Henrixin taxta çıxması; Nant razılaşması | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi şərait
redaktəXVI əsrin II yarısında Fransa siyasi böhran mərhələsinə daxil olur, bu böhran öz təzahürünü 32 il davam edən (1562–1594) dini müharibələrində tapır. Dini müharibələrin səbəbləri mütləqiyyətin təşəkkülü ilə əlaqədar siyasi quruluşun dəyişməsi idi. İtaliya müharibələri getdiyi dövrdə gərginlik, siyasi iğtişaşlar güclü hiss olunurdu. 1559-cu il Kato — Kambrezi sülhü İtaliya müharibələrinə son qoymaqla yanaşı, ölkədəki iqtisadi və daxili siyasi vəziyyətin bütün mürəkkəbliyini də göstərdi.
XVI əsrin ortalarına doğru "qiymətlər inqilabı"nın və ağır vergi sisteminin nəticələri kəskin hiss olunurdu. Eyni zamanda müharibənin başa çatması ilə zadəganlar yeni fəaliyyət sahələri axtarmağa başlamışdılar.
Bundan əlavə, 1559-cu ildə hakimiyyət dəyişikliyi baş vermişdi: cəngavər turnirində II Henri ölümcül yaralanır. Onun yerinə böyük oğlu, 15 yaşlı II Fransisk keçir. Hakimiyyət müvəqqəti olaraq zəifləyir, bu isə müxalifətin fəallaşması üçün əlverişli şərait yaradır. II Fransiskin qısamüddətli hakimiyyəti dövründə sarayda Lotaringiya hersoqları olan Gizlərin təsiri artır. Kral ordusunun baş komandanı Fransisk Giz və onun qardaşı, kardinal Karl Giz mütləqiyyətçi hakimiyyətdən narazı olan feodal-əyan cinahını təşkil edirdi. Bu əyanların şimal-şərqdə və mərkəzi əyalətlərdə tərəfdarları çox idi. Kral şurasına daxil olan bu cinah özünü taxt-tacın və katolik dininin müdafiəçisi hesab edirdi və saraydakı yeni zadəganların uğurlarını qəbul etmək istəmirdi.
Şahzadə Antuan Burbon və şahzadə Konde hugenot aristokratiyasına (qərbi isveçrə dilində "eidguenots" — həmfikir, həmyoldaş) başçılıq edirdilər. Hugenot aristokratiyası Fransanın cənub-qərb və cənub vilayətlərində cəmləşmişdi. Bu qrup öz iqtisadi vəziyyətini möhkəmlətmək üçün kilsə torpaqlarının dünyəviləşdirilməsinin tərəfdarı idilər və böyük məmnuniyyətlə kalvinizmi qəbul etmişdilər.
Hər iki qruplaşmaya şəhərlər də cəlb edilmişdi. Şimal, qərb və mərkəzi əyalətlərdə şəhərlər hakimiyyətin vergi siyasətindən narazı idilər, cənub cənub-qərbdə isə şəhərlər əvvəlki özünüidarəçilik hüquqlarının itirilməsin müqavimət göstərirdilər.
II Fransisk qəflətən vəfat edəndən sonra hakimiyyətə qardaşı IX Karl keçir, azyaşlı olduğu üçün anası — kraliça Yekaterina Mediçi qəyyum təyin edilir. Bu zaman katoliklərlə hugenotlar arasında gərginlik daha da artır, xüsusilə 1562-ci ildə Fransisk Gizin dəstəsinin Vassi (Şampan) yaxınlığında quqenotlara qarşı qətl törətməsi dini müharibənin başlanğıcını qoyur.
Birinci mərhələ (1562–1570)
redaktə1 mart 1562-ci ildə hersoq de Giz öz adamları ilə birlikdə Şampaniyadakı Vassi qəsəbəsinə, hugenotların üzərinə hücum etdi. Bu zaman 23 nəfər öldürüldü, 100-ə yaxın adam yaralandı. Beləliklə "Vassi qətliamı" ilə dini müharibələrin birinci mərhələsi başlandı.
Bu mərhələdə mübarizə gərgin səciyyə daşımamışdır. Hər iki feodal qruplaşması kralı tərəfinə çəkmək və ölkəni onun adından idarə etmək istəyirdi. Bu mərhələdə kral ordusunda fransızlardan başqa ispan, isveç, yunan və başqa muzdlu döyüşçülər iştirak edirdi. Katoliklərə marşal Ann de Monmoransi və narşal Sen-Andre ilə sülh bağlamış gizlər, hugenotlara isə Konde və Kolin rəhbərlik edirdi.
