Feza Gunergun - Wikipedia
Feza Günərgun (1956, İstanbul) — Türk elm tarixçisi.
Feza Günərgün | |
---|---|
türk. Feza Günergun | |
Doğum adı | Ayşə Feza Baytop |
Doğum tarixi | 1956 |
Doğum yeri | |
Atası | Turhan Baytop |
Anası | Asuman Baytop |
İş yeri | |
Təhsili | |
Tanınır | Elm Tarixi |
Həyatı
redaktəTürk elm tarixinin önəmli botaniklərindən olan Asuman Baytop[1] və Turhan Baytopun qızıdır. Litsey təhsilini "Notre Dame de Sion" Fransız litseyində bitirdikdən sonra, 1980-ci ildə "İstanbul Universiteti"nin Kimya Mühəndisliyi Fakültəsini bitirmişdir. 1984-cü ildə "İstanbul Universiteti", Tibb Fakültəsi, Tibb Tarixi və Deontoloji fakultəsində etdiyi "14–17-ci əsrlərdə qeyri-üzvi kimyəvi dərmanlar" mövzusunda doktorluq işi ilə[2] ilə M.Sc.Dr. adı aldı. 1985-ci ildə "İstanbul Universiteti" Ədəbiyyat Fakültəsi, Fəlsəfə Bölümü, Elm Tarixi Bölməsinə tədqiqatçı köməkçisi olaraq qatıldı. 1987-ci ildə dosent, 1993-cü ildə "elm tarixi dosenti", 1998-ci ildə professor oldu. 1997-ci ildə Kyotodakı Yapon Tədqiqatları İnstitutunda ziyarətçi tədqiqatçı vəzifəsində çalışmışdır.
2001-ci ilin yanvarından Elm Tarixi Bölməsinin müdiridir. 1989–2000 arasında Türk Bilim Tarixi Vəqfinin (TBTK) Baş Katibi, 1994–2001 arasında "Elm və Texnologiya Tarixi Komissiyası" nın sədr müavini , 1994–1998 arasında İstanbul Universiteti Elm Tarixi Muzey və Sənədlər Mərkəzi (BİMDOK) İdarə Heyətinin üzvü olaraq işləmişdir.[3]
etdiyi nəşrlər
redaktə- Osmanlı Elm Tədqiqatları (1995-)
- Türk Elm Tarixi Vəqfi Xəbər Bülleteni (1991–2000)
- Manuskripte zur Chemiegeschichte & TeaComNews (1996-).
Üzvlüklər
redaktə- Türkiyə Kimya Dərnəyi
- Türk Tibb Tarixi Təşkilatı və Sağlamlıq haqqında Sosial Elmlər Dərnəyi
- Türk Elm Tarixi Vəqfi (qurucu üzv)
İstinadlar
redaktə- ↑ Asuman Baytopu kaybettik
- ↑ https://web.archive.org/web/20181108184429/https://books.google.com.tr/books?id=mIV8AgAAQBAJ&pg=PR10&dq=feza+g%C3%BCnergun&hl=tr&sa=X&ved=0ahUKEwin1J3L18TeAhXFposKHbxKAbAQ6AEIXzAJ#v=onepage&q=feza%20g%C3%BCnergun&f=false
- ↑ https://web.archive.org/web/20181108201237/http://www.talid.org/downloadPDF.aspx?filename=95.pdf