Filogenetika - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Filogenetika və ya filogenetik sistemləşdirmə — müasir və nəsli kəsilmiş canlılar arasında, təkamül üzrə mövcud olan qarşılıqlı əlaqələri müəyyənləşdirən və identikləşdirən bioloji sistemləşdirmə sahəsidir. Təkamül nəzəriyyəsi iddia edir ki, individlər və ya növlər arasında olan oxşarlıq, əksər hallarda onların eyni mənşəli olmalarına və ya əcdadlarının eyni olmasına işarədir. Buna görə də, filogenetika ilə müəyyən edilən qarşılıqlı əlaqələr, adətən bioloji növün filogenezini və təkamül tarixini təsvir edir. Filogenetik taksomaniya filogenetikadan yaransa da, onun məntiqi davamı deyil. Filogenetik taksomaniya orqanizmlərin təkamül münasibətlərinin səviyyəsi üzrə təsniləşdirilməsi ilə məşğul olur.
Filogenetik ağac
redaktəSistem taksonlar arasındakı qarşılıqlı əlaqəni təsvir edir və canlı orqanizmlərin təkamül tarixini başa düşməyə imkan verir. Alimlər tarixi göstəricilər əsasında həyatın tarixi barədə hipotez, fərziyyə və modellər hazırlayır.Filogenetikada təkamül üzrə növlər arasındakı qarşılıqlı əlaqə filogenetik ağac adlanan qrafiklə vizual şəkildə təsvir olunur.
Filogenetik ağac nümunəsi
- Qovşaq: taksomonik vahidi göstərir. Bu həm mövcud olan qrup, həm də onun əcdadı ola bilər.
- Budaq: taksonlar arasında qarşılıqlı əlaqəni müəyyən edir
- Topologiya: ağacın budaqlanması qaydası:
- Budağın uzunluğu: taksonlar arasında baş vermiş dəyişiklikləri sayını göstərir
- Kök: baxılan orqanizmlərin hamısının əcdadı
- Miqyas: orqanizmlər və ya genlərin ardıcıllığı arasındakı fərqlər
- Klada: iki və ya daha artıq takson və ya DNT-si özünün əcdadını və ondan törəyən bütün nəsilləri özündə ehtiva edən qrup.
- Operativ taksonomik vahid (ОТЕ, OTU): aparılan tədqiqatın mefəssəlliyi, məs., fərd, növ, cins və ya bakteriya xətti.