Birinci mərhələ 1570-ci ildə, avqustun 8-də Sen-Jermendə barışıq edikti ilə başa çatır. Bu sülh müqaviləsinə əsasən, Paris istisna edilməklə, bütün Fransa ərazisində hugenotlara etiqad azadlığı, Fransanın hər bir qubernatorluğunda iki şəhərin hüdudlarında kalvinist kilsələrinin fəaliyyətinə icazə və kalvinistlərə dövlət vəzifələri tutmaq hüququ verilmişdir. Sülh müqaviləsinə əsasən hugenotlar həmçinin dörd qala — La-Roşel, Montoban, Konyak və La-Şarite qalalarını almışlar. Hugenotların başçısı admiral Qaspar Kolinyi saraya dəvət olunmuşdur.
İkinci mərhələ (1572–1576)
redaktəBu mərhələdə genişmiqyaslı hərbi əməliyyatlar aparılmış, quqenotlar və katoliklər hakim sülaləyə qarşı çıxış etmişlər. II mərhələnin ən mühüm hadisəsi Parisdəki hadisələr olmuşdu.
18 avqust 1572-ci ildə keçirilmiş möhtəşəm toy mərasimi və qugenotların kral əyanlarının arasında olması katolikləri daha da qəzəbləndirmişdir. Hadisələr sürətlə inkişaf etmiş, 22 avqustda admiral Kolinyiyə qarşı sui-qəsd təşkil olunmuşdur. Fanatik katolik və böyük nüfuz sahibi hertsoq Henrix de Giz həmin əməliyyatın rəhbəri idi. Protestant zadəganları kraldan hertsoqun cəzalandırılmasını tələb etmişlər. Yeni müharibənin başlamasından ehtiyat edən qugenotlar Parisi tərk etməyə başlamışlar.
Yaranmış vəziyyətdən istifadə etmək qərarına gələn kralın anası hökmdarı yeni vətəndaş müharibəsinin qarşısını almaq naminə protestant başçılarının öldürülməsinin zəruri olduğunu inandıra bilmişdir. Bu planın həyata keçirilməsi üçün Müqəddəs Varfolomey günü, yəni 1572-ci il avqustun 24-ü seçilmişdir. O gün şəhər qapıları bağlanılmış və hərbi dəstələr hazır vəziyyətə gətirilmişdir. Gecə sui-qəsdçilər yaralı admiralın otağına daxil olaraq, onu və mühafizəsini qılıncdan keçirmiş, sonra isə kilsə zənglərinin işarəsi ilə şəhər əhalisi protestantları qətlə yetirməyə çağrılmışdır.
Parisdə başlanmış bu qırğın, kralın xeyir-duası ilə ölkənin digər şəhərlərinə də yayılmışdır. Azğınlaşmış əhali protestantların əvvəlcədən təbaşirlə işarələnmiş evlərinə girərək onları eyvandan küçəyə atmış, qadınlara təcavüz etmiş, soyğunçuluqla məşğul olmuşdur. Qadın-uşaq demədən hər kəs öldürülmüş, təkcə protestantlar deyil, hətta katolisizmə məxsus olmayan digər din nümayəndələrinə də mərhəmət edilməmişdir.
Beləliklə, 1572-ci il 24 avqust gecəsi IX Karlın bacısı Marqarita Valua ilə quqenot başçısı Navarralı Henrinin toyuna gələn quqenot zadəganlar katoliklər tərəfindən qətlə yetirilir, 24 avqust — Müqəddəs Varfolomey bayramı olduğu üçün, bu hadisə — "Varfolomey gecəsi" adını alır. Qətlə yetirilənlərin içərisində Qaspar Kolinyi də var idi. Hərbi əməliyyatlar Parisdən əyalətlərə də keçdi və 1572-ci ilin oktyabrınadək davam etdi. Bu hadisələrin qarşısını almayan kral hakimiyyəti Fransada vətəndaş müharibəsinə imkan yaratdı.
Hugenotlar Fransanın cənubunda separat hugenot dövləti yaratdılar, bu dini müharibənin ən neqativ nəticə idi. Dini-siyasi nifaq Fransanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxardı. Özünüidarəçiliyə malik Hugenot konfederasiyasının öz ordusu və vergi sistemi var idi. Bu ittifaqın ali orqanı – Baş Ştatlar idi, Hugenot konfederasiyasının qəti təşəkkülü 1575-ci ildə Nimdə hugenotların qurultayında baş verdi.
