Fitopatologiya - Wikipedia
Fitopatologiya - Haqqında Məlumat
Fitopatologiya — bitki xəstəlikləri, onların profilaktikası və ləğv edilməsi üsullarını öyrənən elm. Ümumi və xüsusi hissəyə bölünür.
Ümumi Fitopatologiya xəstəlik törədiciləri, onların başvermə səbəbini və şəraitini, inkişaf və yayılma qanunauyğunluqlarını, xəstə orqanizmdə anatomik, fizioloji dəyişkənlikləri, bitki immuniteti və karantini məsələlərini öyrənir. Fitopatologiyaya kənd təsərrüfatı fitopatologiyası, ağac və kolların xəstəliklərini öyrənən meşə fitopatologiyası, dekorativ bitkilərin fitopatologiyası aiddir.[1]
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.