Asuman Baytop - Wikipedia
Asuman Baytop (27 mart 1920[1][2][…], İstanbul – 18 fevral 2015[3][4], İstanbul) — Türkiyə botanik alimi.
Asuman Baytop | |
---|---|
Doğum tarixi | 27 mart 1920[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 fevral 2015[3][4] (94 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşağı | |
Atası | Məhməd Kamil Bərk[d] |
İş yeri | |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAsuman Baytop 27 Mart 1920-ci ildə İstanbul-da anadan olub.[6] Atası Mustafa Kamal Atatürkün həkimlərindən olan Mehmet Kamil Bərk (1878–1958) idi.[7] Asuman Baytop btidai, orta və orta məktəb təhsilini Sainte-Pulchérie Fransız Qızlar Orta məktəbində və Şişli Terakki Liseyində tamamladı. Daha sonra İstanbul Universiteti Fen Fakültəsi, Əczaçılıq Bölməsində universitetə başladı. 1943-cü ildə məzun olduqdan sonra Farmakobotaniya və Genetika İnstitutunda Elm Fakültəsində köməkçi vəzifəsində çalışmağa başladı. Ord. Prof. dr. Alfred Heilbronn ilə birlikdə ümumi botanika, farmakobotanik və farmakognoziya tədqiqatları aparmışdır. Sürixə gedərək ETH’nın Əczacılıq Məktəbində doktorantlığı Prof. Dr. Hans Flück-ün nəzarəti altında tamamladı.1949-cu ilin iyununda İstanbul Universiteti Əczaçılıq Məktəbinə[8] qayıtdı. Farmakognoziya kafedrasına köməkçi kimi daxil oldu. İsveçrədə topladığı 601 bitki nümunəsini İstanbul Universitetinə bağışladı. 1952-ci ildə dosent oldu. Bir il sonra Turhan Baytopla evləndi. 1963-cü ildə professor dərəcəsinə yüksəldi. Bir il sonra fakültənin Əczaçılıq Botanikası kafedrası oldu.Sonrakı zamanlarda üçün Türkiyə florasının akademik işlərində iştirak edib kitablar nəşr etdi.[9]
Botanika Səfərləri
redaktəAsuman Baytopun botanika səyahətləri ümumiyyətlə üç başlıq altında araşdırılır: İstanbul, Frakiya və Anadolu bölgələri. Universitet illərində İstanbul florası ilə bağlı işlərinə başlamışdır. Daha sonra Prof. Alfred Heilbronn tərəfindən təşkil edilən səfərlər zamanı və köməkçisi olduğu müddətdə araşdırma aparmaq fürsəti tapdı. Sonrakı illərdə İstanbulun hər iki tərəfini gəzdi və 1950-ci ildə qurulan Türk Bioloji Dərnəyinin təşkil etdiyi səyahətlərə qatıldı. Bütün diqqətini İstanbulun bitkilərinə yönəltdi və yazı üzərində düşündü. Frakiya və Anadoludakı səyahətləri təqaüdə çıxması ilə sona çatdı. Bununla birlikdə İstanbul florasında qısa səyahətlərinə davam etdi. 2002-ci ildə İstanbul Bölgəsinin Bitkiləri adlı işi, bu bölgəyə dair digər məqalələrinin nəticəsi və əhatəli versiyası idi. Asuman Baytop, İSTE-də qeydiyyatdan keçmiş İstanbul-dan toplanan 8500 bitkinin 70%-nin toplayıcısı idi.
Frakiya Bölgəsi, İstanbul-a yaxın olduğu üçün Baytopun ən çox ziyarət etdiyi yerlərdən biri idi. Bölgənin florası ilə bağlı az araşdırma aparıldığı üçün Frakiya Baytop üçün maraqlı bir məkana çevrildi. İlk dəfə araşdırma aparmaq üçün 1954-cü ilin iyun ayında Tekirdağa getdi. Sonrakı 7 ildə bölgəni daha 3 dəfə araşdırdı. 1966–1980-ci illər arasında daha çox bölgəyə gəldi və işini artırdı, təxminən 50 səyahət təşkil etdi. Doxsanlı illərdə Frakiya gəzintilərinə son verdi. Asuman Baytop İSTE elmi dünyaya yeni gələn nümunə qeydlərinə görə Frakiya bölgəsindən 7470 nümunə topladı.Eyni zamanda o Botanic Gardens Edinburgh, Curtis’s Botanical Magazine,İstanbul Universiteti Əczaçılıq Fakültəsi Jurnalı, Türk Botanik Jurnalı və Willdenowia (Almaniya) və digər botanika və əczaçılıq jurnallarında əsərlərini nəşr etdirdi.
Anadolu Bölgəsi-də olan çalışmalarına isə köməkçilik etdiyi illərdə başlamışdır(1943).1945-ci ildə Heilbronn tərəfindən təşkil edilən Uludağ səyahətinə qatıldı. 1946-cı ildə Cənub-Qərbi Anadoluda oldu. 1947–1949-cu illər arasında İsveçrə-də ilk özəl bitki kolleksiyasını yaratdı. Bu ölkədən topladığı bitkiləri İÜ-ya bağışladı.İstanbul xaricində Anadolunun Marmara Bölgəsindəki təxminən 25 bitki toplama gəzintisində iştirak etdi. 75-ə yaxın daha uzaq bölgələrdə də müşahidələr etdi. 1987-ci ildə üç dəfə Anadoluya qısa səyahətlərə çıxdı. Ümumiyyətlə, Anadolu səyahətləri zamanı minlərlə bitki topladı, bunlardan 8-i yeni, 3-ü isə alt növlər olaraq elm üçün yeni növlərdən idi. Təqaüdə çıxdıqdan sonra yenidən İstanbul florasına üz tutdu.
Mükafatları
redaktəAsuman Baytopun qazandığı mükafatlar belədir:[10]
- 1-ci Beynəlxalq Balkan Florası və Bitki Problemləri Sempozyumu Gümüş Onur Medalı (İstanbul, 1978)
- Eskişehir Anadolu Universiteti Fəxri Əczaçılıq Elmləri Doktoru (Eskişehir, 1991)
- TÜBİTAK Xidmət Mükafatı (Ankara, 1999)
- Əczaçılıq mükafatları 2005 Fəxri Mükafatı (İstanbul, 2005)
- Türk Əczaçılar Dərnəyi Əczaçılıq Akademiyası Xidmət Mükafatı (İstanbul, 2006)
- Əczaçılıq Sənayesi İşəgötürənləri Birliyi 'Şükran Havanı' (İstanbul, 2006)
- Türkiyənin Flora Medalı (Eskişehir, 2007)
İstinadlar
redaktə- ↑ 1 2 Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing.). 1999.
- ↑ 1 2 Asuman Baytop // author citation.
- ↑ 1 2 http://www.bio.bas.bg/~phytolbalcan/PDF/21_1/PhB_21_1_09_In_Memoriam.pdf.
- ↑ 1 2 Bibliothèque nationale de France Asuman Baytop // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 https://bilimakademisi.org/wp-content/uploads/2015/06/BT-1473-15.pdf.
- ↑ Asuman Baytop
- ↑ Asuman Baytopu kaybettik
- ↑ prof-dr-asuman-baytop-iu-eczacilik-fakultesinde-anildi
- ↑ "Arxivlənmiş surət". 2016-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-27.
- ↑ Asuman_Baytopun_Botanik_Gezileri_Bitki_Koleksiyonu_Kitaplar_Listesi