Dini müharibələrin ikinci mərhələsi hugenot tələblərinin yerinə yetirilməsi ilə başa çatır: Parisdən başqa, istənilən yerdə hugenot ayinlərinin keçirilməsinə, əyalət məhkəmə palatalarında onlara öz şöbələrini yaratmağa icazə verilir. Kral həmçinin Varfolomey gecəsində baş verənləri cinayət olaraq tanıyır, müsadirə olunmuş hugenot mülklərini onlara qaytarmağa icazə verir.
1576-cı ildə Katolik liqası da təşkil olunur. Onun başında Henri Giz dururdu. Katolik liqa krala Baş ştatların qərarlarına ziyan vura biləcək hərəkətlərdən çəkinməyi təklif edirdi. Bundan əlavə, Liqanın bəyannaməsində əyalətəlrə onların əvvəlki imtiyaz və hüquqlarının verilməsi tələb olunurdu.
Üçüncü mərhələ (1580–1594)
redaktəDini müharibələrin sonuncu mərhələsi III Henrinin yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün qeyri-ənənəvi tədbirlər görməsi və siyasi səhnəyə Navarralı Henrinin çıxması, Katolik liqann fəallaşması, Paris liqasının yaranması ilə səciyyələnir. 1577-ci ildə əldə olunmuş barışıqdan istifadə etmək üçün III Henri protestant və katolik təşkilatları ləğv etmək qərarına gəldi. Lakin inflyasiyanın artması və vergilərin ağırlaşması daxili siyasi vəziyyəti onsuz da gərginləşdirmişdi. III Henrinin kiçik qardaşı Alanson hersoqunun vəfatı, kralın özünün isə övladının olmaması gətirib çıxardı ki, Fransanın dofini Navarralı Henri elan olundu. Quqenotun hakimiyyətə gələcəyindən ehtiyat edən Gizlər taxt-taca öz namizədləri – kardinal Karl Burbonu irəli sürdülər. Bu vəziyyət III Henrinin Navarralı Henri ilə yaxınlaşmasına səbəb oldu.
Belə olan halda Katolik liqa bərpa edildi və onun başında Fransisk Gizin oğulları – Henri Giz, Karl Giz və Lüdovik Giz durdu. Bu liqa 1584-cü ildə ispan kralı II Filipplə gizli ittifaq bağladı. Müqaviləyə görə, Navarralı Henri taxt-taca olan hüquqlarından məhrum edilirdi, onun əmisi Navarralı Henri Burbon varis elan olunurdu.
1584–1589-cu illər dövrü "Üç Henrix müharibəsi" kimi də tanınır.
Katolik liqanın bərpa olunması ilə demək olar ki, eyni vaxtda Paris liqası təşkil olunur (1585). Onun tərkibinə tacirlər, sənətkarlar, şəhərin yoxsul təbəqələri, tələbələr daxil idi.
Vəziyyətin gərginləşməsi 1585-ci ildə III Henrini hugenotların xeyrinə verilmiş bütün fərmanların ləğv etməyə məcbur edir. Həmin il papa V Sikst bulla verərək Navarralı Henrini fransız taxtına olan hüquqlardan məhrum edir. Lakin kralın bu tədbirləri vəziyyəti dəyişmədi. Katolik liqaçılar quqenotlara və III Henri hökumətinə qarşı yürüşə başlaməşdılar. Fransanın daxili siyasi işlərinə İngiltərə və İspaniya da müdaxilə edirdi. Bundan qəzəblənən III Henri 1588-ci ilin aprelində Navarralı Henri ilə ittifaq bağladı. Kralın bu hərəkəti Parisdə iğtişaş doğurdu.
Kral Parisi tərk edərək Şartrda gizlənməli oldu. Parisdə hakimiyyət bir müddət gizlərin əlinə keçdi. Paris bürgerləri isə şəhərdə kommunanı bərpa etmək istəyirdilər. III Henri onlarla barışıq bağlayaraq paytaxta qayıtdı.
Lakin Gizlər öz mövqelərini dəyişməmişdilər və Baş ştatlar müharibəni davam etdirmək qərarına gəlir. Çıxılmaz vəziyyətə düşən kral Henri Gizin öldürülməsinə əmr verir. 1588-ci ilin dekabrında Luvra dəvət olunan Henri Giz qətlə yetirildi. Lakin onun qətli vəziyyəti daha da gərginləşdirdi. Gizin dəfn mərasimi Parisdə və digər şəhərlərdə nümayişlərə səbəb oldu. Liqa yenidən antiroyalçı hərəkatın mərkəzinə çevrildi. III Henri öz qüvvələrini hugenotlarla birləşdirmək qərarına gəldi. 1589-cu ilin avqustunda dominikan rahibi Jak Kleman tərəfindən kralın qətlə yetirməsi bu planları boşa çıxardı.
