Finikiya Dini - Wikipedia
Finikiya dini — politeistik etiqad və ayinlərdən biri.
Haqqında
redaktəE.ə. II–I minilliklərdə Finikiyanın şəhərlərində və koloniyalarında, xüsusilə Karfagendə yayılmış politeistik etiqad və ayinlərdən biri də Finikiya dini adlanırdı. Siyasi pərakəndəliyə görə finikiyalıların qədim misirlilər, babillər və yunanlardan fərqli olaraq vahid ilahilər panteonu, mürəkkəb kahin rütbələrivə təmtəraqlı ayinləri yox idi. Onların ibadətgahları çox sadə idi. Hər bir şəhərin öz yerli ilahəsi var idi və bu ilahələrin adları hakimiyyətin müxtəlif rəmzlərini təşkil edirdi: Vaal-"hökmran", El-"ilahi", Molox-"çar", Melkart-"şəhərin çarı", Adonis-"ağa". Əvvəllər finikiyalıların etiqadları çöllərdən və səhralardan gəlmiş cəddilərinin köçəri həyatını əks etdirirdi. Sonra bunları əkinçilik ayinləri əvəz etdi. Bu ayinlər nəbatatın gənc ilahəsinin ölməsi və həyata qayıtması əfsanələri ilə bağlıdır (Aliyon-Vaal və onun bacısı və ya arvadı Anat haqqında, Adonis və Astarta haqqında). Finikiya dilində ilahilər çar hakimiyyətinin və quldarlıq quruluşunun hakimləri kimi təqdim olunurlar. Finikiyada insan qurbanları da verilirdi.
Mənbə
redaktə- Ziya Bünyadov. Dinlər, təriqətlər, məzhəblər. Bakı,2007.