Müharibələrin sonu
redaktə1590–1591-ci illərdə bütün Fransa ərazisini özbaşınalıqlar bürüyür. 1591-ci ildə Parisin "16-lar komitəsi" ləğv edilir, həmin ildə ispan kralı II Filipp Parisə öz qarnizonunu yeridir. Digər tərəfdən ölkəni kəndli üsyanları bürüyür. Üsyanlardanə ən irisi 1593–1595-ci illərdə baş vermiş "Krokanlar" ("Gəmiricilər") hərəkatı olur. Kral qoşunları Sentonj və Limuzendə hərəkatı yatırsa da, Periqorda krokanların 40 000-lik dəstəsinin göstərdiyi inadlı müqavimət hökuməti onlarla müqavilə bağlamağa məcbur edir.
Beləliklə, ölkədə başlamış olan hakimiyyətsizlik talanlarla müşayiət edilirdi. Bu vəziyyətdə Navarralı Henrinin orduları qətiyyətli addımlara keçdi. 1593-cü ilin ortalarında qanuni şahzadənin qoşunları Parisə yaxınlaşdı. Şəhəri dağıtmaq istəyən Henri onu əsas ərzaq mənbələrindən ayırdı: bu məqsədlə ətrafdakı bütün dəyirmanlar yandırıldı. Paris üç ay müqavimət göstərdi. Mühasirəyə alınmış şəhərdə taxt-tac məsələləri müzakirə olunurdu. Belə olan halda Navarralı Henri katolikliyi qəbul etmək qərarına gəldi. 1593-cü ili iyulunda Sen-Deni kilsəsində katolikliyi qəbul edən Henrinin 1594-cü ilin fevralında Şartrda tac qoyma mərasimi oldu.
Navarra kralı Henri Burbon IV Henrix adı altında Fransa kralı oldu (1594–1610). Bir ay sonra, 1594-cü ilin martında IV Henri Parisə daxil oldu. IV Henri öz əleyhdarlarını təqib etməyərək onların müsadirəsini də keçirmədi.
Altı illik hakimiyyətsizlikdən sonra Fransa bacarıqlı hakimin əlinə keçdi. Dini müharibələrin siyasi tərəflərini yaxşı dərk edən IV Henri bu münaqişələrə son qoymaq qərarına gəldi.
Nant edikti
redaktə1598-ci ildə IV Henri tərəfindən verilmiş Nant edikti müharibədən sonrakı Fransada sülhün təminatçısı oldu.
13 aprel 1598-ci ildə Nant şəhərində qəbul edilmiş bu edikt 93 maddə və 36 gizli maddədən ibarət idi.
Ediktə görə, qallikan kilsəsi rəsmi kilsə elan edildi. Nant edikti dini müharibədən asılı olmayaraq bütün fransız təbəələrinin hüquq bəyannaməsi idi. Ediktdə əmlak, mövqe, təhsil, məhkəmə, tibbi yardım hüquqları elan edilirdi. Lakin protestantların hüquqlarının reallaşması məhdud idi. Onlar yalnız müəyyən ərazidə dini ayinlər keçirə bilər, uşaqlarını yalnız öz məktəb və universitetlərində oxuda bilərdilər. kral təbəələri olaraq protestantlar qallikan kilsəsinin xeyrinə 1/10 vergisini verməli idilər.
XVII əsrin ikinci yarısına kimi qüvvədə qalan Nant edikti 1685-ci ildə Fransa kralı XIV Lüdovik tərəfindən ləğv edilmişdir.
Ədəbiyyat
redaktə- Acton, John. // . New York: Macmillan. 1906. 155–167.
- Baird, H. M. History of the Rise of the Huguenots of France. 1. 1889.
- ———. History of the Rise of the Huguenots of France. 2. 1889. New edition, two volumes, New York, 1907.
- Baird, H. M. The Huguenots and the Revocation of the Edict of Nantes. 1895.
- Benedict, Philip. Un roi, une loi, deux fois: Parameters for the History of Catholic-Protestant Co-existence in France, 1555-1685 // Grell, O., Scribner, B. (redaktorlar ). Tolerance and Intolerance in the European Reformation. New York: Cambridge University Press. 1996. 65–93. ISBN 0-521-49694-2.
- Di Bondeno, Agostino. Colloqui di Poissy. Rome: Albatros. 2018. ISBN 978-8-85679319-2.
- Castelnau, Michel de, The Memoirs of the Reigns of Francis II and Charles IX (published in London in 1724 and reprinted by ECCO.)
- Diefendorf, Barbara B. Beneath the Cross: Catholics and Huguenots in Sixteenth-Century Paris. Oxford: Oxford University Press. 1991. ISBN 0-19-506554-9.
- Davis, Natalie Zemon. Society and Culture in Early Modern France. Stanford: Stanford University Press. 1975. ISBN 0-8047-0868-1.
- Greengrass, Mark. France in the Age of Henry IV. London: Longman. 1986. ISBN 0-582-49251-3.
- ———. The French Reformation. London: Blackwell. 1987. ISBN 0-631-14516-8.
- ———. Governing Passions: Peace and Reform in the French Kingdom, 1576-1585. Oxford: Oxford University Press. 2007. ISBN 978-0-19-921490-7.
- Guérard, Albert, France: A Modern History (Ann Arbor, Michigan: University of Michigan Press, 1959).
- Holt, Mack P. The French wars of religion, 1562-1629. Cambridge. 2005. ISBN 0-521-83872-X.
- Hulme, E. M. The Renaissance, the Protestant Revolution, and the Catholic Reaction in Continental Europe. New York. 1914.
- Jouanna, Arlette; Boucher, Jacqueline; Biloghi, Dominique; Thiec, Guy. Histoire et dictionnaire des Guerres de religion. Collection: Bouquins (fransız). Paris: Laffont. 1998. ISBN 2-221-07425-4.
- Knecht, Robert J. The French Wars of Religion 1559–1598. Seminar Studies in History (2nd). New York: Longman. 1996. ISBN 0-582-28533-X.
- Knecht, Robert J. The Valois: Kings of France 1328-1589 (2nd). New York: Hambledon Continuum. 2007. ISBN 1-85285-522-3.
- ———. The French Civil Wars. Modern Wars in Perspective. New York: Longman. 2000. ISBN 0-582-09549-2.
- ———. The Rise and Fall of Renaissance France 1483-1610. Oxford: Blackwell. 2001. ISBN 0-631-22729-6.
- Lindsay, T. M. A History of the Reformation. 1. 1906.
- ———. A History of the Reformation. 2. 1907.
- Salmon, J. H. M. Society in Crisis: France in the Sixteenth Century. London: Methuen. 1975. ISBN 0-416-73050-7.
- Pearson, Hesketh, Henry of Navarre: The King Who Dared (New York: Harper & Rowe, Publishers, 1963).
- Sutherland, N. M. "Calvinism and the conspiracy of Amboise". History. 47 (160). 1962: 111–138. doi:10.1111/j.1468-229X.1962.tb01083.x.
- Thompson, J. W. The Wars of Religion in France, 1559-1576. Chicago. 1909.
- Tilley, Arthur Augustus. The French wars of religion. 1919.
Tarixşünaslıq
redaktə- Diefendorf, Barbara B. The Reformation and Wars of Religion in France: Oxford Bibliographies Online Research Guide. Oxford U.P. 2010.
- Frisch, Andrea Forgetting Differences: Tragedy, Historiography, and the French Wars of Religion (Edinburgh University Press, 2015). x + 176 pp. full text online' online review
- Christian Mühling: Die europäische Debatte über den Religionskrieg (1679–1714). Konfessionelle Memoria und internationale Politik im Zeitalter Ludwigs XIV. (Veröffentlichungen des Instituts für Europäische Geschichte Mainz, 250) Göttingen, Vandenhoeck&Ruprecht, ISBN 9783525310540, 2018.
İlkin sources
redaktə- Potter, David L. French Wars of Religion, Selected Documents. Palgrave Macmillan. 1997. ISBN 9780312175450.
- Salmon, J. H. M., ed. French Wars of Religion, The How Important Were Religious Factors? (1967) short excerpts from primary and secondary sources
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Knecht, Robert J. The French Religious Wars 1562-1598. Osprey Publishing. 2002. 91. ISBN 9781841763958.
Xarici keçidlər
redaktə- Fransa XVI–XVII əsrin birinci yarısında — kayzen.az saytında
- The Wars of Religion, Part I (ing.)
- The Wars of Religion, Part II
- French Religious Wars Arxivləşdirilib 2012-07-17 at the Wayback Machine
- The Wars of Religion Arxivləşdirilib 2018-09-16 at the Wayback Machine
- The eight wars of religion (1562–1598)